1.2. Marketinqin formaları
Marketinq: a) bazarın əhatəetmə dərəjəsinə; b) milli iqtisadiyyatın səviyyə-sini əhatəetmə dərəjəsinə; j) tətbiq edildiyi sahələrinin və ya məhsulun, fəaliyyət xarakterinə; ç) bazar seqmentlərini əhatəetmə səviyyəsinə; d) tələbatın ödənilmə səviyyəsinə və e) istehlakçılarla ünsiyyət üsuluna görə təsnifləşdirilir. Bu əlamətlərə görə marketinqin müxtəlif formaları vardır.
Bazarları əhatəetmə dərəjəsinə görə marketinq daxili marketinqə və beynəlxalq marketinqə bölünür.
Daxili marketinq dedikdə müəssisənin yerləşdiyi ölkənin hüdudları (sərhədləri) daxilindəki bazarlarda həyata keçirilən marketinq fəaliyyəti başa düşülür.
Beynəlxalq marketinq dedikdə isə müəssisənin yerləşdiyi ölkənin hüdud-larından kənarda yerləşən və ölkə müəssisələrinin fəaliyyət göstərdiyi bazar-larda, yəni beynəlxalq bazarlarda həyata keçirilən marketinq fəaliyyəti başa düşülür.
Dostları ilə paylaş: |