Mövzu Milli iqtisadiyyat və makroiqtisadi göstəricilər Plan


Mövzu 6. . İnflyasiya, onun səbəbləri nəticələri və tənzimlənməsi



Yüklə 0,65 Mb.
səhifə41/67
tarix01.01.2022
ölçüsü0,65 Mb.
#107546
1   ...   37   38   39   40   41   42   43   44   ...   67
Makroiqtisadiyyat--mühazirə əsas

Mövzu 6. . İnflyasiya, onun səbəbləri nəticələri və tənzimlənməsi.

Plan

1.İnflyasiya anlayışı, onun mahiyyəti, səbəbləri və formaları.

2.Tələb və təklifə görə inflyasiya. Mülayim (sürünən), çaparaq (hallopirik), hiper (ifrat) inflyasiya.

3.İnflyasiya şəraitində dövlətin iqtisadi siyasəti.

4.Antiinflyasiya tədbirləri.
Təkrar istehsal prosesinin pozulması inflyasiya kimi çoxamilli və istənilən iqtisadiyyata xas olan hadisə ilə əlaqədardır. İnflyasiya məcmu tələbin məcmu təklifi üstələdiyi makroiqtisadi qeyri-sabitliyin nəticəsidir.

İnflyasiya latın sözü (inflation) olub, hərfi mənada hədsiz artırılma, şişirdilmə deməkdir. İqtisadi hadisə kimi o, ilk dəfə XVII əsrdə Fransada Con Lo tərəfindən kağız pulun buraxılması və onun qiymətinin düşməsi nəticəsində müşahidə olunmuşdur. Sonralar isə Şimali Amerika vətəndaş müharibəsi (1861-1865) dövründə tədavülün kağız pullarla dolub daşması zamanı xüsusilə diqqəti cəlb etməyə başlamışdır. Göründüyü kimi, XVIII- XIX əsrlərdə, əsasən də müharibə dövrlərində dövlət hərbə çəkilən xərcləri ödəmək üçün çoxlu miqdarda kağız pul buraxmış, pul tədavülü qanunu pozulmuş və nəticədə inflyasiya baş vermişdir. Bu dövrdə həm də inflyasiya qisamüddətli və müvəqqəti xarakter daşıyırdı.

Hazırda inflyasiya dedikdə, pul dövriyyəsi kanallarının əmtəə kütləsinə nisbətən həddən artıq dolması başa düşülür ki, bu da pul vahidinin qiymətdən düşməsinə və əmtəə qiymətlərinin iimumi uzunmüddətli artımına səbəb olur.

İnflyasiya bilavastə kağız pulun hərəkəti ilə bağlı olan və yaranan bir prosesdir.

İnflyasiyanın sürətini müəyyən etmək üçün cari ilin qiymət indeksindən bazis ilinin qiymət indeksi çıxılır və bazis ilinin qiymət indeksinə bölünüb, sonra 100-ə vurulur.

İnflyasiyanın artımı sürətindən asılı olaraq onun üç əsas növünü fərqləndirirlər: mülayim (mötədil), sürətli (çaparaq) və ifrat (hiper) inflyasiya.

Mülayim inflyasiyada qiymətlərin artım sürəti il ərzində nisbətən az, təxminən 10%-ə qədər təşkil edir. Bu inflyasiyada pulun dəyəri əsasən mühafizə olunur. Bu onu göstərir ki, mülayim inflasiya müəyyən dərəcədə iqtisadiyyatı hərəkətə gətirir, onu stimullaşdırır.

İl ərzində qiymətlərin artım sürətinin 10%-dən artıq olması və getdikcə yüksəlməsi inflyasiyanın güclənməsindən xəbər verir. Bu cür inflyasiya sürətli inflyasiya adlanır.

İnflasiyanın ən ağır və idarə oluna bilməyən növü ifrat (hiper) inflyasiyadır. Bu inflyasiya növündə qiymətlər faizlə yox, dəfələrlə artdığı üçün pul öz funksiyasını yerinə yetirə bilmir.

İnflyasiyanın xarakterinə görə təsnifatını monetaristlər vermişlər. Xarakterinə görə inflyasiya gözlənilən və qəfil ola bilər. Gözlənilən inflyasiya zamanı o qabaqcadan nəzərə alınır və proqnozlaşdırılır.

Qəfil inflyasiyada qiymətlərin 10 % qalxdığı bir şəraitdə də iqtisadi vəziyyət əhəmiyyətli dərəcədə pisləşir. İfrat inflyasiya zamanı isə iqtisadiyyatın bütün sahələri iflic vəziyyətinə düşür.

