Reklam fəaliyyətinin effektliyi – əldə edilən səmərə göstəricisinin miqdarca xərclərə olan nisbəti ilə müəyyənləşdirilir. Bu zaman meydana çıxan çətinliklər və problemlər ondan ibarətdir ki, həyata keçirilən reklam kampaniyası nəticəsində əldə edilən səmərəni miqdarca qiymətləndirmək olduqca çətin olur. Adətən belə göstərici kimi, reklam kampaniyası və ondan sonrakı dövrdə satışın həcminin əldə edilən artımı əsas götürülür. Lakin bu artımın əldə edilməsinə reklam tədbirlərindən əlavə çoxlu sayda digər amillər də təsir göstərə bilər.
Praktikada reklam fəaliyyətinin effektliyini qiymətləndirərkən əsasən iki göstəricidən istifadə edilir:
-reklamın kommunikasiya effektliyi;
-reklamın iqtisadi effektliyi.
Dostları ilə paylaş: |