Mövzu Milli iqtisadiyyat və makroiqtisadi göstəricilər Plan


Mövzu 2. İqtisadi artım və ictimai təkrar istehsal



Yüklə 0,65 Mb.
səhifə11/67
tarix01.01.2022
ölçüsü0,65 Mb.
#107546
1   ...   7   8   9   10   11   12   13   14   ...   67
Makroiqtisadiyyat--mühazirə əsas

Mövzu 2. İqtisadi artım və ictimai təkrar istehsal.

Plan

1.İctimai təkrar istehsal iqtisadiyyatın mövcudluğunun əsası kimi.



2.İctimai təkrar istehsalın strukturu. Geniş istehsalın tipləri və göstəriciləri.

3. İntensiv təkrar istehsal.Ekstensiv təkrar istehsal. Qarışıq təkrar istehsal.

4. İqtisadi artımın modelləşdirilməsi.
Məlumdur ki, insan cəmiyyətinin inkişaf etməsi üçün, gündəlik fəalliyyətlərində maddi və mənəvi nemətlər, həmçinin müxtəlif xidmətlərdən istifadə edirlər. Başqa sözlə insan cəmiyyəti yaşamaq üçün bu və ya digər nemətlərdən daimi istehlak etmək məcburiyyətindədir. İstehlakın daimi xarakter daşıması istehsalın da daimi olmasını tələb edir. Elmi mənbələrdən məlum olduğu kimi, cəmiyyət üzvlərinə lazım olan müxtəlif məhsul və xidmətlərin istehsalının daim davam etməsi təkrar istehsal prosesi adlandırılır.

İstehsalın fasiləsizliyi məhsuldar qüvvələrin istehsal münasibətlərinin və maddi nemətlərinin təkrar istehsalına əsaslanır. İqtisadi fikir tarixinə nəzər saldıqda təkrar istehsalın fərdi və ictimai təkrar istehsal formalarında olduğu qeyd olunur. Fərdi təkrar istehsal dedikdə, ayrı-ayrı təsərrüfat və qurumlarda həyata keçirilən təkrar istehsal prosesi nəzərdə tutulur. Öz fəaliyyətlərində fərdi təkrar istehsal prosesləri bir-birilə qovuşur və ictimai təkrar istehsalı əmələ gətirirlər. Cəmiyyət, yaxud ölkə miqyasında həyata keçirilən fərdi təkrar istehsalların məcmusu ictimai təkrar istehsal hesab olunur. Hər bir ictimai istehsal eyni zamanda ictimai təkrar istehsaldır. Qeyd etmək lazımıdır ki, maddi nemətlərin təkrar istehsalı prosesi bir və ya bir neçə maddi nemətlərdən istifadə olunaraq digər maddi nemətlərin istehsalını nəzərdə tutur.




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin