Mövzu Marketinq fəaliyyətində kommunikasiya sisteminin tətbiqinin zəruriliyi və problemləri


Reklam kampaniyası həyata keçirildikdən sonra rek­lamın effektliliyi



Yüklə 135,46 Kb.
səhifə30/57
tarix01.01.2022
ölçüsü135,46 Kb.
#105308
1   ...   26   27   28   29   30   31   32   33   ...   57
Reklam kampaniyası həyata keçirildikdən sonra rek­lamın effektliliyi həmin kampaniyanın məqsədlərinə uyğun olaraq müəyyənləşdirilir. Əgər reklam verən kom­mu­nikasiya məqsədi müəyyənləşdirmişdirsə onda reklam kam­paniyası qurtardıq­dan sonra məqsədlərə nail olun­ma­sı səviyyəsi ölçülür. Bundan ötrü istehlakçıların sor­ğu­su keçirilir və yaxud reklamın tanınması dərəcəsini müəy­yən­ləşdirməyə yönəldilən xüsusi eksperimentlər həyata ke­çirilir. Bu cür tədqiqatlar, bir qayda olaraq ixti­sas­laş­dırılmış marketinq təşkilatları tərəfindən həyata ke­çirilir.

Reklamın tanınma dərəcəsini müəyyənləşdirərkən eks­periment iştirakçılarına tədqiq olunan reklamlar gö­s­tərilir və onları tanınma dərəcəsinin səviyyəsinə görə qiy­mət­­ləndirirlər.

Reklam kampaniyası həyata keçirildikdən sonra reklamın qiymətləndirilməsi iki metodla həyata keçirilir:

1.Yadda qalmaya görə qiymətləndirmə. Bu halda reklam verən insanlar arasında sorğu keçirir və onlardan xahiş edir ki, onlar gördükləri məhsul və istehsalçı müəs­sisə haqqında nə görmüşlərsə onu yadlarına salsınlar. Bununla da reklamın yadda qalmasını qiymətləndirmək mümkün olur.

2.Dərk edilmənin qiymətləndirilməsi. Reklam verən, məsələn, curnal oxucularından xahiş edir ki, onlar əvvəl­lər nə görmüşlər, hansı reklama rast gəlmişlər o barədə fikirlərini söyləsinlər.

Reklamın kommunikasiya effektliyinin əldə edilməsi ötürülən informasiyanın forma və məzmununu yaxşılaş­dırmağa imkan verir, lakin reklamın satışın həcminə tə­siri barədə fikir söyləməyə əsas vermir.




Yüklə 135,46 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin