Mövzu Milli iqtisadiyyat və makroiqtisadi göstəricilər Plan


Beynəlxalq maliyyə-kredit sistemi



Yüklə 0,65 Mb.
səhifə62/67
tarix01.01.2022
ölçüsü0,65 Mb.
#107546
1   ...   59   60   61   62   63   64   65   66   67
Makroiqtisadiyyat--mühazirə əsas

Beynəlxalq maliyyə-kredit sistemi.
Ölkələr arasında iqtisadi münasibətlər ya birbaşa, yaxud da müxtəlif beynəlxalq iqtisadi təşkilatların vasitəsilə tənzimlənir. Belə təsisatlar hər şeydən əvvəl maliyyə-kredit sahəsində fəaliyyət göstərirlər. Bunlara beynəlxalq Valyuta Fondunu (BVF), Beynəlxalq Yenidən­qur­ma və Inkişaf Bankını (BYIB), Beynəlxalq Hesablaşmalar Bankını (BHB), Avropa Yenidənqurma və Inkişaf Bankını (AYIB) misal gös­tərmək olar. BVF ən iri beynəlxalq iqtisadi təşkilatlardan,dünya val­yuta sistemini tənzimləyən mərkəzi orqanlardan biridir. BVF 1944-cü ildə ABŞ-ın Bretton-Vudse şəhərində beynəlxalq valyuta-maliyyə kon­fransında yaradılmışdır. BVF ölkələr arasında valyuta sahəsində müna­sibətlərin əsas, ən ümumi qaydalarını müəyyən edir və BMT-nin ixti­saslaşdırılmış müəssisəsi statusuna malikdir. Onun əsas vəzifələri val­yuta problemləri üzrə hökumətlər-arası məsləhətləşmələr aparmaq və əməkdaşlığın daimi mexanizmini təmin etməkdən, valyuta məzən­nələrini sabitləşdirmək və pul vahidlərinin rəqabətdə qiymətdən düş­məsinin qarşısını almaqdan, fondun üzvü olan ölkələr arasında cari əmə­liyyatlar üzrə çoxtərəfli ödənişlər sistemini müəyyən və xarici iqtisadi mübadilənin maneəsiz inkişafını təmin etmək məqsədi ilə valyuta məhdudiyyətlərini aradan qaldırmaqdan, tədiyə balansındakı çatışmazlığı tənzimləmək üçün kredit verməkdən ibarətdir.

BVF 1970-ci ildən başlayaraq beynəlxalq tədiyə və ehtiyat ak­tiv­ləri buraxır.

Dünya valyuta sisteminin qeyri-sabitliyi valyuta tənzim­ləmə­lə­ri­nin regional səviyyədə razılaşdırılmasına gətirib çıxarmışdır. Belə ki, 1979-cu ildə valyuta məzənnələrini sabitləşdirmək məqsədilə Avropa Iqtisadi Birliyinə daxil olan ölkələrdə Avropa Valyuta Sistemi (AVS) və Avropa Valyuta Vahidi olan EKYÜ yaradılmışdır. EKYÜ-dən "Ümu­mi bazara" daxil olan ölkələrin firmaları arasında aparılan əməliyyat­larda istifadə edilir. AVS-ə daxil olan ölkələrin valyutaları bir-biri ilə sıx surətdə bağlıdır və məzənnələrə görə fərqlənirlər. Milli valyutaların məzənnələri EKYÜ ətrafında 2,25% həddində tərəddüd edə bilər.

Beynəlxalq hesablaşma vahidlərinin (SDR, EKYÜ) meydana gəlməsi dünya birliyinə daxil olan milli təsərrüfatların bir-biri ilə qay­nayıb – qarışdıqlarını göstərir.

Ən nüfuzlu beynəlxalq iqtisadi təşkilatlardan biri də BYIB-dir. Bank BMT-nin ixtisaslaşdırılmış müəssisəsidir. Bretton-Vudse kon­fran­sının qərarı ilə BVF ilə eyni vaxtda - 1944-cü ildə yaradılmış, lakin 1946-cı ildə fəaliyyətə başlamışdır. BYIB iki filialdan–Beynəlxalq Ma­liyyə Korporasiyası (BMK) və Beynəlxalq Inkişaf Assosiasiyasından (BIA) ibarətdir. Bunların üçü bir yerdə Dünya Bankını əmələ gətirir.

Yalnız BVF-nin üzvü olan ölkələr BYIB-nin üzvü ola bilərlər. Bu iqtisadi təşkilatı yaratmaqda məqsəd onun Ikinci dünya müha­ri­bəsində zərər çəkmiş üzvlərinin iqtisadiyyatlarını bərpa və inkişaf etdir­məkdən ibarət olmuşdur. Əvvəlcə təsərrüfatı müharibədə dağılmış Qər­bi Avropa ölkələrini dirçəltmək üçün kapitalist dövlətlərinin və xüsusi sahibkarların büdcə vəsaitləri səfərbərliyə alınmışdır. Qarşıya qoyulan vəzifələr 50-ci illərin ortalarınadək əsas etibarilə yerinə ye­ti­rildiyinə gö­rə BYIB inkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatı, in­fra­struk­tur, tikinti və sənaye sahələrində "inkişaf layihələrinin" maliy­yələş­di­ril­məsi üzrə ixtisaslaşmağa başlamışdır. BYIB-in filiallarının–BMK və BIA–spesifikası ondan ibarətdir ki, BMK hər şeydən əvvəl in­kişaf etməkdə olan ölkələrdə xüsusi bölməni maliyyələşdirir. BIA isə zəif in­kişaf etmiş ölkələrə güzəştli şərtlərlə, bəzi hallarda, hətta faizsiz kredit verir.

Bundan başqa, dövlətin hakimiyyət orqanları kreditin və ona uyğun faiz məbləğinin ödənilməsini öz öhdəsinə götürdükdə BYIB ayrı-ayrı xüsusi, yaxud da dövlət müəssisələrinə kredit verir. Lakin bu za­man kredit almaq istəyən müəssisələr ən əlverişli şərtlərlə vəsait əldə etməyin digər mənbələrinin olmadığını sübuta yetirməlidirlər.

BYIB hər hansı bir ölkəyə kredit verilməsi məsələsini həll edər­kən, onun iqtisadi və maliyyə imkanlarının tükən-məsinə dair mə­lumat tələb edir, bunun doğruluğunu yəqin etmək və tövsiyələr hazır­lamaq məqsədilə oraya ekspert-lərdən ibarət nümayəndə heyəti gön­dərilir. Bu tövsiyələrdə bir qayda olaraq kredit verilən ölkələrdə iqti­sadiyyatın xü­susi mülkiyyətlə əlaqədar bölməsinin inkişaf etdirilməsi və onun iqtisa­diyyatına xarici kapitalın gəlməsi üçün əlverişli şəraitin ya­ra­dılmasına üs­tünlük verilir. Bu şərtlər kreditə ehtiyacı olan ölkə tərə­findən qəbul edil­mədikdə borc verilməyə bilər. Bəzi hallarda kredit verilməsindən siyasi təsəv-vürlərə görə də imtina edilir. Məsələn, keçən əsrin 70-ci illə­ri­nin əvvəllərində Çilidə hakimiyyətə Xalq Cəbhəsinin nü-mayəndələri gəldikdə belə olmuşdur.

XX əsrin 80-ci illərində bankın fəaliyyətində özünü göstərən başlıca cəhət ondan ibarət olmuşdur ki, o, obyektləri və layihələri ma­liyyələşdirməkdə davam etməklə borc alan ölkənin yerləşdiyi iqtisadi siyasət dairəsinə daha çox nüfuz etməyə başlamışdır. Belə ki, bank hə­min ölkənin iqtisadi siyasətinin işlənib hazırlanmasında bir növ ekspert vəzifəsini yerinə yetirir, sənaye və kənd təsərrüfatı məhsulları üçün qiy­mət islahatının, gömrük siyasətinin hazırlanmasın-da, xarici ticarətin isti­qamətlərinin müəyyən olunmasında iştirak edir. Bank "struktur tən­zimləmələri", yəni iqtisadiyyatın tamamilə yenidən qurulması proq­ram­larının həyata keçirilməsi üçün daha çox kredit verir.

Valyuta-maliyyə sahəsində fəal əməkdaşlıq edən hökumət­lərarası təşkilatlar içərisində Iqtisadi Əməkdaşlıq və Inkişaf Təşkilatını (IƏIT) xüsusi qeyd etmək lazımdır. Sənayecə inkişaf etmiş ölkələrin de­mək olar ki, hamısı bu təşkilata daxildir. O, təşkilatın üzvü olan ölkə­lərin iqtisadi inkişafındakı meylləri, iqtisadiyyat sahəsində daxili fəa­liy­yətlərin digər ölkələrin tədiyə balansına təsirini aşkara çıxarmalıdır. Bu təşkilatın hazırladığı proqnozlara əsasən makroiqtisadi siyasət sa­həsində tədbirlər müəyyənləşdirilir.




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin