Mövzu Marketinq fəaliyyətində kommunikasiya sisteminin tətbiqinin zəruriliyi və problemləri



Yüklə 135,46 Kb.
səhifə44/57
tarix01.01.2022
ölçüsü135,46 Kb.
#105308
1   ...   40   41   42   43   44   45   46   47   ...   57
4.Müqavilənin bağlanması. Ticarət agentləri yuxarıda qeyd olunan mərhələ­lərdə mal alınması üzrə bağlanılacaq müqavilənin şərtlə­rini ar­tıq müəyyən dərəcədə müzakirə etmiş olurlar. Odur ki, müqavilə bağlanması mərhələsində danışıq prosesi özünün son həddinə çatır. Bu zaman müştərinin müqa­vilə bağlamağa hazır olduğu anı tutmağı bacarmaq ol­duqca vacibdir. Bacarıqlı ticarət agentləri müştərini müqavilə bağlamağa inandırmaq üçün bir neçə üsuldan istifadə edirlər və şəraitdən asılı olaraq bu üsullardan ən səmərəlisini seçməyi bacarmalıdırlar. Müqavilənin bağlanmasıüçün ticarət agenti alıcıya xüsusu (sərfəli) çatdırılma şərtləri təklif edə bilər. Bununla belə, müqavilənin bağlanması prosesi olduqca çətin və məsuliyyətli bir prosesdir. Bu mərhələdə alıcı mal alışı haqqında qərar qəbul etməlidir. O, belə qərarı qəbul etməyədə bilər. Bu halda ticarət agentinin həmin ana qədər göstərdiyi bütün səylər heç olacaqdır. Adətən alıcılar mal alışı haqqında qərar qəbul etməyə tələsmirlər. Belə olan halda ticarət agentinin əsas vəzifəsi alıcının mal alışı qərarını sürətləndirən taktika tətbiq etmək vəəlavə səylər göstərməkdən ibarət olmalıdır.


Yüklə 135,46 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin