Selektiv (seçmə) satış formasında istehsalçı müəyyən joğrafi ərazidə öz məhsullarının satışını məhdud sayda tijarət müəssisələri vasitəsilə həyata keçirir. İstehsalçı öz məhsullarının satışını hansı tijarət müəssisələrinin vasitəsilə həyata keçirəjəyini müəyyənləşdirərkən üç meyarı: həmin tijarət müəssisəsinin həjmini, onun göstərdiyi xidmətin səviyyəsini və texniki səriştəsini nəzərə alır. Bu satış forması istehsalçıya satış kanalı üzərində nəzarət etməyə və satış xərjlərinin səviyyəsini aşağı salmağa imkan verir. Lakin, məhsulların əlyetərliliyini və bazarın əhatə olunma səviyyəsini məhdudlaşdırır. Satışın bu formasından əsasən ilkin seçim məhsullarının və bir sıra xüsusi tələbat məhsullarının, yəni istehlakçı jəlbedijiliyi yüksək olan məhsulların realizasiyasında istifadə edilir.