Məhsulların satışı dedikdə isə istehsalçı müəssisənin satış bölmələri də daxil olmaqla tijarət (satış) təşkilatları və müəssisələrində sövdələşmələrin və alqı-satqı aktlarının həyata keçirilməsilə əlaqədar olan bütün əməliyyatların təşkili başa düşülür.
Məhsulların bölüşdürülməsi və satışının məqsədi tələb olunan məhsulların lazım olan vaxtda, lazım olan yerdə münasib qiymətlə istehlakçılara çatdırılmasının və mübadilə prosesinin həyata keçirilməsinin təmin edilməsidir.
Məhsulların istehsalı və satışı, bir qayda olaraq, məkan, zaman, həjm və çeşid etibarı ilə üst-üstə düşmür. Məhsulların bölüşdürülməsi və satışının təşkili bu uyğunsuzluğu aradan qaldırmaqla sahib olma, zaman və məkan faydalılığı, həmçinin əlavə dəyər yaradır. Sahib olma faydalılığı dedikdə istehlakçılara zəruri olan miqdar və çeşiddə məhsulların təklif edilməsi, məkan faydalılığı dedikdə istehlakçının özünə lazım olan məhsulu özü üçün münasib olan yerdə ala bilməsi, zaman faydalılığı dedikdə isə istehlakçının özünə lazım olan məhsulu istədiyi vaxt ala bilməsi başa düşülür.
Qarşıya qoyulan məqsədə nail olunması üçün məhsulların bölüşdürülməsi və satışı prosesində bir sıra funksiyalar yerinə yetirilir. Bu funksiyalara aşağıdakılar aiddir:
Dostları ilə paylaş: |