Mövzu Marketinq fəaliyyətində kommunikasiya sisteminin tətbiqinin zəruriliyi və problemləri



Yüklə 135,46 Kb.
səhifə32/57
tarix01.01.2022
ölçüsü135,46 Kb.
#105308
1   ...   28   29   30   31   32   33   34   35   ...   57
2.Qalıq məbləğlər metodu. Bu metodun tətbiqi za­manı mənfəətin məbləğinin dəyişməsi səbəbləri iki yerə bölünür: əsas və sair səbəblər. Mənfəətin məbləğinin dəyişməsinə təsir göstərən əsas və sair səbəblərin xüsusi çəkisi 1-dən 0-a qədər olan intervalda qalıq məbləğlər metodu ilə müəyyən olunur. Mənfəətin məbləğinin dəy­iş­məsinin bütün sair səbəblərinin xüsusi çəkisi 1-dən çıxı­lır və bu yolla reklamın xalis effektliyinin xüsusi çəkisi tapı­lır. Mənfəətin ümumi məbləği, hesablanmış həmin xüsusi çəkiyə vurulmaqla reklam əsasında əldə edilən mənfəətin məbləği müəyyənləşdirilir. Mənfəətin məbləğinin dəyiş­məsinin sair səbəblərinə aşağıdakıları aid etmək olar.

-əvvəlki reklam kampaniyasının təsiri;

-əmtəə seçimi zamanı istehlakçı davranışının süstlüyü;

-mövsümi dəyişikliklər;

-istehlakçıların bəzi həyati tələbatlarının dəyişilməsi;

-reklam olunan məhsulun qiymətinin proqnozlaşdı­rılan artım tempi;

-təbii və ekoloji fəlakətlər;

-sair amillər.

Yuxarıda qeyd olunan sair səbəblərin təsiri çıxıldı­qdan sonra həyata keçirilmiş reklam kampaniyasının xa­lis effektliyi hesablanılır.

Müqayisəli təhlil aparmaq üçün reklam xərclərinin effektliyigöstəricisindən istifadə olunur.

Beləliklə, qeyd etmək olar ki, qarşıya qoyulan məqsədlərdən asılı olaraq müxtəlif xarakterli reklam tədbirləri həyata keçirilir ki, onların bəziləri üzrə iqtisadi effektlik göstəricisini hesablamaq çətin olur. Məsələn, müəssisə qarşıya qoyduğu məqsədə uyğun olaraq imic reklamını həyata keçirir. Bu halda reklam kompaniyasının iqtisadi effektliyini hesablamaq mümkün olmur. Digər bir halda müəssisə məhsul bazara çıxarılmazdan müəyyən müddət əvvəl informasiya xarakterli reklam həyata keçirir. Bu halda da reklamın iqtisadi effektliyini hesablamaq məqsədəuyğun hesab edilmir. Bu cür hallarda, adətən reklamın kommunikasiya effektliyi hesablanılır.

Müəssisələr reklamın effektliyini qiymətləndirərkən bir sıra problemlərlə qarşılaşırlar. Belə problemlər reklamın iqtisadi effektliyi qiymətləndirilərkən özünü daha qabarıq şəkildə biruzə verir.



Yüklə 135,46 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin