Vasitəçilərin ləğv edilməsi və yeni tipli vasitəçilik. Bir çox internet firmaların (AOL, Amazon, eBay, Yahoo və s.) yaranması və bazarda müvəffəqiy-yət qazanması bəzi istehsalçıları və pərakəndə ticarətçiləri ciddi narahat etməyə başlamışdır. Onlayn rəqiblərin meydana çıxması ilə bir çox tipik vasitəçilər – xüsusilə kitab və musiqi məhsulları mağazaları, səyahət agentlikləri, broker firmaları bazarda çox güclü təzyiq hiss edirlər. Onlar e-satıcılar tərəfindən, haqlı olaraq da təhlükə hiss edirlər. Bir sıra ənənəvi vasitəçi firmalar həqiqətən də oyundan çıxmışlar. Ancaq Şəbəkədə işləyən yeni vasitəçilər (xüsusilə, Price-line.com) meydana çıxmışlar ki, onların müvəffəqiyyət qazanması artıq yeni tipli və iri miqyasılıvasitəçilərin yaranmasına işarədir.
Bununla belə bir çox ənənəvi firmalar yeni reallığa, yeni tipli vasitəçiliyə ehtiyatla yanaşırlar və belə hesab edirdilər ki, onlayn firmaların hücumu zəifləyəcək və ya tamamilə dayanacaqdır. Son nəticədə onlar pərakəndə satıcıların, broker və agentlərin sadiqliyini qoruyub saxlamaq üçün, həm şəbəkə, həm də şəbəkədənkənar fəaliyyəti həyata keçirməyəüstünlük verdilər və şəxsi İnternet kanallarını yaratdılar. Həm onlayn, həm də şəbəkədənkənar ənənəvi kanallara malik olan firmalar şəbəkə kompaniyalarına nisbətən daha güclü mövqeyə malik oldular.
Şəbəkədə fəaliyyət böyük sürətlə davam edir, virtual kompaniyalar yüksək mənfəət qazanırlar. Bununla belə, bir çox İnternet-kompaniyalar başqa dot.coms-ların çiçəklənməsinə baxmayaraq, maliyyə uğursuzluğuna düçar olur, məsrəflərini ixtisar edir, hətta müflis olduqlarını belə elan edirlər.
Dostları ilə paylaş: |