Mövzu mikroiQTİsadiyyat və onun təŞKİLİ formalari



Yüklə 25,95 Kb.
səhifə1/3
tarix20.05.2023
ölçüsü25,95 Kb.
#127331
  1   2   3
Mövzu-1



MÖVZU 1. MİKROİQTİSADİYYAT VƏ ONUN TƏŞKİLİ FORMALARI

1. Mikroiqtisadiyyat: məzmunu, strukturu, təşkili formaları. Cəmiyyətin həyatında mikroiqtisadiyyatın rolu.


2. Mikroiqtisadi səviyyədə əmək bölgüsü və bazar strukturunun formalaşması.
3. Mikroiqtisadi səviyyədə infrastrukturun yaranması.


1. Mikroiqtisadiyyat: məzmunu, strukturu, təşkili formaları. Cəmiyyətin həyatında mikroiqtisadiyyatın rolu

Hər bir ölkənin mövcud təsərrüfatı ictimailəşmə dərəcəsinə görə bir neçə səviyyəyə ayrılır ki, onun da aşağı və ilk səviyyəsi mikroiqtisadiyyatdır. ( Mikroiqtisadiyyat- yunan sözüdür, mikros- kiçik mənasını verir). Mikroiqtisadiyyat maddi nemətlərin və yaradılmasında mühüm rol oynayır. O, istehsal amilləri üzərində əsaən xüsusi mülkiyyət bazasında fəaliyyət göstərən təsərrüfat subyektləri kimi çıxış edir.


