4. Material ehtiyatlarının məxaricinin uçotu
Material ehtiyatlarının istehsalata buraxılarkən beynəlxalq praktikada qəbul olunan aşağıdakı qiymətləndirmə metodlarından istifadə olunur:
Orta maya dəyəri ilə;
FİFO metodu ( vaxta görə 1-ci dəfə satın alınmanın maya dəyəri üzrə );
LİFO metodu ( vaxta görə sonuncu dəfə satın alınmanın maya dəyəri üzrə ).
Orta maya dəyərindən istifadə etdikdə, adından göründüyü kimi, materialın ümumi məbləğinin onun miqdarına bölməklə alınan orta qiymətlə silinir. FİFO üsulunun mahiyyəti ondan ibarətdir ki, material ehtiyyatları istehsala alınma ardıcılığı ilə silinir. LİFO üsulu üzrə materiallar istehsala sonuncu daxil olan materialların dəyəri ilə silinir.
Misal: May ayının birinci yarısında tikiş fabrikində üç müxtəlif qiymətə ümumi miqdarı 2650 metr olmaqla parça alınıb, ikinci yarısında isə alınan parçanın 2100 metri istehsala buraxılıb.
Materialın
|
Alınma
|
Ölçü
|
|
|
Məbləği
|
Adı
|
tarixi
|
vahidi
|
Miqdarı
|
Qiyməti
|
(AZN)
|
|
|
|
|
|
|
Parça
|
01.05.2010
|
metr
|
800
|
2,5
|
2 000,00
|
|
|
|
|
|
|
Parça
|
08.05.2010
|
metr
|
900
|
3,4
|
3 060,00
|
|
|
|
|
|
|
Parça
|
12.05.2010
|
metr
|
950
|
4,8
|
4 560,00
|
|
|
|
|
|
|
15.05.10-a qalıq
|
metr
|
2650
|
9 620,00
|
|
|
|
|
İstehsala buraxılıb
|
metr
|
2100
|
|
İstehsala silinən parçanın maya dəyərini müvafiq
“Orta maya dəyəri” üzrə 9620,00:2650x2100=7623,00 manat, burada ayın sonuna material qalığı məbləği 1997,00 manat olur.
“FİFO” üsulu 800x2,50+900x3,40+400x4,80=6980,00 manat, burada ayın sonuna material qalığı məbləği 2640,00 manat (9620,00-6980,00) olur.
“LİFO” üsulu 950x4,80+900x3,40+250x2,50=8245,00 manat, burada ayın sonuna material qalığı məbləği 1375,00 manat olacaq.
5. Materialların anbar uçotunun təşkili
Müəssisənin mühasibatı materialların daxil olması, sərf edilməsi və yerini dəyişməsinin müntəzəm uçotunu aparır, gətirilən materialların kəmiyyət və çeşidlərinin istehsalın cari tələbatına uyğunluğuna, bunlardan düzgün istifadə olunmasına, anbarda ehtiyat normalarına, habelə xammal, köməkçi və s. materiallar buraxılışı normalına riayət olunmasına nəzarəti həyata keçirir.
Müəssisədə materialların uçotu həm mühasibatda, həm də material vəsaitinin saxlandığı anbarlarda operativ qaydalara əməl etməklə aparılır.
Materialların mühasibat uçotunun qarşısında duran vəzifələri müvəffəqiyyətlə yerinə yetirmək üçün nomenklatura – qiymət cədvəlinə malik olmaq, sənədləşmə və sənəd dövriyyəsinin dəqiq sistemini qurmaq, müəyyən edilmiş qaydada inventarlaşmanı və materialların qalığının seçmə nəzarət yoxlanmasını aparmaq, onların nəticələrini uçotda öz vaxtında əks etdirmək və uçotun avtomatlaşdırılmasının müasir vəsaitlərini geniş tətbiq etmək lazımdır.
İstehsalın tənzimlənməsində, texnologiyası və uçotunda material ehtiyatları iki cür təsnifləşdirilir:
Onların istehsal prosesindəki təyinatına və roluna görə;
Materialların texniki xassəsinə görə(növünə, ölçüsünə, markasına, istiqamətinə və b.)
İstehsal prosesindəki funksional roluna və təyinatına görə müəssisənin malik olduğu bütün materiallar iki yerə bölünür:
əsas materiallar;
köməkçi materiallar.
Əsas materiallar qrupuna istehsal olunan məhsulun maddi əsasını təşkil edən materiallar daxil edilir.
Köməkçi materiallar istehsal edilən məhsulların tərkibinə daxil edilir, lakin onun əsasını təşkil etmir.
İstehsalat prosesində materialların istifadə edilməsinin uçotunu və nəzarətini səmərəli təşkil etmək məqsədi ilə və onların geniş çeşiddə olmaları ilə əlaqədar müəssisələri, yuxarıda qeyd olunan ehtiyatların iriləşdirilmiş iqtisadi təsnifatı ilə yanaşı, onların texniki əlamətlərinə və xassələrinə görə daha dəqiq qruplaşdırılmasından da istifadə edirlər.
Mühasibat uçotunun yeni hesablar planına müvafiq olaraq yuxarıda qeyd olunan qruplardan hər biri üçün 201 saylı “Material ehtiyatları” hesabında ayrıca subhesab nəzərdə tutlmuşdur.
Azqiymətli əşyalarda özlüyündə maddi Aktivlərdir. İstismar müddəti çox az olduğuna görə onları uzunmüddətli Aktivlər kimi qəbul edilmir. Məhz bu əlamətinə görə yeni standartlarda öz qiymətli əşyalar material ehtiyatları kimi qəbul edilir.
Azqiymətli əşyaları ayrılıqda uçota almaq üçün 207 saylı “Digər ehtiyatlar” hesabının tərkibində 2 subhesabın açılması məqsədəuyğundur:
İstismarda olan az qiymətli əşyalar;
Ehtiyatda olan az qiymətli əşyalar.
Ona görə materialları təkcə istehsal prosesindəki təyinatına görə deyil, həm də texniki xassəsinə görə qruplaşdırmaq lazım gəlir.
Materialların uçotunun təşkilinin mühüm ilkin şərti onların qiymətləndirilməsindən ibarətdir.
“Ehtiyatlar üzrə” 8№-li Milli Mühasibat Uçotu Standartlarının 10-cu maddəsi ilə, ehtiyatların ilkin dəyər və mümkün xalis dəyərdən ən kiçik olan dəyər ilə qiymətləndirilməsi tövsiyyə olunur.
Hazırda materialların qiymətləndirilməsinin aşağıdakı metodlarını tətbiq edirlər:
Sərbəst bazar (müqavilə) qiymətilə;
Dövlət tətəfindən tənzimlənən topdansatış (preyskurant) qiymətləri ilə;
Nomenklatura uçot qiyməti ilə.
Bu qiymətə əldə edilən (tədarük edilən) materialların orta alış qiymətləri və s. daxildir.
Marketinq xidmətlərinin və müəssisə anbarlarının saxlanmasına çəkilən xərclər materialların maya dəyərinə daxil edilmir. Onları 721 saylı “İnzibati xərclər” hesabının tərkibində uçota alınır.
Beynəlxalq təcrübədə mühasibat uçotunun aparılmasına qiymətləndirmənin iki metodu daha geniş surətdə tətbiq olunur. Bunlara FİFO və LİFO metodları aidir.
Dostları ilə paylaş: |