Əsas materiallar qrupuna istehsal olunan məhsulun maddi əsasını təşkil edən materiallar daxil edilir.
Köməkçi materiallar istehsal edilən məhsulların tərkibinə daxil edilir, lakin onun əsasını təşkil etmir.
Mühasibat uçotunun yeni hesablar planına müvafiq olaraq yuxarıda qeyd olunan qruplardan hər biri üçün 201 saylı “Material ehtiyatları” hesabında ayrıca subhesab nəzərdə tutlmuşdur.
Azqiymətli əşyalar da özlüyündə maddi Aktivlərdir. İstismar müddəti çox az olduğuna görə onlar uzunmüddətli Aktivlər kimi qəbul edilmir. Məhz bu əlamətinə görə yeni standartlarda az qiymətli əşyalar material ehtiyatları kimi qəbul edilir. Azqiymətli əşyaları ayrılıqda uçota almaq üçün 207 saylı “Digər ehtiyatlar” hesabının tərkibində 2 subhesabın açılması məqsədəuyğundur:
İstismarda olan az qiymətli əşyalar;
Ehtiyatda olan az qiymətli əşyalar.
Ona görə materialları təkcə istehsal prosesindəki təyinatına görə deyil, həm də texniki xassəsinə görə qruplaşdırmaq lazım gəlir.
Materialların uçotunun təşkilinin mühüm ilkin şərti onların qiymətləndirilməsindən ibarətdir.
“Ehtiyatlar üzrə” 8№-li Milli Mühasibat Uçotu Standartlarının 10-cu maddəsi ilə,ehtiyatların ilkin dəyər və mümkün xalis dəyərdən ən kiçik olan dəyər ilə qiymətləndirilməsi tövsiyyə olunur.
Hazırda materialların qiymətləndirilməsinin aşağıdakı metodlarını tətbiq edilir:
Sərbəst bazar (müqavilə) qiymətilə;
Dövlət tətəfindən tənzimlənən topdansatış (preyskurant) qiymətləri ilə;
Nomenklatura uçot qiyməti ilə.
Bu qiymətə əldə edilən (tədarük edilən) materialların orta alış qiymətləri və s. daxildir.
Marketinq xidmətlərinin və müəssisə anbarlarının saxlanmasına çəkilən xərclər materialların maya dəyərinə daxil edilmir. Onları 721 saylı “İnzibati xərclər” hesabının tərkibində uçota alınır.
Material - istehsalat ehtiyatlarının uçot vahidi kimi ehtiyatların hər birinin adı və ya həmcins qrupları üzrə işlənib hazırlanan nomenklatura nömrəsi çıxış edir.