Mövzu mikroiQTİsadiyyat və onun təŞKİLİ formalari


Mikroiqtisadi səviyyədə infrastrukturun yaranması



Yüklə 25,95 Kb.
səhifə3/3
tarix20.05.2023
ölçüsü25,95 Kb.
#127331
1   2   3
Mövzu-1

3. Mikroiqtisadi səviyyədə infrastrukturun yaranması

Hər bir mövcud iqtisadi sistem əsas və köməkçi sahələrdən ibarətdir. Köməkçi sahələr bilavasitə əsas sahəyə xidmət edir, onun fəaliyyəti üçün lazımi şərait yaradır. Əsas sahəyə xidmət edən bütün struktur halqaları infrastruktur adlanır.


İnfrastruktura sosial-iqtisadi həyatın çox mühüm, zəruri olan tərkib hissəsidir və onun da öz strukturu vardır. Ümumi şəkildə infrastruktur sahələrinə aiddir: nəqliyyat, rabitə, səhiyyə, elm və s. Bunların hər biri də özlüyündə nisbi müstəqil sahələrdir və özlərinin də infrastruktur sahələri vardır.
«İnfrastruktura» latın mənşəli sözdür (infra - aşağı, alt və struktura - yerləşmə mənalarını ifadə edir) və aşağı struktura mənasını verir. Başlıca təyinatı əsas sahələrə xidmət etməkdir və buna görə də köməkçi rol oynayır.
Bir anlayış kimi infrastruktura ilk dəfə olaraq XX əsrin I yarısında hərbi sahədə işlədilmiş və leksikona daxil olmuşdur. Hərbi sahədə bu silahlı qüvvələrə xidmət edən köməkçi sahələri nəzərdə tuturdu. Məsələn, hərbi aerodromlar, təlim keçmək üçün poliqonlar, raket buraxan meydançalar, orduya səhiyyə xidməti göstərən sahələr və s. infrastruktura aid edilir.
Artıq XX əsrin 40-cı illərindən etibarən infrastruktura maddi istehsal sahələrinin normal fəaliyyətini təmin edən kompleks təsərrüfat sahəsi kimi xarakterizə edilir və öyrənilir.
İqtisadiyyatın hər bir konkret səviyyəsinə uyğun olan infrastruktur sahələri vardır. Belə ki, mikroiqtisadiyyata xas olan infrastruktur (mikroinfrastruktur) sahələri, mezoiqtisadiyyata xas olan (mezoinfrastruktur) infrastruktur sahələri, makroiqtisadiyyata xas olan infrastruktur (makroinfrastruktur) sahələri, meqoiqtisadiyyata xas olan infrastruktur (meqoinfrastruktur) sahələri formalaşıb fəaliyyət göstərir.
Bu yanaşmada mikroiqtisadiyyatm strukturunda istehsalçı firmalar (müəssisələr), ev təsərrüfatları, bazarlar və onlara xidmət edən infrastrukturlar fəaliyyət göstərir. Bu strukturda biri əsas işi görür, digəri isə ona xidmət göstərir və infrastruktur rolunda çıxış edir. Məsələn, mikroiqtisadi sistemə daxil olan istehsalçı firmalar maddi məhsullar istehsal edən əsas, aparıcı sahədir. Rabitə xidməti göstərən müəssisə isə bütün istehsalçı firmalar, ev təsərrüfatları üçün infrastruktur rolunu oynayır. İstehsalçı firmalara xidmət edən daxili və xarici infrastrukturlar vardır. Firmanın daxili infrastrukturuna bilavasitə firmanın tabeliyində olan nəqliyyat vasitələri, məhsulları və ehtiyatları saxlamaq üçün qarajlar və təmir emalatxanaları, idarə etmək üçün rabitə qovşağı, işçilərə xidmət üçün müəssisədaxili poliklinika, yeməkxanalar, yataqxanalar, uşaq bağçaları, idman kompleksləri, sağlamlıq ocaqları və s. daxildir. Bir çox iri müəssisələrdə sexlərarası yollar, istilik sistemi (qazanxanalar), elektrik şəbəkələri də firmadaxili infrastruktura aiddir. Firmalara məxsus reklam, marketinq, informasiya sistemləri, tədris mərkəzi (ixtisasartırma), elmi-tədqiqat laboratoriyaları və s. də infrastruktura aid olmaqla hüquqi cəhətdən firmalara tabedir və ona xidmət edir.
Firmadaxili infrastrukturlarla yanaşı mikroiqtisadiyyata xidmət edən aşağıdakı infrastruktur sahələrini də göstərmək olar:
1. Mikroiqtisadi sistemdə fəaliyyət göstərən müstəqil infrastrukturlar. Bunlara aiddir: kommersiya bankları, özəl sığorta şirkətləri, məişət xidməti sistemi, mənzil-kommunal təsərrüfatı, nəqliyyat, rabitə sistemləri, su, elektrik, yanacaq xidməti göstərən müəssisələr, yol, səhiyyə, təhsil, elm, hüquq və s. xidmətlər.
2. Mezoiqtisadiyyata aid olan infrastrukturlar. Bu səviyyədə elə infrastruktur obyektləri vardır ki, onların xidmətindən mikroiqtisadi sferada fəaliyyət göstərən hüquqi və fiziki şəxslər də istifadə edirlər. Məsələn, neft şirkətlərinin yanacaq doldurma məntəqələrindən, elektrik şəbəkələrindən, onlara məxsus olan yollardan, təmir müəssisələrindən, nəqliyyat vasitələrindən və s., hətta kiçik müəssisələr də bəhrələnə bilərlər.
3. Makroiqtisadi sistemə aid olan infrastrukturlar. Bu səviyyəyə aid olan Milli Bankın, magistral yolların, ölkənin vergi sisteminin, maliyyə orqanlarının, qanunvericilik orqanlarının, dövlətin elektrik sisteminin və s.in xidmətindən də mikroiqtisadiyyata məxsus təsərrüfatçı subyektlər istifadə edirlər.
4. Meqoiqtisadi sistemə aid olan infratsruktur obyektləri. Bunlara beynəlxalq maliyyə qurumlarını, beynəlxalq nəqliyyat və rabitə sistemlərini, beynəlxalq limanları, azad ticarət və lizinq xidməti zonalarını və s. aid etmək olar.
Mikroiqtisadiyyata aid olan firmalar göstərilən beynəlxalq qurumların xidmətlərindən istifadə etmək imkanına malikdirlər. Deməli, mikroiqtisadi sistemə aid olan təsərrüfatçı subyektlər bütün səviyyələrdə mövcud olan infrastruktur obyektlərinin xidmətindən bu və digər dərəcədə istifadə edə bilirlər. Buna görə də bütün səviyyələrdə infrastrukturların lazımi dərəcədə inkişafı bütövlükdə iqtisadiyyatın normal fəaliyyət göstərməsi üçün zəruri şərtdir.
Bütövlükdə götürülən infrastruktur üç əsas sahəyə ayrılır. Birincisi, istehsal infrastrukturu. Bu bilavasitə istehsala xidmət edir, onun sabit və dinamik inkişafına fasiləsiz təkrar olunmasına şərait yaradır. Bilavasitə istehsala xidmət edən nəqliyyat və rabitə sistemləri, tikililər, texniki təmir xidməti və s. istehsal infrastruktura aiddir.
İkincisi, sosial infrastruktur. Bu bilavasitə sosial tələbatların ödənilməsinə xidmət edir. Səhiyyə, təhsil, elm, mədəniyyət, idman, mənzil təminatı, əhaliyə xidmət edən ticarət, sağlamlığa yardımçı olan digər bütün sahələr sosial infrastruktura aiddir.
Üçüncüsü, bazar infrastrukturu. Bu bazarın normal fəaliyyətinə xidmət edən bütün sahələri əhatə edir və bu haqda sonrakı mövzuda ətraflı danışılacaqdır.
İnfrastruktur sahələrinin yaranma tarixi qədimdir. Yollar, körpülər, ticarət yolları üzərində karvansaralar, qədim suvarma sistemləri və s. kimi infrastruktur sahələri eramızdan əvvəlki zamanlarda yaranmışdır. Lakin onun sonrakı inkişafı ictimai əmək bölgüsünün genişlənməsi, bazar iqtisadiyyatının yaranması və kapitalizmin meydana gəlməsilə bağlıdır.
Kapitalist istehsalı təşkilinin sadə kooperasiya, manufaktura və maşınlı sənaye formalarının meydana gəlib inkişaf etməsilə mikroiqtisadiyyata xidmət edən infrastruktur sahələri də yaranıb fəaliyyət göstərir. İstehsalın xüsusi sahibkarlıq formalarının təşkili bazar münasibətlərinin genişlənməsinə səbəb olur, rəqabət güclənir. Belə bir şəraitdə istehsalın bazarın tələblərinə cavab verən strukturunun formalaşması və bu struktura uyğun gələn, onun inkişafını təmin edən şəraitin formalaşmasına obyektiv zərurət yaranır. İstehsala xidmət edən infrastruktur sahələrinin yaranması da bu zərurətdən irəli gəlmişdir. Elmin, texnikanın sonrakı inkişafı, ETİ-ın baş verməsi, istehsalın elmi bazasının genişlənməsi infrastruktur sahələrinin də genişlənməsinə səbəb olmuşdur.
Mikroiqtisadiyyatın strukturuna uyğun gələn və əsasən ona xidmət edən mikroinfrastruktur yaranıb fəaliyyət göstərir. Yuxarıda qeyd etdik ki, bütövlükdə mikroiqtisadiyyat öz strukturlarına görə istehsalçı firmalardan, ev təsərrüfatlarından, bazarlardan ibarətdir və infrastruktura aid olan bütün halqalar (özəklər) qarşılıqlı əlaqədə və qarşılıqlı təsir halında mövcud olub fəaliyyət göstərirlər.
Bu sistemdə istehsalçı firmalar, ev təsərrüfatları və xidmət göstərən infrastrukturlar bazarın subyektləridir, bazar isə onların qarşılıqlı əlaqələrini təmin edən əsas mexanizmdir (müəssisədaxili infrastrukturlar müstəqil bazar subyekti deyillər).
Mikroiqtisadiyyat üçün vahid bir infrastruktur yoxdur. Burada mürəkkəb tərkibli infrastruktur fəaliyyət göstərir. Bu tərkibə aşağıdakı infrastrukturlar daxildir: 1. istehsala xidmət edən infrastruktur; 2. ev təsərrüfatlarına xidmət edən infrastruktur: 3. xidmət sahələrinin öz infrastrukturları; 4. bazarın infrastrukturu. Mikroiqtisadi sistemə daxil olan struktur halqalarının hansının əsas və hansının yardımçı infrastruktur olduğunu müəyyən etmək üçün onların konkret şəraitdəki fəaliyyətini öyrənmək lazımdır. Məsələn, nəqliyyat müəssisələri istehsala xidmət etdiyi halda infrastruktur rolunda çıxış edirsə, müstəqil müəssisə olmaqla onların özlərinin də infrastrukturları vardır.
Mikroiqtisadiyyat çoxsahəlidir və hər sahənin də özünə uyğun olan infrastrukturu vardır. Məsələn, sənayenin və onun hər bir sahəsinin öz infrastrukturu vardır. Kənd təsərrüfatının öz infrastrukturu, tikintinin, nəqliyyatın və ticarətin də özlərinə məxsus infrastrukturları vardır.
Bütün bu infrastrukturlar konkret sahənin xüsusiyyətindən asılı olaraq konkret funksiyaları yerinə yetirirlər. İnfrastrukturun ən başlıca funksiyası əsas sahəyə xidmət göstərməkdir. Ancaq bu adi xidmət deyil, əsas sahənin fəaliyyətinin səmərəliliyini artıran, yüksək nəticələr əldə etməsinə şərait yaradan, sabit və dinamik inkişafını təmin etməyə qadir olan bir xidmətdir.
Firma daxili infrastrukturun əsas funksiyası müəssisənin normal fəaliyyətini təmin etməkdən ibarətdir. Firmadan xaric infrastrukturlar bilavasitə firmalara tabe olmayan müstəqil fəaliyyət göstərən xidmət sahələridir. Onların hər biri hüquqi şəxs, bazar subyektləri olmaqla bütövlükdə mikroiqtisadiyyata xidmət göstərirlər. Bu zaman onların hər biri özünə aid olan funksiyanı yerinə yetirir. Bu zaman infrastruktura aid olan hər hansı bir sahə öz funksiyasını lazımi səviyyədə yerinə yetirməzsə, bu digər sahələrin fəaliyyətinə mənfi təsir göstərəcək, mikroiqtisadiyya- tm normal inkişafı pozulacaq. Məsələn, mikroiqtisadi sahələrə verilən enerji (elektrik) dayandırılarsa, bu bütün qalan sahələrin işinin qismən yaxud da tamamilə dayanmasına səbəb olacaqdır.
Xidmət sahələri başqa sahələrə və bir birinə nəzərən infrastruktur funksiyasını yerinə yetirirlər. Özləri isə əslində hüquqi şəxs statusuna malik müstəqil müəssisələrdir və onlar xidmət istehsalçıla- rıdırlar. Onların istehsalının nəticəsi başqaları üçün göstərdikləri xidmətdir, özləri üçün isə dəyər (pul) formasında ifadə olunan gəlirdir və ÜDM-in tərkibinə daxil edilir. Buradan da infrastrukturun digər bir funksiyası aşkara çıxır. Bu ÜDM-in yaranmasında iştirak etmək funksiyasıdır. Özünün bu funksiyası ilə infrastrukturlar həm xidmət etdikləri əsas sahələrin gəlirlərinin formalaşmasında iştirak edir və ona təsir göstərir həm də öz gəlirlərini formalaşdırırlar. Nəticədə infrastrukturlar ölkənin ÜDM-in formalaşması prosesində bilavasitə iştirak edirlər. Və bu məhsulda onların payı getdikcə artır. İnfrastruktur fəaliyyətdə olan hər hansı bir sistemin zəruri komponenti kimi çıxış edir və bütöv sistemin əsas, aparıcı sahəsinə xidmət edir. Eyni zamanda infrastrukturun özü də xidmət göstərən ayrı-ayrı sahə və müəssisələrin məcmusu kimi mövcuddur və sistem halındadır.
İnfrastrukturun bilavasitə istehsala təsirinin müəyyən xüsusiyyətləri vardır:
1. İnfrastruktur texnoloji proseslərə bilavasitə təsir göstərmir;
2. Onun fəaliyyətinin nəticəsi xidmət etdiyi sahənin məhsulunda birbaşa maddi formada ifadə olunmur;
3. İnfrastruktur xidmət göstərdiyi sahənin, müəssisənin iqtisadi nəticələrinə təsir göstərir və xərclərində ifadə olunur;
4. İnfrastruktur istehsal olunan məhsulun hərəkətinə təsir edir, onun dövriyyəsini sürətləndirir;
5. İnfrastruktur istehsal olunmuş məhsulun, xammalın, yarımfabrikatların qorunub saxlanılmasına, xarab olmasının qarşısının alınmasına və bununla da itkilərin azaldılmasına bilavasitə təsir göstərir.
Deməli, infrastruktur istehsal fəaliyyəti üçün normal şərait yaradır, təkrar istehsal prosesini sürətləndirir və onun fasiləsizliyini təmin edir. Bu isə istehsal fondlarından, instehsala qoyulmuş investisiyalardan səmərəli istifadə etməyə imkan yaradır və istehsalçı müəssisələrin mənfəətli işləməsini təmin edir.
Mikroiqtisadi səviyyədə infrastrukturların genişlənib inkişaf etməsi ölkənin ən başlıca problemlərindən olan işsizliyin azaldılmasına, əhalinin məşğulluğunun təmin edilməsinə real imkan yaradır. Bu da özlüyündə əhalinin gəlirlərinin artmasına, yoxsulluğun azaldılmasına və həyat səviyyəsinin yüksəldilməsinə birbaşa təsir göstərir.
Müstəqillik əldə etmiş Azərbaycan Respublikası bütün səviyyələrdə özünün iqtisadiyyatını formalaşdırır. Ən öncə mikroiqtisadiyyatını yaradır, onun strukturunu bazar iqtisadiyyatının tələblərinə uyğun olan bir şəkildə yenidən qurur. Bu zaman mikroiqtİsa- diyyata xidmət edəcək infrastruktur özəkləri də yaradılır. Bu cür özəklərin yaradılması iqtisadiyyatın neft sektorunda, nəqliyyatda, rabitədə, ticarətdə, tikintidə daha aydın gözə çarpır. Digər sahələrdə də əvvəllər mövcud olmuş infrastruktur sahələri bərpa edilir və yeniləri yaradılır. Yollar çəkilir, körpülər tikilir, neft terminalları, neftin nəqli üçün boru kəmərləri inşa edilir.
Bazara keçidlə bağlı bazar infrastrukturu formalaşdırılır. Birjalar, kommersiya bankları, yarmarkalar, sığorta kompaniyaları, informasiya və reklam agentlikləri, ticarət palataları, gömrük sistemi, məsləhət kompaniyaları, audit kompaniyaları, qiymətli kağızlar bazarı, lisenziya və patent bazarı və s. bütün bunlar Azərbaycanda yeni yaradılmış infrastruktur özəkləridir. Sosial infrastruktur sahəsində də xeyli iş görülmüş, yeni-yeni xidmət sferaları yaradılmışdır.
Azərbaycan Respublikası regionlarının inkişaf proqramında infrastruktur subyektlərinin genişləndirilməsi istiqamətində bir çox işlərin görülməsi nəzərdə tutulmuşdur və bu sahədə xeyli iş görülmüşdür. Rayonlarda idman kompleksləri, məktəblər, xəstəxanalar, rabitə qovşaqları tikilir, yollar, körpülər bərpa edilir. Rayonların elektrik və qaz təminatı istiqamətində işlər görülür. Bütün bunlar regionlarda mikroiqtisadiyyatın əsas sahələrinin inkişaf etməsinə şərait yaradır. Respublikamızda makro və meqoiqtisadiyyat səviyyələrində də yeni infrastruktur obyektləri yaradılır ki, bunlar da Azərbaycanın müstəqil milli iqtisadiyyatının formalaşdırılmasma birbaşa xidmət edir.
Yüklə 25,95 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin