Mövzu marketiqin kommunikasiya sistemi plan


Satışın həvəsləndirilməsinin forma və metodları



Yüklə 441,5 Kb.
səhifə11/17
tarix10.01.2022
ölçüsü441,5 Kb.
#108755
1   ...   7   8   9   10   11   12   13   14   ...   17
8.4. Satışın həvəsləndirilməsinin forma və metodları

Satışın həvəsləndirilməsi alıjını və ya vasitəçiləri məhsulu almağa həvəs­lən­dirən qısamüddətli tədbirlər kompleksi və ya məhsulun alınmasına görə veri­lən mükafatdır. Satışın həvəsləndirilməsinin geniş yayılması aşağıdakı amillərlə izah edilir:

- alıjılıq qabiliyyəti aşağı olan istehlakçılar məhsulun qiymətinə çox həssas­dır­lar və buna görə də satışın həvəsləndirilməsi tədbirlərinə müsbət yanaşırlar. İs­tehlakçı baxımından istənilən həvəsləndirmə tədbiri son nətijədə öz əksini məh­sulun qiymətinin aşağı düşməsində tapır;

- satışın həvəsləndirilməsi tədbirləri məhsulun qiymətini aşağı saldığından və istehlakçıları məhsulları almağa həvəsləndirdiyindən pərakəndə tajirlər isteh­sal­çıdan həvəsləndirmə tədbirlərinin həyata keçirilməsini tələb edirlər;

- müasir dövrdə rəqabət mübarizəsi kəskinləşdiyindən ayrı-ayrı müəssisələr rəqabət üstünlüyü əldə etmək məqsədilə satışın həvəsləndirilməsinə çəkilən xərjlərin həjmini artırırlar;

- reklamla müqayisədə satışın həvəsləndirilməsi tədbirləri satışın həvəslən­di­rilməsinə birbaşa və qısa müddət ərzində təsir edir, həmçinin onun satışın həjminin artırılmasına təsirini daha asan müəyyən etmək olur;

- əvvəlki bənddə göstərilən səbəbdən və KİV-də, xüsusən elektron KİV-də verilən reklamların qiymətinin artması müəssisələri satışın həvəsləndirilməsi metodlarından daha geniş istifadə etməyə təhrik edir və s.

Satışın həvəsləndirilməsi prosesində 3 kateqoriya alqı-satqı iştirakçıları: istehlakçılar (alıjılar), vasitəçilər və satış heyəti (satıjılar) həvəsləndirilir.


Yüklə 441,5 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin