Mövzu Marketinq fəaliyyətində kommunikasiya sisteminin tətbiqinin zəruriliyi və problemləri



Yüklə 135,46 Kb.
səhifə55/57
tarix01.01.2022
ölçüsü135,46 Kb.
#105308
1   ...   49   50   51   52   53   54   55   56   57
Kastomizasiya və kastomerizasiya. Kastomizasiya dedikdə, kompani-yanın özünün hər bir müştərisinə xüsusi olaraq, onun üçün nəzərdə tutulmuş məhsul, xidmət, qiymət və çatdırılma kanallarını təmin etmək iqtidarında olması başa düşülür. Şəbəkədə onlayn satıcı­lar mahiyyət etibarı ilə sərbəst olaraq məhsul işləyib hazırlaya bilən istehlakçı - istehsalçılara çevrilirlər. Kompaniyalar isə fərdi olaraq hər bir müştəri ilə şəxsiləşdirilmiş müraciətlər, məhsullar və xidmətlər vasitəsilə qarşılıqlı təsirə və əlaqə im­ka­nına malik olurlar. Funksional kastomiza-siya və marketinq kastomizasiyasının birləşməsi kastomerizasiya adını almışdır.

Kastomizasiyanı texniki cəhətdən mürəkkəb məhsullara, məsələn, avtomobilə tətbiq etmək çox problemlidir, eyni zamanda o, qiymətin müştərinin ödəməyə hazır olduğu səviy­yədən artıq olmasını şərtləndirir. Digər bir potensial problem ondan iba­rət­dir ki, müştərilər real məhsulu görməmiş sifariş edirlər və məhz bu baxımdan, bəzən nə istədiklərini özləri belə bil­mirlər. Kompaniyalar isə əgər məhsulun hazırlanması artıq başlayıbsa, müş­tə­rilərə sifarişi ləğv etməyə imkan vermirlər. Bir də ki, sifariş əsasında ha­zırlanmış əmtəəni təmir etmək çətin olur. Digər tərəfdən kastomizasiya bir sıra məhsullar üçün (mini-kompyuterlər, kosmetik kremlər, lasyonlar və s.) daha çox uyğun gəlir, həmçinin tədqiqatlar üçün də geniş imkan yaradır.




Yüklə 135,46 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin