Mövzu Marketinq fəaliyyətində kommunikasiya sisteminin tətbiqinin zəruriliyi və problemləri



Yüklə 135,46 Kb.
səhifə38/57
tarix01.01.2022
ölçüsü135,46 Kb.
#105308
1   ...   34   35   36   37   38   39   40   41   ...   57
Proqramın realizasiyası. Satış proqramının həyata keçirilməsi satışın idarə edilməsinin bir hissəsi olmaqla, həm dəümumi idarəetmənin, menecmentin tərkib hissəsi kimi çıxış edir. Odur ki, firmanın satış proqramının içrasına rəhbərliyi satışüzrə menecerlər həyata keçirirlər. Proqramın səmərəli realizasiyasına nail olmaq üçün satışüzrə menecer ona tabe olan işçilərin davranışının səbəblərini başa düşməli, qarşıya qoyulan məqsədlərə uyğun gələn siyasətin və tədbirlərin işlənib hazırlanmasına və həyata keçirilməsinəçalışmalıdır.

Firmalar satışın idarə edilməsinin təşkili üzrə yuxarıda qeyd olunan məsələlərlə bağlı bir sıra qərarlar qəbul edirlər ki, bunlara aşağıdakıları aid etmək olar:

- ticarət heyətinin vəzifələrinin müəyyən edilməsi;

-ticarət aparatının strukturunun, strategiyasının, əmək haqqı sisteminin və ölçülərinin işlənilib hazırlan­ması;

- heyətin seçilməsi və işə cəlb edilməsi;

-ticarət agentlərinin öyrədilməsi;

-satıcıların işi üzərində nəzarətin həyata keçiril­məsi;

-ticarət agentlərinin işinin effektliyinin qiymət­ləndi­rilməsi.

Firmaların ticarət heyəti, adətən malik olduqları funksiyalara uyğun olaraq bir sıra vəzifələri yerinə yeti­rirlər və bu vəzifələr arasında alıcıların alış motivlərinin, davranış tərzinin öy­rən­ilməsi, bazarın tədqiq edilməsi olduqca mühüm əhəmiyyət kəsb edir.

Bəzən satış heyətinin, o cümlədən, ticarət agent­ləri­nin qarşısında daha konkret və aydın vəzifələr qoyu­lur və onların fəaliyyət dairəsi daha dəqiq müəyyənləşdi­rilir.

Firmalar satış strategiyasını işləyib hazırlayarkən sa­tış prosesinin xüsusiyyətlərini nəzərə almağa çalışırlar və bu zaman müxtəlif yanaşma formalarından istifadə edir­lər.


Yüklə 135,46 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin