Sərvət effekti və yaxud varlılıq effekti (Piqu effekti). Cib kisəsində və bank hesabında saxlanılan pulları nəzərdən keçirək. Onların nominal dəyəri təsbit olunmuşdur, lakin pulların real dəyəri dəyişən həcmlidir. Məhsul və xidmətlərin dəyəri aşağı düşdükdə pulun dəyəri artır, belə ki, bizim daha çox məhsul və xidmət istehlak etməyimizə imkan yaranır. Bu şəkildə, qyimətin ümumi səviyyəsinin aşağı düşməsi ilə istehlakçılar sərvətlərinin artdığını hiss edirlər. Sərvət effektinə xüsusi mənanı iqtisadçı Artur Piqu vermişdir, buna görə də bəzən verilmiş qanunauyğunluq Piqu effekti adlanır.