Mövzu Milli iqtisadiyyat və makroiqtisadi göstəricilər Plan


MÖVZU 15. Qlobal iqtisadi problemlər və iqtisadi təhlükəsizlik



Yüklə 0,65 Mb.
səhifə65/67
tarix01.01.2022
ölçüsü0,65 Mb.
#107546
1   ...   59   60   61   62   63   64   65   66   67
Makroiqtisadiyyat--mühazirə əsas

MÖVZU 15. Qlobal iqtisadi problemlər və iqtisadi təhlükəsizlik

Plan

1.Qlobal iqtisadi problemlərin mahiyyəti və təsnifatı.

2.Aclıq, yoxsulluq, işsizlik, ərzaq böhranı, kütləvi silahlanma və inflyasiya problemləri.

3.Qlobal iqtisadi problemlərin həll olunmasında elmi-texniki tərəqqinin rolu.

4. Qlobal iqtisadi problemlərin həllində Azərbaycan Respublikasının iştirakı.

Qlobal problemlər ən ümumi universal xarakter daşıyır. Qlobal problemlə­rin mövcudluğu ilk dəfə 80-ci illərin ortalarında bir sıra beynəlxalq təşkilatlar (BİT, Roma klubu, OBSE, OESR), eləcə də “Böyük Yeddilər”ə daxil olan illik müşavirələr dünya ictimaiyyəti tərəfindən qoyulmuşdur. Problemlərin universallığı və qloballığı həmin problemlərin ictimai-siyasi quruluşundan asılı olmayaraq, yer kürəsinin bütün ölkələrinə aid olması və onların bir və ya qrup dövlətlər tərəfindən həll edilə bilməməsi ilə əlaqədardır.

Qlobal problemlər getdikcə dünya ölkələrinin sosial-iqtisadi inkişafına neqativ təsir göstərir və yalnız bütün dünya ölkələrinin birgə səyləri nəticəsində həll oluna bilər. Qlobal problemlər, bir qayda olaraq, bütün bəşəriyyətin inkişafı, müasir cəmiyyətin məhsuldar qüvələrin təkmilləşdirilməsi xarakteri ilə müəyyən olunur. Bir çox qlobal problemlər müasir beynəlxalq iqtisadi münasibətlərin ən mühüm elementlərindən biri olmaqla getdikcə ayrılmaz tərkib hissəsinə çevrilmişlər.

Əsas qlobal problemlərə aşağıdakılar daxildir:

1. İqtisadi inkişaf və çiçəkləyən cəmiyyətin qurulması naminə sülhün qorunub saxlanması və silahlanmanın dayandırılması.

2. Lokal hər bir konfliktlər nəticəsində böyük insan kütləsinin məcburi miqrasiyası və əhalinin xüsusi kateqoriyası olan qaçqınların meydana gəlməsi.

3. Şəxsi və iqtisadi azadlığın gücləndirilməsi yolu ilə insan hüququnun daha da inkişaf etdirilməsi.

4. Ərzaq problemi və onun həll edilməsi üzrə tədbirlər, xüsusilə Afrika, Asiya və Latın Amerikasında.

5. Yer üzərində həyat üçün təhlükə olan ətraf mühitin çirklənməsinin qarşısının alınması və demək olar dünyanın bütün iqtisadi rayonlarını əhatə edən ekoloji problemlərin həlli.

6. BMT-nin müxtəlif strukturlarının, eləcə də digər bəzi beynəlxalq təşkilatların sosial-iqtisadi fəaliyyətinin möhkəmləndirilməsi.

Bütün yuxarıda göstərilən problemlər qarşılıqlı əlaqədə mövcuddur və onların kompleks həll edilməsi tələb olunur. Hökumətlər, beynəlxalq təşkilatlar, görkəmli siyasətçilər, alimlər, biznesmenlər hamılıqla belə nəticəyə gəlmişlər ki, həmin qlobal problemləri yalnız birgə səylərlə həll etmək mümkündür. Lakin çoxları belə hesab edirlər ki, bu böyük məbləğdə pul vəsaitləri tələb edir və bu vəsaitlər hərbi xərclərdən də qat-qat çox ola bilər.

Beynəlxalq iqtisadi münasibətlərin mövcud sisteminin təkmilləşdirilməsi qlobal problemlərin həlli ilə sıx əlaqədardır. Bir tərəfdən bu müstəqil bir problemdir, digər tərəfdən isə göstərilən hər bir qlobal problemlər əlaqəlidir, həmin problemlər dünya ictimaiyyəti tərəfindən işgüzar dialoq yolu ilə həll oluna bilər.

Qlobal problemlərin həll edilməsi üçün müəyyən şərtlər tələb olunur, bu şərtlərə aşağıdakıları aid etmək olar:

Birinci, illik həcmi təqribən 1 trln. dollar olan hərbi xərclərin azaldılması hesabına dünya iqtisadiyyatının inkişaf etdirilməsi üçün konkret şəraitin yaradılması.

İkinci, məqsədəuyğundur ki, hamı üçün bərabər iqtisadi şərait və iqtisadi stabillik təmin edilsin. Bu məqsədlə, daim iqtisadi artıma nail olunması, inflyasiyanın və işsizliyin azaldılması, əmtəə mübadiləsində stabilliyin təmin olunması və dünya bazarlarına çıxışın sadələşdirilməsi, ədalətli dünya qiymətlərinin müəyyən edilməsi, bazar iqtisadiyyatını formalaşdıran ölkələr üçün səmərəli tədbirlərin qəbul edilməsi, inkişaf etməkdə olan ölkələrin xarici borclarının azaldılmasına yönəldilmiş tədbirləri həyata keçirməklə, inkişaf etmiş Qərb ölkələri və beynəlxalq təşkilatlar tərəfindən Afrika, Asiya və Latın Amerikasının geridə qalmış ölkələrinə yardımın artırılması, əməkdaşlığın genişləndirilməsi yolu ilə beynəlxalq iqtisadi münasibətlər yenidən qurulmalı və səmərəliliyi yüksəldilməlidir.

Üçüncü, fəal surətdə ekoloji problemlərin işlənib hazırlanması və həll edilməsinin həyata keçirilməsi məqsədəuyğundur. Çünki bəşəriyyətin istehsal və məişət fəaliyyəti ilə ətraf mühit arasında kəskin ziddiyyət yaranmışdır. Ətraf mühitin qorunması sahəsində müəyyən tədbirlər görülmüşdür, lakin bu tədbirlər tələb olunan tədbirlərin az bir hissəsini təşkil edir.

Dördüncü, ekologiya sahəsində beynəlxalq əməkdaşlıq genişləndirilməli və möhkəmləndirilməlidir. Bu sahədə bəşəriyyətin gələcəyi nəinki ABŞ, Yaponiya, AB ölkələri, Rusiya, Çin kimi iri dövlətlərdən, habelə transmilli korporasiyaların, benəlxalq iqtisadi münasibətlərin digər iştirakçı-larından, eləcə də regional səviyyədə qəbul edilən və getdikcə daha da qloballaşan siyasi elm və texnikanın inkişafı qloballaşma prosesini xeyli sürətləndirir. Bütün bunlar beynəlxalq əməkdaşlıqda nəinki hər bir adamın tələb və maraqlarına , habelə bütün bəşəriyyətin mənəvi və mədəni dəyərlərinə uyğun ola bilən müəyyən və konkret normaların qəbul edilməsini zəruri edir. Bunun üçün elmi-texniki inqilabın, şəxsiyyətin yenidən qiymətləndirilməsi, şəxsi və ictimai maraqların yaxınlaşdırılması və optimallaşdırılması tələb olunur. Bu dünya birliyinin hər bir iştirakçısınını maraqlarının ödənilməsinə imkan verəcəkdir. Beləliklə, beynəlxalq iqtisadi münasibətlər sahəsində milli təsərrüfatların yaxınlaşması, beynəlxalq hüquq normalarına müvafiq olaraq iqtisadi qanunvericiliyin unifikasiyası, əhalinin solsial müdafiə səviyyəsinin yüksəldilməsi tələb olunur. Qlobal problemlərin həlli üçün böyük həcmdə maliyyə məsrəfləri tələb olunduğundan, bütün dünya miqyasında idarəetmənin və tənzimləmənin elə bir forma və metodları tapılmalıdır ki, bununla həm milli iqtisadiyyatların, həm də müasir beynəlxalq iqtisadi münasibətlərdə formalaşmış sistemin stabilliyi müdafiə oluna bilsin.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin