Mövzu Marketinq fəaliyyətində kommunikasiya sisteminin tətbiqinin zəruriliyi və problemləri


Satış proqramının işlənib hazırlanması



Yüklə 135,46 Kb.
səhifə37/57
tarix01.01.2022
ölçüsü135,46 Kb.
#105308
1   ...   33   34   35   36   37   38   39   40   ...   57
Satış proqramının işlənib hazırlanması. Satış proqramı elə hazırlanmalıdır ki, o firmanın marketinq strategiyalarına, bazar mövqeyinə, rəqabət şəraitinə, məhsullarının xarakterinə və xüsusiyyətlərinə uyğun gəlsin. Digər maketinq proqramlarında oldugu kimi, satış proqramının da işlənib hazırlanmasında daxili və xarici mühit amilləri nəzərə alınırlar. Firmanın daxili mühit amillərinəəsasən, onun əmək və maliyyə resursları, texniki imkanları, istehsal gücləri, elmi – tədqiqat və lahiyə konstruktor büroları, marketinq strategiyaları, məhsulun tipi və xarakteri, ali rəhbərliyin qəbul etdiyi qərarlar və s. aid edilir. Xarici mühit amillərinə müəssisədənkənar amilləri, o cümlədən, bazarın tipini və xarakterini, rəqabət şəraitini, potensial müştərilərin tələbatlarıni, hüquqi mühiti, sosial amilləri və s. aid etmək olar. Bu amillər firmanın satış strategiyasının formalaşmasına və satış proqramının işlənib hazırlanmasına ciddi təsir göstərə bilirlər. Odur ki, bu amillərin satış proqramının hazırlanmasında nəzərə alınması olduqca vacibdir.

Satış proqramının hazırlanmasıüçün bir sıra suallara cavab vermək lazım gəlir (46):

1. Hansı tərzdə hər bir satıcının şəxsi səylərini həmin şirkətin daxili və xarici mühit amillərinə uyğunlaşdirmaq və onu markütinq strategiyasının digər elementləri ilə inteqrasiya etmək olar?

2. Potensial alıcıların ayrı - ayrı tiplərinə münasibətdə hansı yanaşmaları, inam metodlarını və xidmət növlərini istifadə etmək lazımdır?

3. Bütün potensial istehlakçılara və onlarla işləməyi maksimum effektlə həyata keçirmək üçün firma satışı necə təşkil etməlidir? İstehlakçıların konkret problemlərini həll edən briqadalar necə təşkil edilirlər? Bu briqadalara kimlər daxil olmalıdırlar?

4. Planlaşdırılan dövrdə səmərəliliyin hansı səviyyəsini gözləmək olar? Satış rəhbərləri tələbin və təklifin proqnozlaşdırılmasında, həm də kvot və büdcənin formalaşmasında iştirak edirlər.

5. Firmanın ticarət heyətini hansı tərzdə formalaşdırmaq və yerləşdirmək lazımdır?. Satışüçün ərazini necə seçmək olar?.


Yüklə 135,46 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin