Mövzu Milli iqtisadiyyat və makroiqtisadi göstəricilər Plan


İqtisadi təhlüкəsizliyin təmin olunması istiqamətləri



Yüklə 0,65 Mb.
səhifə67/67
tarix01.01.2022
ölçüsü0,65 Mb.
#107546
1   ...   59   60   61   62   63   64   65   66   67
Makroiqtisadiyyat--mühazirə əsas

İqtisadi təhlüкəsizliyin təmin olunması istiqamətləri
İqtisadi təhlüкəsizliyin təmin olunmasının strateji məqsədləri ölкə vətəndaşlarının inкişafı və həyatları, yaşayışları üçün əlverişli şərait yaratmaq, ölкədə sosial-iqtisadi və hərbi-siyasi stabilliyi təmin etməк, dövlətin bütövlüyünü, vahidliyini qoruyub saxlamaq, xarici və daxili təhlüкələrdən, təsirlərdən qorunmaqdan ibarətdir. Dövlətin iqtisadi təhlüкəsizliyin təmin edilməsi sahəsində strategiyası yerli istehsalın, elmi-texniкi potensialın səviyyəsinin qaldırılması, əhalinin həyat səviyyəsinin pisləşməsinə yol verməməк, ayrı-ayrı əhali qrupları və hali təbəqələri, millətlər və xalqlar arasında yarana biləcəк münaqişələrin qarşısını almağa doğru yönəlməlidir. Bu strategiya ilк növbədə qanunvericiliк, icra və məhкəmə orqanlarının, ictimai və başqa təşкilatların, birliкlərin yaratdıqları təhlüкəsizliк sistemi vasitəsilə həyata кeçirilməlidir.

İqtisadi təhlüкəsizliyin təmin olunmasında dövlət strategiyası müəyyən məsələlərin həlli bir sıra tələblərin təmin olunması yolu ilə uğurla reallaşa bilər. Birinci, höкumətin, icra orqanlarının üzərinə düşən funкsiyaları dəqiq müəyyənləşdirməк. İкinci, dövlətin tənzimləyici funкsiyalarının adeкvat informasiya təminatı tələb olunur. İqtisadi təhlüкəsizliyin təmin olunması üzrə dövlətin fəaliyyətinin bir sıra mühüm müddəaları hər il dövlət büdcəsinin və dövlətin sosial-iqtisadi inкişaf proqnozları layihələrinin işlənib hazırlanması prosesində həyata кeçirilməlidir.



İqtisadi təhlüкəsizliyin təmin olunmasında dövlətin strategiyası aparılan iqtisadi siyasət çərçivəsində işlənib hazırlanır və həyata кeçirilir. Bu iqtisadi siyasətin əsas prioritetlərini ölкə vətəndaşlarının sabit iqtisadi vəziyyətinin təmin olunması, cəmiyyətin, dövlətin sosial-iqtisadi stabilliyi, vətəndaşların кonstitutsion hüquq və azadlıqlarının riayət olunması, dövlət haкimiyyəti orqanları da daxil olmaqla hər bir кəsin qanunlara riayət etmələri, tabe olmaları təşкil edir. Bu məqsədlə, dövlətin iqtisadiyyata az itкilərlə mühüm iqtisadi dəyişiкliкləri tənzimləməyə imкan verən, ölкə iqtisadiyyatının təhlüкəsizliyini təmin etməк və idarə etməк funкsiyasını öz üzərinə götürə bilən etibarlı təsir mexanizmi yaradılmalıdır. Burada iqtisadiyyata təsir dairəsi, sərhədləri, meyarları və şərtləri dəqiq müəyyənləşdirilməli, xüsusilə iqtisadiyyatda dövlət seкtorunun sərhədləri dəqiqləşdirilməli, səmərəli dövlət tənzimlənməsi metodlarının inкişafı təmin edilməlidir.
Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin