Mövzu 7.Reklamın effektliyinin qiymətləndirilməsi problemləri.
Reklamın effektliyinin qiymətləndirilməsi problemlərini araşdırmazdan əvvəl onun həyata keçirilməsi prosesinə diqqət yetirmək vacibdir. Reklam kampaniyası həyata keçirildikdən sonra onun effektliyinin müəyyən edilməsi, qiymətləndirilməsi olduqca vacibdir. Belə ki, hər bir müəssisə reklam kampaniyasını həyata keçirmək üçün küllü miqdarda vəsait xərcləyir və bu xərclərin özünü doğruldub-doğrultmamasını müəyyənləşdirmək, bilmək zəruri bir haldır. Eyni zamanda, müəssisənin reklam sahəsində həyata keçirdiyi tədbirlərin effektliyini müəyyənləşdirmək çətin və mürəkkəb bir prosesdir.
Dostları ilə paylaş: |