Tədqiqatlarınmetodlarınınseçilməsi. Tədqiq edilən probleminn, həmçinin tədqiqatın və tədqiqat layihəsinin xarakterindən asılı olaraq marketinq tədqiqatlarında müxtəlif metodlardan istifadə edilə bilər. Ümumi hallda marketinq tədqiqatlarının aparılmasında ümumi elmi metodlardan (sistemli təhlil, situasiyalı təhlil və proqram-məqsədli yanaşma metodları), analitik proqnozlaşdırma metodlarından (xətti proqnozlaşdırma, kütləvi xid-mət nəzəriyyəsi, əks əlaqə metodu, işgüzar oyunlar, iqtisadi-riyazi metod və iqtisadi-statis-tik metod və s.) və digər elm sahələrindən götürülmüş metodlardan (sosiologiya, psixo-logiya, ekologiya, estetika, dizayn və antropologiya kimi digər elm sahələrindən götürül-müş metod və üsullar) istifadə edilir.