Özünü yoxlama sualları və tapşırıqlar
1. Ölkəmizdə marketinq konsepsiyasının öyrənilməsinin və tətbiqinin zəruriliyi nə ilə əlaqədardır?
2. Marketinqin mahiyyətinə hansı yanaşmalar mövjuddur? Bu yanaşmaların fərqi nədən ibarətdir?
3. Marketinq konsepsiyası öz inkişafında hansı mərhələlərdən keçmişdir? Marketinq konsepsiyası ilə satış konsepsiyasının, həmçinin marketinq konsepsiyası ilə sosial-etik marketinq konsepsiyasının fərqləri nədən ibarətdir?
4. Mübadilənin baş verməsi üçün hansı şərtlərə əməl edilməlidir?
5. Tətbiq edildiyi sahələrinin və ya məhsulun, fəaliyyətin xarakterinə, həmçinin tələbatın ödənilmə səviyyəsinə görə marketinqin formalarını izah edin. Demarketinq tələbatın hansı formasında tətbiq edilir?
6. Marketinqin uzunmüddətli məqsədi nədir? Marketinqin xüsusi məqsədləri dedikdə nə başa düşürsünüz?
7. Marketinq funksiyalarını izah edin. Marketinqin məhsulların bölüşdürülməsi və satışının təşkili funksiyası özündə hansı əməliyyatları birləşdirir?
8. Marketinq probleminin həllinə hansı yanaşmalar mövjuddur? Bu yanaşmaların fərqi özünü nədə göstərir?
Dostları ilə paylaş: |