2. Tədiyyə balansının mahiyyəti və onu müəyyən edən amillər.
Məlum olduğu kimi, tədiyə balansı (balance of payments) fiziki və hüquqi şəxslərin bütün xarici ölkələrdə olan fiziki və hüquqi şəxslərlə apardıqları hər cür iqtisadi əməliyyatların sistemli uçotudur; hər bir ölkənin müəyyən dövr ərzində xaricdən daxil olan ödəmələr məbləği ilə xaricə ödəmələr məbləğinin göstəricisidir. O, ölkənin beynəlxalq iqtisadi əlaqələrinin miqyasını, strukturunu və xarakterini kəmiyyət və keyfiyyət baxımdan ifadə edir.
Tədiyə balansı bu və ya digər ölkədə beynəlxalq əmək bölgüsünün dərinləşməsi, istehsal və kapitalın beynəlmiləlləşməsi təmayülünün təsiri altında formalaşır. Onun formalaşması prosesində bu və ya digər ölkənin iqtisadi potensialının miqyası, onun iqtisadi strukturunun xüsusiyyətləri, beynəlxalq əmək bölgüsündə iştirakı səviyyəsi və xarakteri həlledici rol oynayır. Bu prosesdə TMŞ-in, beynəlxalq borc kapitalı bazarının fəaliyyəti də mühüm əhəmiyyətə malikdir. Ödəniş bazarının fəaliyyəti ilə valyuta sistemi arasında qarşılıqlı təsir və qarşılıqlı asılılıq əlaqələri mövcuddur.
Tədiyə babalansında yalnız ödəmələr şəklində olan əməliyyatlar deyil, ödəmələr ilə əlaqədar olmayan bir çox başqa əməliyyatlar da öz əksini tapır. Bunlar aşağıdakılardır:
1. Birtərəfli köçürmələr.
2. Beynəlxalq Valyuta Fondu tərəfindən ayrı-ayrı ölkələrə verilən SDR, qızılın monetarlaşması və ya demonetarlaşması.
3. Qızılın dünya qiymətinin və valyuta məzənnəsinin dəyişməsi ilə əlaqədar ölkənin qızıl və valyuta ehtiyatlarının yenidən qiymətləndirilməsi.
Tədiyə balansını ölkənin xarici valyutalara olan tələb və təklifinin balansı kimi də qiymətləndirmək olar. Tədiyə balansı termini XVIII əsrdə Şotlandiya iqtisadçısı Ceyms Styuart tərəfindən iqtisadi ədəbiyyata daxil edilmiş və XX əsrin əvvəlllərində ilk dəfə ABŞ və Böyük Britaniyadatərtib olunmağa başlamışdır. Tədiyə balansı ilk növbədə makroiqtisadi siyasətin işlənilməsində istiqamətləndirici rol oynayır. Tədiyə balansına təsir edən amillər aşağıdakılardır:
- ölkələrin inkişafının qeyri-bərabərliyi;
- iqtisadiyyatın qeyri-tərəddüdü;
- xaricdə dövlət xərclərinin artması;
- kapitalın hərəkətinin miqyası və əhəmiyyətinin artması;
- iqtisadiyyatın hərbiləşdirilməsi və silahlanması;
- beynəlxalq ticarətdəki dəyişikliklər;
- valyuta-maliyyə amilləri;
- inflyasiya.
Ölkənin tədiyə balansını dövlət tənzimləyir. Burada dövlətin bir neçə təsir vasitəsi üsulları mövcuddur.
Birinci üsul birbaşa nəzarət şəklində həyata keçirilən üsuldur. Buraya daxildir: idxalın tənzimlənməsi, gömrük və digər yığımlar, xarici investisiyalar üzrə gəlirin və fiziki şəxslərin pul transferlərinin xarici koçürülməsinin qadağan edilməsi və ya məhdudlaşdırılması, əvəzsiz yardımların, uzun və qısamüddətli kapitalın ixracının kəskin surətdə azaldılması və s.
İkinci üsul daxili iqtisadi vəzifələrin yerinə yetirilməsinə yönəldilmiş, lakin eyni zamanda tədiyə balansının vəziyyətinə təsir göstərən deflyasiya tədbirlərindən istifadə olunmasıdır. Hesab olunur ki, deflyasiya siyasətinin ənənəvi nəticələri istehsal, investisiya və gəlirlərin azalmasına, idxalın ixtisar olunmasına və ixracatın artırılması üçün ehtiyat güclərin çoxalmasına aparır. Deflyasiya üçün adi olan uçot dərəcələrinin yüksəldilməsi ölkəyə qısamüddətli kapital cəlb edilməsinə səbəb olur. Bununla yanaşı, deflyasiyanın başqa aspekti də var. O, ixracı azaldır, idxalı artırır. Belə ki, deflyasiya zamanı milli valyutanın dəyişmə kursu yüksəlir ki, bu da idxalatçıların imkanlarını artırır.
Üçüncü üsul mübadilə məzənnəsinin dəyişməsidir. İstər təsbit olunmuş, istərsə də üzən valyuta məzənnəsi sistemində mübadilə dövlət təsiri və nəzarəti altında həyata keçirilir. Mübadilə dəyərinin dəyişməsi mexanizmi dövlətə tədiyə balansının müvazinətini nizamlamağa imkan verir.
Mübadilə kursunda dəyişmələrin kapitalın hərəkətinə təsiri müxtəlifdir. Ölkəyə uzunmüddətli kapitalın idxalı perspektiv məqsədlərlə müəyyənləşdirilir və ona görə də mübadilə kursunun dəyişməsi onun dinamikasına əsaslı təsir göstərmir. Azad dönərliyə malik valyuta şəklində ölkəyə qısa müddətli kapitalın idxalı üçün isə, əksinə, bu böyük əhəmiyyətə malikdir. İdxal mümkün revalvasiyadan əvvəl artır və ondan sonra kapital ixracı yüksəlir.
Dördüncü, mərkəzi bankın uçot dərəcələrinin dəyişməsi. Bu üsul bir tərəfdən, kapitalın beynəlxalq hərəkətinə təsir etmək vasitəsi ilə valyuta kursu və tədiyə balansının, digər tərəfdən isə daxili kreditlərin, pul kütləsinin, qiymətlərin, məcmu tələbin tənzimlənməsinə yönəlməsidir.
Beşinci, valyuta ehtiyatlarının diversifikasiyası. Tərkibinə müxtəlif valyutaların daxil edilməsi yolu ilə valyuta ehtiyatlarının tənzimlənməsinə yönəldilmiş siyasətdir. Bu siyasət dövlət, banklar və transmilli şirkətlər tərəfindən həyata keçirilir. Bunun məqsədi beynəlxalq hesablaşmaların, valyuta müdaxilələrinin və valyuta itkilərinin aradan qaldırılmasının təmin olunmasıdır. Bu siyasət adətən qeyri-sabit valyutaların satılması və daha möhkəm valyutaların alınması yolu ilə həyata keçirilir. miş siyasətdir.
Beləliklə, dövlət tədiyə balansının müəyyən modellərinə və bütövlükdə onun vəziyyətinə təsir etmək məqsədi ilə müxtəlif üsullardan istifadə edir.
Dostları ilə paylaş: |