Şəkil 10.4. LM əyrisinin formalaşması
İndi isə fərz edək ki, iqtisadiyyatda milli gəlirin Y1 səviyyəsinə qədər artımı baş verir (bax şəkil 10.4, b) və bu da pul bazarına təsir edərək miqdarı artmış sövdələrə xidmət etmək üçün pula transaksiya tələbi artırır, yəni L əyrisinin sağa yerini dəyişir. Pula tələbin artması nəticəsində müvazinətli faiz dərəcəsi r0 səviyyəsinə qədər qalxır (bax şəkil 10.4, a). Yeni müvazinətli faiz dərəcəsini proyeksiya edərək (bax şəkil 10.4, b) LM əyrisinin ikinci (B) nöqtəsini tapırıq. İki nöqtədən istifadə edərək hər bir nöqtəsində pula tələbin pul təklifinə bərabər olduğu düz xətti qururuq.
IS əyrisi kimi LM də müxtəlif elastikliyə malik, yəni daha maili (yüksək elastiklik) və ya daha dik (aşağı elastiklik) ola bilər. LM əyrisinin elastikliyi aşağıdakı amillərdən asılıdır:
Dostları ilə paylaş: |