İnflyasiya prosesi iki istiqamətdə inkişaf edir: açıq və gizli formada. Əmtəə və istehsal amillərinin qiymtələrinin azad surətdə formalaşdığı bazarda baş verən inflyasiya açıq inflyasiya adlanır. Bu şəraitdə qiymətlər qeyri-bərabər sürətdə yüksəlir, iqtisadiyyatda tarazlıq pozulur, ilkin bazar mexanizminin fəaliyyət prinsipi aradan qalxmır. Açıq inflyasiya bazar iqtisadiyyatlı ölkələr üçün xasdır.

Əgər dövlət qiymətlərin artmasının qarşısını almaq üçün onlar üzərində inzibati nəzarət qoyursa və onları dondurursa bu zaman inflyasiya prosesi gizli formada fəaliyyət göstərir. Gizli inflyasiya inzibati yolla idarə olunan iqtisadiyyatlar üçün xarakterikdir.

Dövlətin inflyasiya proseslərinə təsir etmə qabiliyyətindən asılı olaraq onlar nəzarətdə olan və idarə olunmayanlara bölünürlər. Birinci halda dövlət qiymətlərin artım sürətini ortatəcililik səviyyəsində ləngidə və ya sürətləndirə bilir. İkinci halda qısamüddətli dövrdə inflyasiyanın səviyyəsinin nizamlanması üçün real mənbələr yoxdur.

İnflyasiya prosesini doğuran və qidalandıran amillərdən asılı olaraq tələb inflyasiyası və təklif inflyasiyası fərqləndirilir. Tələb inflyasiyası məcmu tələbin istehsalın real həcmi ilə müqayisədə artıq olmasmdan irəli gəlir. Təklif inflyasiyasını iqtisadi ədəbiyyatda, bu, mübahisəli sayılsa da, çox vaxt xərclər inflyasiyası adlandırırlar. Xərclər inflyasiyası xərclərin artması səbəbindən yaranır və bu da qiymətlərin artmasına səbəb olur.

Müxtəlif əmtəə qrupları üzrə qiymət artımının nisbətindən asılı olaraq inflyasiya tarazlaşdırılmış və tarazlaşdırılmamış olur. Tarazlaşdırılmış inflyasiyada əmtəə və xidmətlərin çox hissəsinin qiymətləri nisbətən az və eyni zamanda artır. Digər makroiqtisadi göstəricilər praktik olaraq adekvat dəyişilir. Tarazlaşdırılmamış inflyasiyada müxtəlif əmtəələrin qiymətləri birbirinə nəzərən, özü də müxtəlif proporsiyalarda dəyişilir. İqtisadiyyat üçün ən böyük təhlükə inflyasiyanın bu növündən gəlir.

Tədqiqat obyektindən asılı olaraq milli, region və dünya inflyasiyası fərqləndirilir. Təsərrüfat agentlərinin qiymətlərin gələcək artım sürətlərinə dair proqnozlarının dəqiqliyindən və onlara uyğunlaşma səviyyəsindən asılı olaraq proqnozlaşdıran və proqnozlaşdırılmayan inflaysiya nəzərdən keçirilir.

İnflyasiyanın monetar və qeyri-monetar konsepsiyalarını fərqləndirirlər.

Monetar konsepsiya tərəfdarları inflyasiyanı yalnız pul fenomeni hesab edirlər. Məlumdur ki, məcmu istehsal gücünün və real ÜMM-in təbii artımı ildə 4% təşkil edir. Deməli, pulun miqdarının istənilən artımı və ya onun bu kəmiy-yətdən yuxarı olan tədavül sürəti inflyasiyaya səbəb olacaq. Buna görə də monetaristlər hesab edirlər ki, bərabərsizlik inflyasiya prosesinin əsas səbəbini əks etdirir.

Monetar yanaşmaya görə, inflyasiyanın inkişafının birinci kanalı - istehsalın və məcmu tələbin artmasına səbəb olan dövriyyədə olan pul kütləsinin artmasıdır.

Qeyri-monetar konsepsiyalarda inflyasiya çoxamilli hadisə kimi nəzərdən keçirilir. Bərabərsizlik burada inflyasiyanın səbəbi kimi deyil, zəruri şərti kimi çıxış edir. Qiymətlərin inflyasiya artımının səbəbləri isə həm pul tədavülü, həm də istehsal sahəsindən gəlir. Sonunculara istehsal xərclərinin artmasına, tələbin strukturunun dəyişməsinə, milli gəlirin təkrar bölgüsünə səbəb olan amillər aiddirlər.

Təcrübədə inflyasiyaya səbəb olan tələb və təklif arasındakı tarazlığın pozulması müxtəlif amillərin təsiri altında baş verir. Buna aşağıdakılar daxildir:

- büdcə kəsirinin mövcudluğu;

- pul tədavülü qanununa əməl olunması;

- sərmayə qoyuluşlarının həcmi;

- əmək haqqının əmək məhsuldarlığına nisbətən üstün artması;

- pul-kredit və vergi sahəsində düzgün olmayan siyasətin aparılması da inflyasiyaya səbəb olur. Belə ki, dövlət faiz dərəcəsini qaldırmaqla süni surətdə krediti bahalaşdırır;

- azad rəqabətin inhisarla əvəz olunması;

- iqtisadiyyatın hərbiləşdirilməsi;



- xarici iqtisadi amillər. İnflyasiyanıın başvermə səbəbləri xarici amillərlə də əlaqədardır. Xarici ticarət balansının kəsirli olması, xarici ticarətdən daxilolmaların ixtisarı inflyasiyaya səbəb olan amillərdəndir.

İnflyasiyanın sosial-iqtisadi nəticələri mürəkkəb olub, onun sürətindən və xarakterindən asılıdır. Mütəxəssislər belə hesab edirlər ki, çox da böyük olmayan inflyasiya, yəni il əzində pul kütləsinin bir qədər (3-4% artımı ilə) müşayiət olunan və göslənilən inflyasiya istehsalı inkişaf etdirir. Belə ki, qiymətlərin artacağı halda əhali daha çox əmtəə və xidmətlər əldə etməyə çalışır. Pul kütləsinin artımı tədiyə dövriyyəsini sürətləndirir, investisiya fəaliyyətinin genişlənməsinə imkan yaranır. İstehsalın artımı əmtəə və pul kütləsi arasında tarazlığı bərpa edir və bazar təsərrüfatı sağlamlaşır.

İnflyasiyadan ən çox zərər çəkən təbəqə təsbit olunmuş gəlir əldə edən cəmiyyət üzvləridir. Buraya büdcə təşkilatlarından maaş alanlar, pensiyaçılar, renta və faiz hesabına yaşayan vətəndaşlar və s. daxildir.

Əhalinin pul gəlirlərinin vergiqoyma vasitəsilə yenidən bölüşdürülməsi də inflyasiyanın mənfi nəticələrindən biridir. Bu mütərəqqi gəlir vergisinin mövcudluğundan inflyasiya zamanı borc alanlar borc verənlər hesabına varlanırlar. İnflyasiyanın doğurduğu nəticələrdən biri də pul vəsaitlərinin sürətlə maddiləşdirilməsidir. Kağız pulların sürətlə qiymətdən düşdüyünü görən əhali onu tez maddiləşdirməyə çalışır.



İnflyasiyanı ölçmək üçün çox vaxt aşağıdakı göstəricilərdən istifadə olunur:

1. Topdansatış qiymətlərin indeksi - kommersiya əməliyyatlarının ən mühüm birinci - topdansatış mərhələsində qiymətlərin səviyyəsinin dəyişməsini əks etdirən nisbi göstəricidir. Bu indeks əmtəələrin qiymətlərinin onların istehsalının müxtəlif səviyyəsində dəyişməsini və ayrı-ayrı əmtəə qruplarının - mineral xammal, emal sənayesi məmulatları, elektrik enerjisi istehsalı və s. orta ölçülüb-biçilmiş qiy-mətləri indeksidir.

2. İstehlak qiymətləri indeksi (İQİ) orta statistik istehlakçının aldığı əmtəə və xidmətlər “zənbili”nin orta qiymətlər səviyyəsinin dəyişməsini göstərir. “İstehlak zənbili”nin tərkibi bazis ili səviyyəsində təsbit olunur və onda nə qədər çox nemət olsa, inflyasiyanın dinamikasını o bir o qədər dəqiq əks etdirər. İstehlak qiymətləri indeksi Laspeyras düsturu vasitəsilə müəyyənləşdirilir və aşağıdakı kimi hesablanır:

İQİ = İstehlak zənbilinin cari dəyəri / həmin zənbilin bazis ilində dəyəri.

3. ÜDM-in deflyatoru - cari ilin bazar qiymətlərinin bazis ili ilə müqayisədə artım tempini səciyyələndirən göstəricidir. Bu göstərici əmtəə və xidmətlərin qiymətlərinin ümumi səviyyəsini müəyyənləşdirməyə imkan verir. ÜDM-in deflyatoru Paaşe düsturu əsasında müəyyənləşdirilir və cari ilin nominal ÜDM-in real ÜDM-nə nisbəti kimi hesablanır:

ÜDM-in deflyatoru = Nominal ÜDM / Real ÜDM.

Qeyd etmək lazımdır ki, istehlak qiymətləri indeksi dəyişilməyən əmtəə dəsti üçün hesablanır, buna görə də istehsal olunan əmtəələrin quruluşundakı dəyişiklikləri nəzərə almır. ÜDM-in deflyatoru dəyişən əmtəə dəsti üçün hesabla-nır və bu dəyişikliyi nəzərə almağa imkan verir, lakin rifah səviyyəsinin aşağı düşməsini əks etdirmir.

İnflyasiya proseslərinin təhlilində nəzərdən keçirilən indekslərlə yanaşı inflyasiyanın tempi (tc) adlanan və aşağıdakı kimi hesablanan göstəricidən istifadə olunur: r = i - 7i

İnflyasiyanın tempi olan n göstəricisi inflyasiyanın tempindən asılı olaraq nominal faiz dərəcəsi və real faiz dərəcəsi arasındakı nisbəti müəyyənləşdirməyə imkan verir. Bu nisbət Fişer tənliyi adlanır və aşağıdakı kimi yazılır:

olduqda,

burada i — faiz dərəcəsinin nominal qiyməti;



r - faiz dərəcəsinin real qiymətidir. Beləliklə. inflyasiyanın ölçülməsi üçün müxtəlif indekslərdən istifadə olunur ki, bunlar da qiymətlərin ümumi səviyyəsinin dinamikasını müəyyənləşdirməyə imkan verir. Bir qayda olaraq, topdansatış qiymətləri indeksi və ya istehsalçı qiymətləri indeksindən, istehlak qiymətləri indeksi və ÜDM-in deflyatorundan, həmçinin inflyasiyanın tempi kimi göstəricidən istifadə olunur.

İnflyasiyanın sabit artım tempi müşahidə olunan ölkə üçün qiymətlərin ikiqat artması üçün lazım olan illərin sayını hesablamaq məqsədilə hərdən “70 qaydası”ndan istifadə edilir ki, bu qaydaya görə 70 rəqəmi illik inflyasiya səviyyəsinə bölünür.

Tarixi təcrübə göstərir ki, inflyasiyanın qarşısını almaq və onu tənzimləmək üçün iki üsul vardır: inflyasiyaya uyğunlaşmaq və sərt tədbirlər həyata keçirmək.

İnflyasiyanı tənzimləmək üçün birinci üsul qiymətlərin artmasına müvafiq olaraq əhali gəlirlərinin yüksəldilməsidir. Burada əsas vasitələrdən biri gəlirlərin indeksləşdirilməsidir. Yəni qiymət indeksinin dinamikasına uyğun olaraq istehlak zənbilinin dəyərinin uyğunlaşdırılması və bu əsasda yaşayış minimumunun zəruri səviyyədə saxlanılmasıdır.

İnflyasiya ilə mübarizənin ikinci üsulunda əsas vasitələr büdcə kəsirinin azaldılması, pul-kredit siyasəti və monetar amildir. Yüksək kredit faizi inflyasiya prosesini gücləndirdiyi üçün dövlət istehsal verimi gətirməyən güzəştli kreditlərdən istifadə edir və bu sahələrlə kredit verilməsini məhdudlaşdırır. Bundan başqa, dövriyyəyə əlavə pul buraxılması inflyasiyanı sürətləndirdiyi üçün bu proses məhdudlaşdırılır.

Təcrübə göstərir ki, praktik olaraq bütün ölkələrdə inflyasiyanın tempi ilə pul təklifinin artım tempi arasında sıx korrelyasiya asılılığı mövcuddur. Buna görə də inflyasiya tempinin azaldılması üçün aşağıdakı monetar və (və ya) fiskal siyasət vasitələrindən istif adə olımur:

1. Monetar metodlar:

- pul kütləsinin, verilən kreditlərin həcminin artımına məhdudiyyətlər tətbiq etmək;

- uçot dərəcələrinin artırılması (əksmaliyyələşdirmə dərəcələri);

- mütləq ehtiyatlar normasının artırılması;

- dövlətin qiymətli kağızlarının açıq bazarda satılması;

2. Fiskal metodlar:



- dövlət xərclərinin azaldılması;

- birbaşa və dolayı vergi dərəcələrinin artırılması, vergi güzəştlərinin ləğvi, yəni büdcəyə vergidən gələn mədaxillərin artırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsi;

- amortizasiya ayırmalarının qayda və normalarını tənzimləyən qaydaların sərtləşdirilməsi.

p, % Ph


0 T U,(%)


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin