Şəkil 10.5. IS-LM modelində əmtəə və pul bazarlarının müvazinəti
Şəkil 10.5-də göstərildiyi kimi, Ye və re- müvafiq olaraq müvazinətli milli gəlir və müvazinətli faiz dərəcəsidir, yəni hazırkı milli gəlir və faiz dərəcəsi səviyyəsində hər iki bazar müvazinət vəziyyətindədir. Bundan başqa, normal fəaliyyət göstərən bazar iqtisadiyyatında müvazinət pozulduqda onu bərpa edən mexanizm mövcuddur.
Deyək ki, milli gəlirin cari səviyyəsi (Yx) şəkil 10.5-də göstərildiyi kimi müvazinətlidən yuxarıdır. Vəziyyətin dəyişməsinə birinci pul bazarı «hay verir». Artan həcm dərhal pula tələbi və deməli, r faiz dərəcəsini artıracaq mərhələ investisiya və yığımın artmış faiz dərəcəsinə uyğunlaşmasıdır. İnvestisiyalar azalmağa, yığım artmağa və milli gəlirə azalmaq istiqamətində təzyiq göstərməyə başlayacaqlar. Azalan milli gəlir isə, öz növbəsində, pula tələbi və nəticədə faiz dərəcəsini azaldır. Və nəhayət, düşən faiz dərəcəsi investisiyaların artmasma və yığımın azalmasma gətirir. Aydındır ki, iki bazar növünün bir-birini qarşılıqlı tənzimləmə prosesi yalnız IS=LM olan müvazinət nöqtəsində dayanacaq.
IS=LM modelində müvazinəti yuxarıda verilmiş tənlikləri birləşdirərək düstur şəklində göstərmək olar.
r = A/b-Y / (kb) tənliyində Y-i r -lə ifadə edirik, sonra isə əyrilərin kəsişmə nöqtəsində Y və r hər iki bazar üçün eyni olduğundan r-in yerinə r = 1 / h • (nY - M / P) tənliyini qoyuruq. Müvazinətli milli gəllrin aşağıdakı tənliyini alırıq:
Ye= k [A-b/h(rıY- M / p)].
Bu tənlik göstərir ki, müvazinətli mili gəlir iki ekzogen (müstəqil) dəyişənlə: muxtar xərclər (A) və real pul kütləsi ilə (M / P) müəyyənləşir. Hər ikisi nə qədər çox olsa, milli gəlirin səviyyəsi də bir o qədər yüksək olar.
Sonra Ye-nin qiymətini r = 1 / h • (nY - M / P) tənliyində yerinə qoyub, müvazinətli faiz dərəcəsini alırıq:
re = n/h*aA- l/(h + nbk) • M / P.
Burada a = k/(l + nbk/h).
Beləliklə, bu tənlik göstərir ki, müvazinətli faiz dərəcəsi də muxtar xərclər (düz asılılıq) və real pul kütləsindən (tərs asılılıq) asılıdır.
Beləliklə, IS-LM modelinin tətbiq edilməsi ilə əmtəə və pul bazarlarının tədqiq edilməsi aşağıdakı nəticələrə gəlməyə imkan verir:
1. Milli gəlirin müxtəlif səviyyələri və həm əmtəə, həm də pul bazarlarında müvazinətin müəyyənləşdiyi orta faiz dərəcəsinin müxtəlif kombinasiyalarından ibarət olan IS-LM modeli həm göstərilən bazarların qarşılıqlı əlaqəsinin təhlilində, həm də makroiqtisadi siyasətin səmərəliliyinin qiymətləndirilməsində istifadə olunur.
2. Əmtəə bazarlarında müvazinəti göstərən IS əyrisi keynsçi «investisiya-yığım» modelindən alınır, onun elastikliyi investisiyaların və yığımın faiz dərəcəsinin dəyişməsindən, həssaslığından, multiplikatorun ölçülərindən və yığıma son hədd meyolliyindən asılıdır.
3. Pul bazarlarında müvazinəti göstərən LM əyrisi pul bazarında tələb və təklif modelindən alınır, onun elastikliyi pula tələbin milli gəlirin dəyişməsinə və faiz dərəcəsinin dəyişməsinə həssaslığından asılıdır.
4. Həm əmtəə, həm də pul bazarlarında IS və LM əyrilərinin kəsişmə nöqtəsində mövcud olan eyni vaxtdakı müvazinət hər iki bazardakı artıb-azalmaların qarşılıqlı «söndürülməsi» hesabına avtomatik bərpa olunma qabiliyyətinə malikdirlər.
İdealda əmtəə və pul bazarlarının kənar və təsadüfi amillərin təsirindən yaranan artıb-azalmaları çarpaz söndürməyə qabil olan mexanizmləri iqtisadi stabilliyi təmin edirlər. Cari məqsədlərə çatmaq üçün iqtisadi siyasət işlənib hazırlananda bu xüsusiyyəti nəzərə almaq lazımdır.
Dostları ilə paylaş: |