Mikroiqtisadiyyat müasir iqtisadi nəzəriyyənin ən mühüm tərkib hissələrindən biridir. Onun tədqiqat predmeti müxtəlif iqtisadi subyektlərin təsərrüfat fəaliyyəti (onların iqtisadiyyatda davranışı) və onların məqsədlərinin razılaşdırılması mexanizmləridir. İqtisadi subyektlərə istehlakçılar və istehsalçılar, işçilər, kapital qoyanlar, torpaq sahibləri və iqtisadiyyatın fəaliyyətində əhəmiyyətli rol oynayan bu kimi istənilən fərdlər aiddir. Dövləti də fəaliyyətində maddi nemətlərin istehsalçısı və istehlakçısı kimi çıxış etdiyi məqamlarda mikroiqtisadiyyata aid etmək olar.
Məqsədlər və onlara çatma vasitələrinin növlərinə görə iqtisadi subyektlər mikroiqtisadiyyatda istehlakçılara (ev təsərrüfatı) və istehsalçılara (firmalar) bölünürlər. İstehlakçının məqsədi tələbatlarını mümkün qədər çox ödəmək, istehsalçının məqsədi isə gəliri və ya fəaliyyətinin başqa göstəricilərini maksimallaşdırmaqdır.
Mikroiqtisadiyyatın tarixi kökləri klassik iqtisadi məktəbin əsərlərinə (A.Smit, D.Rikardo, J.B.Sey, C.Mili və b.) gedib çıxsa da, onun meydana gəlməsini neoklassika (Q.Qossen, K.Menger, A.Marşall, L.Valras, V.Paretonun əsərləri) ilə əlaqələndirmək lazımdır.
İqtisadi subyektlərin təsərrüfatçı məqsədlərinin uyğunlaşdırılması tarazlı qiymətlər sisteminin formalaşması vasitəsilə baş verir. Buradan da mikroiqtisadiyyatın şərhi məntiqi bazar qiymət yaranması məntiqini əks etdirir, buna görə də bir sıra iqtisadçılar mikroiqtisadiyyatın predmetinin bazar qiymət yaranması mexanizmi (bazar mexanizmi) olduğunu bəyan edirlər.
Mikroiqtisadiyyatın tədrisində fənnin verbal (şifahi, söz vasitəsilə) çatdırılması ilə yanaşı riyazi təhlil metodları və iqtisadi hadisələrin qrafik təqdimatından da geniş istifadə olunur ki, bu da öyrənilən materialın çatdırılmasında dərinliklə anlaşıqlığı birləşdirməyə imkan verir. Bundan başqa, burada iqtisadi nəzəriyyənin elmi mücərrədləşmə, məntiqi, tarixi, iqtisadi-statistik və başqa metodlarından da istifadə olunur.
Bütün istehsal amillərinə sahib olan xüsusi mülkiyyətçilər və maddi nemətlərin və xidmətlərin istehsalçıları mikroiqtisadiyyat bölməsinə daxildirlər. İqtisadiyyatla məşğul olan təsərrüfatçı subyektlərin əksəriyyəti bu sahədə fəaliyyət göstərirlər. Onlar bu və digər formada maddi nemətlərin və xidmətlərin ilkin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı prosesində iştirak edirlər. Milli sərvət, milli məhsul mikroiqtisadiyyatda yaranır. Mikroiqtisadiyyat kapitalizmin azad rəqabətə, azad sahibkarlığa əsaslandığı dövründə, yəni klassik kapitalizm şəraitində sürətlə inkişaf edib formalaşmışdır. Xüsusi kapitalist müəssisələri, bazarın müxtəlif növləri, istehsal və bazar infrastrukturları mikroiqtisadi səviyyədə yaranıb fəaliyyət göstərir.
Mikroiqtisadi təsərrüfatların möhkəmliyinin (davamlığının) mühüm səbəbləri aşağıdakılardır.
1) Onların çevik olması - istehlakçıların tələbinə tez uyğunlaşması;
2) Bazarın kiçik əməliyyatlarına xidmət etməyin zəruriliyi. Misal olaraq, alıcıların standart olmayan paltara, ayaqqabıya tələbatım ödəmək, təmir işləri (saat, ayaqqabı, avtomobil), şəxsi xidmət göstərmək (ailə həkimi, ailə vəkili, yerli bərbər), həddən çox bahalı əmtəələr mağazası vasitəsilə yüksək gəlirli insanlara xidmət göstərmək (təmtəraqlı (zəngin) yaxtalar, yüksək keyfiyyətli idman avtomobilləri və s.).
3) Böyük yığma zavodlar üçün standart komplekslərin hazırlanması üzrə dar ixtisaslaşmış istehsallar; böyük kompaniyaların məhsullarının satışı (televizor, soyuducu, paltaryuyan maşınlar) ilə məşğul olma.
4) Müasir mikroprosessor texnikasının istifadəsi bu kiçik müəssisələrdə böyük iqtisadi səmərə verir.
5) Dövlətin kiçik biznesə yardımı (maliyyə, güzəştli vergi, elmi məsləhətlər vermək).
Mikroiqtisadiyyatın dayanıqlı komponentlərindən biri də ev təsərrüfatıdır. Bu təsərrüfatı ailə aparır, yəni qarşılıqlı əlaqədə olan, bir-birinə kömək duran ailə üzvləri. Ailə təsərrüfatı ilk növbədə onun mövcudluğunun maddi əsasını təşkil edir və ailə üzvlərinin fərdi və kollektiv tələbatlarını ödəmək üçün lazım olan nemətlərin təkrar istehsalını həyata keçirir. Ailə cəmiyyətin ilkin özəyidir. Ailələr mikroiqtisadi səviyyədə firmalarla əlaqədə olur. Bu iqtisadi əlaqədir və tsiklik axın şəklində qurulmuşdur.
Tsiklik axın - bu istehsal amillərinin, əmtəə və xidmətlərin əsas təsərrüfat subyektləri arasında baş verən dairəvi hərəkətdir. Bu subyektlərin hər biri digərindən müəyyən asılılığa malikdir və digəri ilə iqtisadi əlaqəni qaydaya salır. Belə ki, ev təsərrüfatı istehsal resurslarına malikdir. Bir ailə istehsalın əşya amilinə malikdir - torpağa və kapitala. Digər ailə isə iş qüvvəsinə malikdir. İstehsalın bütün bu amilləri resurs bazarı vasitəsilə (tərpənməz əmlak bazarı, borc kapitalı bazarı və s.) müəssisənin əlinə keçir.
Digər tərəfdən müəssisə istehsal amillərinin qiymətinə uyğun olaraq onların sahiblərinə pul ödəyir. Bu pul ailənin gəlirini təşkil edir. Bu pula ailə istehlak şeyləri bazarından və xidmətlər bazarından lazım olan nemətləri əldə edir. Faydalı məhsulların satışından əldə olunan pul firmaya qayıdır. Tsiklik hərəkət bu qayda üzrə təkrar olunur. Bütün bunlar mikroiqtisadiyyatın dayanıqlığını təmin edir.
Yuxarıda təsvir olunan resursların, məhsulların və gəlirlərin dövriyyəsi modeli aşağıdakıları göstərir.
Birincisi, mikroiqtisadiyyat qapalı sistem kimi fəaliyyət göstərə bilər.
İkincisi, bu sistemin dövlət tərəfindən idarəedici təsirə ehtiyacı yoxdur.
Üçüncüsü, onun özünü tənzimləməsinin əsası kimi bazar çıxış edir.
Mikroiqtisadiyyatın bütün bu xarakterik cəhətləri sahibkarlıq və biznesin inkişafı üçün əlverişli xarici mühit yaradır.
Mikroiqtisadiyyatın strukturlarında təsərrüfatla məşğul olan ailələrin rolu həddindən artıq böyükdür. Dövlət ev təsərrüfatı adlanan bu sahəyə ciddi fikir verməli və onların inkişafına hərtərəfli yardım etməlidir.
Ailələrin iqtisadiyyatı nə qədər möhkəm olarsa, dövlətin də dayağı etibarlı və güclü olar.
Bütövlükdə mikroiqtisadiyyatın cəmiyyətin həyatında rolu çox böyükdür. Mikroiqtisadiyyat milli iqtisadiyyatın əsasını təşkil edir, hər bir xalqın adət-ənənələri, milli dəyərləri, istehsal və istehlak üsulu mikroiqtisadiyyatda qorunub saxlanılır. Mikroiqtisadiyyat cəmiyyətin artan tələbatlarını ödəmək üçün lazım olan maddi nemətlərin və çoxsaylı xidmətlərin istehsalını həyata keçirir. Mikroiqtisadiyyat ictimai əmək bölgüsünün dərininə və eninə inkişafına və tətbiqinə geniş imkanlar yaradır. Peşələr, ixtisaslar burada yaranır və tətbiq edilir. Elmi-texniki kəşflər, ixtiralar bu sahələrdə baş verir və tətbiq edilir. Mikroiqtisadiyyat dövlət büdcəsinin maliyyə təminatçısıdır, əsas vergi ödəyiciləri burada cəmləşmişdir.
Mikroiqtisadiyyat əsasən bazar təbiətlidir və özünün tənzimlənmə mexanizminə malikdir. Bazarın əsas növləri mikroiqtisadiyyat səviyyəsində yaranır və fəaliyyət göstərir. Azad bazar, azad sahibkarlıq, azad rəqabət və sərbəst qiymətlər mikroiqtisadiyyat səviyyəsində əlverişli zəmin tapır.
Mikroiqtisadiyyat geniş əhali kütləsini əhatə edən, adamları daha çox özünə cəlb edən, onlara iş verən sahələri özündə birləşdirir. Əhalinin yaşayış səviyyəsi mikroiqtisadiyyatın vəziyyətindən, onun formalaşmış strukturundan asılıdır. Ölkənin makroiqtisadiyyatı da mikroiqtisadiyyatın inkişafından asılıdır. Bütün bunlara görə mikroiqtisadiyyatın inkişafına dövlətin daim qayğısı olmalıdır.



Yüklə 25,95 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin