Marketinq probleminin həllinin nətijəsi. Marketinq probleminin həlli və onun operativ tənzimlənməsi qəbul edilən qərarlara və həyata keçirilən fəaliyyətin nətijələrinə qeyri-müəyyənlik amilinin təsirini və bunun sayəsində, riskin səviyyəsini aşağı salmağa imkan verir.
Marketinq probleminin həllinə yanaşma metodunun xarakterik xüsusiyyəti. Marketinq problemi həllinə yuxarıda izah edilən mərhələli yanaşma metodunun xarakterik xüsusiyyəti marketinq prosesində qabaqjadan səhvlərə, hesablamalarda yanlışlıqlara yol verə bilməsinin qəbul edilməsidir. Buna görə də o, həyata keçirilən tədbirlər nəzərdə tutulan nətijəni vermədiyi halda prosesin yenidən təkrar edilməsini nəzərdə tutur.