İstehlakçılaraünsiyyətüsulunagörəmarketinq aktiv və passiv marketinqə bölünür. Aktiv marketinq istehlakçılara təsir etmənin daha aktiv formalarından: birbaşa marketinqdən, telemarketinqdən, konfrans və seminarlardan, geniş əhali kütləsi arasında sorğuların keçirilməsindən, potensial müştərilərlə fərdi ünsiyyət-dən və s. istifadə etməklə onların məhsul almağa təhrik edilməsini nəzərdə tutur.
Passiv marketinq isə passiv ünsiyyət vasitələrdən istifadə etməklə, həmçinin mətbuatda müəssisənin jari və perspektiv fəaliyyəti haqqında, onun təklif etdiyi məhsul və xidmətlərin üstünlüyü və səmərəsi haqqında məqalələr çap edilməsi, müəssisənin fəaliyyətinə aid prospektlərin və hesabatlarının hazırlanması və s. vasitəsilə istehlakçılara təsir etməni nəzərdə tutur.