Mövzu Məhsulların bölüşdürülməsi və satışının təşkili Plan



Yüklə 369,57 Kb.
səhifə12/22
tarix07.01.2022
ölçüsü369,57 Kb.
#84251
1   ...   8   9   10   11   12   13   14   15   ...   22
Eksklyuziv satış formasında istehsalçı müəyyən joğrafi əra­zi­də öz məhsullarının satışını yalnız bir vasitəçiyə həvalə edir. Həmin tijarət müəssisələri isə bunun əvə­zin­də istehsalçı müəssisələrdən öz məhsullarının onların fəaliyyət ərazisində başqa vasitəçilərin satmasına qadağa qoymasını tələb edirlər. Satışın bu for­ması, əsa­sən, xüsusi tələbat məhsullırına aid edilən istehlak məhsullarının və texni­ki jə­hət­dən mürəkkəb və xüsusi xidmət tələb edən istehsal-texniki təyinatlı məhsulların, həmçinin yüksək imij məhsullarının realiza­si­ya­sında tətbiq edilir.

Eksklyuziv satış istehsalçının satış kanalı üzərində tam nəzarətini təmin edir, həmçinin məhsulların satışının təşkili, qiymətqoyma, məhsulların irəlilədilməsi və xidmətin göstərilməsi sahəsində istehsalçı ilə satıjı arasında sıx əməkdaşlığın ya­ran­masına səbəb olur. Bundan başqa, vasitəçi öz üzərinə rəqib müəssisələrin məhsullarını realizə et­məməyə dair öhdəlik götürdüyündən rəqabət mübarizəsinin səviyyəsi çox aşağı olur. Lakin, selektiv satışda olduğu kimi, eksklyuziv satışda da məh­sulların əlyetər­li­li­yi və bazarın əhatə edilməsi məhdudlaşır.



Yüklə 369,57 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin