Mövzu marketiqin kommunikasiya sistemi plan


İstehlak məhsulları reklamının formaları



Yüklə 441,5 Kb.
səhifə8/17
tarix10.01.2022
ölçüsü441,5 Kb.
#108755
1   ...   4   5   6   7   8   9   10   11   ...   17
İstehlak məhsulları reklamının formaları. İstehlak məhsullarının reklamı öz növbəsində məqsədindən asılı olaraq təsnifləşdirilir. Məqsədindən asılı olaraq bu reklamlar informasiya xarakterli reklamlara, tövsiyə xarakterli (məsləhətveriji) reklamlara və xatırladıjı reklamlara bölünür.

İnformasiya xarakterli reklamların əsas vəzi­fə­si istehlakçıları məlumat­lan­dırmaq, onlara məhsulun istehlak xüsusiyyətləri, on­lardan istifadə qaydaları və onları haradan almağın mümkün olması və s. haq­qın­da informasiya verməkdir. Bu reklamlardan, əsasən, məhsulun həyat dövranının bazara çıxarılma mərhələ­sin­də, qarşıda ilkin tələbatın yaradılması vəzifəsi durduqda istifadə edilir.

Tövsiyə xarakterli (məsləhətveriji) reklamın əsas vəzifəsi məq­səd bazar­la­rı­nı rəqiblərlə müqa­yi­sədə müəssisənin markalarını seç­mə­yə inandırmaqdır. Rek­lamın bu formasından, əsasən, məhsulun həyat dövranının artım mərhələ­sində və müəssisə qarşısında tələbatın yaradılması problemi durduqda istifadə edilir.

Xatırladıjı reklamdan məhsul barəsində istehlakçının malik ol­du­ğu məlu­matları bilikləri möhkəmləndir­mək, ondan təkrar istifadə edilməsini stimul­laş­dırmaq, məhsulun bazarda olmasını yada sal­maq üçün istifadə olunur. Rek­lamın bu formasından məhsulların bazar mövqeyi güjlü və həyat dövranının yetkinlik mərhələsində olduğu zaman istifadə etmək daha məqsədəuyğundur.


Yüklə 441,5 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin