Mövzu Marketinq fəaliyyətində kommunikasiya sisteminin tətbiqinin zəruriliyi və problemləri


Vasitəçilərin ləğv edilməsi və yeni tipli vasitəçilik



Yüklə 135,46 Kb.
səhifə54/57
tarix01.01.2022
ölçüsü135,46 Kb.
#105308
1   ...   49   50   51   52   53   54   55   56   57
Vasitəçilərin ləğv edilməsi və yeni tipli vasitəçilik. Bir çox internet firmaların (AOL, Amazon, eBay, Yahoo və s.) yaranması və bazarda müvəffəqiy-yət qazanması bəzi istehsalçıları və pəra­kəndə ticarətçiləri ciddi narahat etməyə başlamışdır. Onlayn rəqiblərin meydana çıxması ilə bir çox tipik vasitəçilər – xüsusilə kitab və musiqi məhsulları mağaza­ları, səyahət agentlikləri, broker firmaları bazarda çox güclü təzyiq hiss edirlər. Onlar e-satıcılar tərəfindən, haqlı olaraq da təhlükə hiss edirlər. Bir sıra ənənəvi vasitəçi firmalar həqiqətən də oyundan çıxmışlar. Ancaq Şə­bəkədə işləyən yeni vasitəçilər (xüsusilə, Price-line.com) meydana çıx­mışlar ki, onların müvəffəqiyyət qazanması artıq yeni tipli və iri miqyasılıvasitəçilərin yaranmasına işarədir.

Bununla belə bir çox ənənəvi firmalar yeni reallığa, yeni tipli vasitəçiliyə ehtiyatla yanaşırlar və belə hesab edirdilər ki, onlayn firmaların hücumu zəifləyəcək və ya tamamilə dayanacaqdır. Son nəticədə onlar pərakəndə satıcıla­rın, broker və agentlərin sadiqliyini qoruyub saxlamaq üçün, həm şəbəkə, həm də şəbəkədənkənar fəaliyyəti həyata keçirməyəüstünlük verdilər və şəxsi İnternet ka­nallarını yaratdılar. Həm onlayn, həm də şəbəkədənkə­nar ənənəvi kanallara malik olan firmalar şəbəkə kompaniyalarına nisbətən daha güclü mövqeyə malik oldular.

Şəbəkədə fəaliyyət böyük sürətlə davam edir, virtual kompaniy­alar yüksək mənfəət qazanırlar. Bununla belə, bir çox İnternet-kom­paniyalar başqa dot.coms-ların çiçəklənməsinə baxmayaraq, maliyyə uğursuzluğuna düçar olur, məsrəflərini ixtisar edir, hətta müflis olduqla­rını belə elan edirlər.


Yüklə 135,46 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin