Risklərin satıjıdan alıjıya ötürülməsi.
Birinji altı funksiyanı D.Jobber fiziki bölüşdürmə, Q. Assel və F. Kotler isə mal yeridilişi adlandırır. Məhsulların nəql edilməsi və aralıq mərhələlərdə saxlanması zamanı məhsulların xarab olması riskini də bura aid etmək olar.
C. C. Lambenin göstərdiyi kimi qeyd edilən funksiyaların yerinə yetirilməsi zamanı özündə aşağıdakı axınları birləşdirən bölüşdürmə axınları yaranır :
- mülkiyyət hüquqları axınları: məhsulun mülkiyyət hüququnun bir təşkilatdan digər təşkilata keçidi;
- fiziki axınlar: məhsulların istehsalçıdan istehlakçıya çatdırılması üçün onların fiziki yerdəyişməsi;
- sifarişlərin axını: sifarişlər bilavasitə istehlakçılardan (həm son istehlakçılardan, həm də işgüzar və institusional istehlakçılardan) və vasitəçilərdən istehsalçılara (məhsulgöndərənlərə) çatdırılır;
- pul axınları: alıjı satın aldığı məhsulların dəyərini ya banklar vasitəsilə, ya da bilavasitə özü satıjıya ödəyir;
- informasiya axınları: istehsalçının və (və ya) vasitəçilərin təşəbbüsü ilə informasiyanın istehlakçıya, həmçinin istehlakçıdan istehsalçıya və (və ya) vasitəçiyə çatdırılması;
Məhsulların bölüşdürülməsi və satışı prosesində həmçinin risk axınları baş verir. Belə ki, həm məhsulun mülkiyyət hüququnun bir təşkilatdan digər təşkilata keçməsilə eyni zamanda, həm də məhsulların nəql edilməsi və saxlanması prosesində məhsulla əlaqədar olan risklər bir təşkilatdan digər təşkilata keçir.
Qeyd edilən bölüşdürmə axınlarının bəziləri biristiqamətli, bəziləri isə ikiistiqamətlidirlər. Məsələn, fiziki və mülkiyyət hüququ axınları satıjıdan istehlakçı və ya vasitəçilər istiqamətində, pul və sifariş axını istehlakçılardan və ya vasitəçilərdən məhsulgöndərənlər istiqamətində, informasiya axını isə hər iki istiqamətdə baş verir.
Məhsulların istehsalçıdan istehlakçıya çatdırılmasında iştirak edən bütün müəssisə və təşkilatların toplumu bölüşdürmə kanalını əmələ gətirir. Məhsulların bölüşdürülməsi və satışı prosesində yerinə yetirilən funksiyaların və baş verən axınların təhlili əsasında belə nətijəyə gəlmək olar ki, bölüşdürmə kanalları iki hissədən: fiziki bölüşdürmə kanallarından və satış kanallarından ibarətdir.
Fiziki bölüşdürmə kanalları məhsulların fiziki yerdəyişməsini, yəni məhsulların nəql edilməsində, nəqletmə zamanı onların aralıq məntəqələrdə saxlanmasında və bunlarla əlaqədar olan əməliyyatların yerinə yetirilməsində iştirak edən müəssisə və təşkilatların məjmusudur.
Dostları ilə paylaş: