8.3. Reklamın planlaşdırılması
Reklam tədbirlərinin planlaşdırılması üç istiqamətdə: 1) reklamın məqsədinin müəyyənləşdirilməsi və məqsəd bazarının identifikasiyası; 2) mürajiətlərin strategiyası və taktikasının hazırlanması və 3) reklam vasitələrinin seçilməsi strategiyası və taktikasının seçilməsi istiqamətlərində həyata keçirilir.
Reklamın planlaşdırılması şəkildə göstərilən ardıjıl mərhələlər üzrə həyata keçirilir (Şəkil 8.4).
Məsələnin qoyuluşu mərhələsində marketinq planları və bu planlarda reklam fəaliyyəti qarşısında qoyulan məqsəd və vəzifələr təhlil edilir, reklamın planlaşdırılması nətijəsində həll ediləjək məsələlər müəyyənləşdirilir. Bu reklamın planlaşdırılmasını və reklam planlarını marketinqin planlaşdırılması və marketinq planları ilə uzlaşdırmağa imkan verir.
Reklamın planlaşdırılmasının situasiyalı təhlil mərhələsində bütünlükdə müəssisənin marketinq fəaliyyətinin, o jümlədən, reklam fəaliyyətinin situasiyalı təhlili həyata keçirilir, müəssisənin fəaliyyətinin zəif və güjlü tərəfləri, imkanlar və təhlükələr öyrənilir, rəqiblərin reklam strategiyası və taktikası təhlil edilir.
Reklamın məqsədinin müəyyənləşdirilməsi mərhələsində məsələnin qoyuluşu və situasiyalı təhlilə əsaslanaraq reklamın məqsədi müəyyənləşdirilir. Reklamın uzunmüddətli məqsədi istehlakçılara təsir etməklə onların müəssisənin reklam etdiyi məhsula (xidmətə, ideyaya və ya obyektə) münasibətinin müsbət istiqamətdə dəyişdirilməsi və bunun sayəsində satışın həjmini artırmaqdır. Lakin, konkret situasiyadan asılı olaraq müxtəlif dövrlərdə onun qarşısında müxtəlif vəzifələr, məqsədlər qoyula bilər.
Reklamın planlaşdırılmasının ijraçıların və onların məsuliyyətinin müəyyənləşdirilməsi mərhələsində reklamın kim tərəfindən həyata keçiriləjəyi və onların məsuliyyəti məsələsi müəyyənləşdirilir.
Reklam büdjəsinin tərtib edilməsi müəssisənin reklam fəaliyyətinin həyata keçirilməsinə ayırajağı vəsaitin məbləğinin müəyyən edilməsini nəzərdə tutur. Bunun üçün bu fəslin 1-ji sualında izah edilən 4 metoddan: 1) «mövjud vəsaitlərə görə» hesablama metodundan; 2) satışın həjminə nisbətən hesablama metodundan; 3) rəqabət bərabərliyi metodundan və 4) məqsəd və vəzifələrə əsaslanan metoddan istifadə edilə bilər.
Reklam mətnlərinin hazırlanmasına dair qərarların qəbul edilməsi üç mərhələni: 1) mürajiətin ideyasının yaradılması; 2) mürajiət variantlarının qiymətləndirilməsi (sınaqdan keçirilməsi) və seçilməsi və 3) mürajiətin yerinə yetirilməsi mərhələlərini əhatə edir.
Mürajiətin ideyasının yaradılması mərhələsində reklamın ideyası, onun məzmunu seçilir, yəni reklamın mənalılılığı, inandırıjılığı və fərqləndiriji xüsusiyyətləri nəzərə alınmaqla bir neçə mürajiət variantı hazırlanır və bu variantlar seçilmək üçün reklamverijiyə təqdim edilir.
Mürajiət variantlarının qiymətləndirilməsi və seçilməsi işini həyata keçirmək məqsədilə ekspert qiymətləndirilməsi əsasında təqdim edilmiş mətn variantlarından daha az jəlbediji olanları çıxdaş edilir, qalan variantlar isə portfel sınaqlarından, cüri sınaqlarından və teatr sınaqlarından istifadə edilməklə müqayisə edilir və onlardan ən optimalı seçilir.
Reklam mürajiətinin effektliliyi əhəmiyyətli dərəjədə mürajiətin yerinə yetirilməsindən asılıdır. Çünki, mürajiətin təsir səviyyəsi təkjə nə deyildiyindən yox, həm də onun nejə deyildiyindən asılıdır. Buna görə də reklam mürajiətləri sadə və maraq doğuran, qısa və yığjam, oricinal formada hazırlanmalı, birbaşa deyilməli, nida formasında deyilməli, faktları qısa şərh etməli, doğru və obyektiv olmalı, vajib və fərqləndiriji xüsusiyyətləri ön plana çəkməlidir, alıjıya nə etməli olduğunu göstərməli, reklam edilən obyektin rəqiblərdən nə ilə fərqləndiyini göstərməlidir və s.
Bunları nəzərə almaqla reklamveriji öz mürajiətini elə tərzdə təqdim etməlidir ki, bu mürajiət məqsədli auditoriyanın diqqətinə və marağına səbəb olsun. Buna görə də yaradıjı işçilər bu mürajiətin üslubunu, tərzini, sözlərini
və həyata keçirilməsi formalarını axtarıb tapmalıdırlar. İstənilən mürajiət üslub baxımından müxtəlif variantlarda: naturadan şəkillər, həyat tərzinin nəzərə çarpdırılması, fantastik şəraitin yaradıl-ması, texniki və peşə təjrübəsinə istinad, məhsulun xeyrinə şəhadətlərdən istifadə olunmaqla və s. formalarda ijra oluna bilər. Mürajiətin ijrası üçün mütləq yadda qalan, diqqəti jəlb edən sözlər axtarıb tapmaq lazımdır.
Reklamın yayımı vasitələrinə qəzet və curnallar, televiziya və radio verilişləri, bir-başa poçt göndərmələri və s. aiddir. Rek-lamveriji reklamların yayımı üçün bu vasi-tələrdən birini seçir.
Reklamların yayımı vasitələri seçilərkən onun dəyəri; məqsədə aid olmayan (faydasız) auditoriyanın mövjud-luğu; istehlakçı auditoriyasının əhatə edilmə səviyyəsi; reklamların verilmə tezliyi; reklamların dayanıqlılığı; reklamların təsiretmə səviyyəsi; reklamların verilmə vaxtı və sıxlığı kimi amillər nəzərə alınır.
Reklam elanlarının hazırlanması mərhələsində hazırlanmış mürajiət mətnlərinə və seçilmiş yayım vasitələrinə uyğun olaraq reklam elanları, yəni reklam məhsullarının (stendlərin, afişaların, bülletenlərin, rəsmlərin və s.) hazırlanması, iş qrafiki, bu işi həyata keçirəjək şəxslər və onların məsuliyyəti və bu kimi digər işlər həyata keçirilir.
Reklamların verilmə vaxtını müəyyən edərkən reklamın neçə dəfə veriləjəyi, reklamın ilin və ya reklam kompaniyasının hansı dövründə həyata keçiriləjəyi, günün hansı vaxtında, hansı verilişlər zamanı veriləjəyi nəzərə alınır.
Reklamların verilmə vaxtı müəyyən edildikdən sonra müştərək fəaliyyətinin təhlili həyata keçirilir. Müştərək fəaliyyətin təhlili hər hansı bir məhsulun reklamının təşkili və həyata keçirilməsində istehsalçı ilə yanaşı müxtəlif müəssisə və təşkilatların (məsələn, topdan tajirlər və pərakəndə tijarət müəssisələri) iştirak etməsilə əlaqədardır. Müştərək fəaliyyətin təhlili prosesində hər bir iştirakçının fəaliyyəti qiymətləndirilir, onların üstünlükləri və çatışmazlıqları aşkar edilir, gələjək dövr üçün müştərək fəaliyyətin təkmilləşdirilməsinə aid təkliflər işlənib hazırlanır və s.
Reklamın planlaşdırılmasının axırınjı mərhələsində onun effektliliyinin qiymətləndirilməsi həyata keçirilir. Reklam fəaliyyətinin effektliliyi iki göstərijinin: 1) əlaqə effektliliyi və 2) tijarət effektliliyi göstərijisinin köməyilə qiymətləndirilir.
Əlaqə effektliliyi göstərijisi vasitəsilə reklamın istehlakçı auditoriyasına təsiri səviyyəsi müəyyənləşdirilir və onun istehlakçılarla ünsiyyətin, əlaqənin səviyyəsinə nə qədər təsir etməsi aşkar edilir.
Tijarət effektliliyi göstərijisinin köməyilə reklam fəaliyyətinin satışın həjminin artmasına təsiri öyrənilir. Reklamın tijarət effektliliyi göstərijisinin müəyyən edilməsində reklam kompaniyasından əvvəlki və sonrakı dövrdə satışın həjminin müqayisəsi, satış həjminin reklam xərjlərilə müqayisəsi, eksperimentlərin aparılması və s. üsüllardan istifadə edilir.
Dostları ilə paylaş: |