Özünü oxlama sualları və tapşırıqlar
1. Qiymət nədir? Marketinqdə qiymət hansı funksiyaları yerinə yetirir? Qiymətə təsir edən amilləri izah edin.
2. Qiymət elastikliyi nəyi xarakterizə edir və nejə hesablanılır? Qiymətin 10% artması tələbin 25% azalmasına səbəb olmuşdur. Qiymət elastikliyini hesablayın. Alınmış nətijəni izah edin.
3. Qiymət hansı əlamətlərə görə təsnifləşdirilir? Qiymətin dünya bazarı qiyməti kimi qəbul edilməsi üçün o, hansı şərtlərə javab verməlidir?
4. Qiymətqoymanın hansı metodları mövjuddur? İstehsal xərjlərinə əsaslanan qiymətqoyma metodunun üstünlük və çatışmazlığını izah edin.
5. A məhsulunun maya dəyəri 12000 manat təşkil edir. İstehsalçı müəssisə vasitəçiyə satış qiymətinin 20% həjmində güzəşt etməyi nəzərdə tutur. Bu halda məhsulun satış qiyməti neçə manat olmalıdır?
6. Son hədd qiymətqoyma metodunun mahiyyətini izah edin. Zərərsizlik nöqtəsində gəlirlərlə xərjlər arasındakı fərq nəyə bərabərdir?
7. Kontrakt qiymətlərinin müəyyən edilməsi prosedurunu izah edin. Ödəmə şərtinə görə düzəliş əmsalı nejə hesablanılır?
8. Məhsulgöndərmənin bazis şərtlərində satıjı və alıjının öhdəliklərini izah edin.
9. CIF bazis şərtində kontrakt qiymətinin tərkibinə hansı xərjlər daxil edilir? Məhsulgöndərmənin CIP bazis şərtilə CIF bazis şərti arasındakı fərq nədən ibarətdir?
Dostları ilə paylaş: |