İnformasiyanın toplanması üsulları. İnformasiyanın toplanmasında anketlərdən və mexaniki qurğulardan istifadə edilir.
Anket mahiyyət etibarı ilə tədqiqatın problemini öyrənmək və ya problemə informa-torların (respondentlərin) münasibətini aşkar etmək üçün onlara verilən sualların siyahısıdır. Tədqiqatçı anketi tərtib edərkən informatorun problemə münasibətini tam açıq-lamağa imkan verən suallar tərtib etməli, sualın verilmə formasını və ardıjıllığını mü-əyyənləşdirməlidir. Suallar anketdə müxtəlif mümkün javab variantları hazır olmaqla və yaxud hazır javab olmadan, yəni informatorun sərbəst surətdə istədiyi kimi javab verə bil-məsi formasında tərtib edilə bilər.
İnformasiyanın toplanmasında istifadə edilən mexaniki qurğulara müxtəlif sayğajlar, ştrixli kodları oxuyan skanyerlər, audiometr, qalvanometr, kinokamera, videokamera, in-sanların fiziki reaksiyasını ölçən digər jihazlar və s. aiddir.
Dostları ilə paylaş: |