Mövzu Milli iqtisadiyyat və makroiqtisadi göstəricilər Plan



Yüklə 0,65 Mb.
səhifə9/67
tarix01.01.2022
ölçüsü0,65 Mb.
#107546
1   ...   5   6   7   8   9   10   11   12   ...   67
Makroiqtisadiyyat--mühazirə əsas

Xalis milli məhsul ÜMM-dən kapitalın istehlak olunan hissəsini (amortizasiya) çıxılmaqla hesablanır. XMM göstəricisinin bir ciddi çatışmazlığı var: dövlətin bazar qiymətləri quruluşuna gətirdiyi təhriflər onlarda əks olunmur. Dövlət müdaxiləsi olmasa, bütün əmtəələrin bazar qiymətlərinin cəmi ev təsərrüfatlarının amil gəlirlərinə qalıqsız bölünür. Lakin dövlət bir tərəfdən dolayı vergilər tətbiq etməklə, digər tərəfdən isə firmalara subsidiyalar verməklə faktik olaraq birinci halda bazar qiymətlərinin artmasına, ikinci halda isə azalmasına rəvac verir.

Milli gəlir - milli hesablar sistemində istifadə olunan əsas ümumiləşdirici statistik göstəricilərdən biridir. Milli gəlirin kəmiyyətini müəyyənləşdirmək üçün xalis milli məhsuldan dolayı vergiləri çıxmaq və ona subsidiyaları əlavə etmək lazımdır.

Milli gəlir həm də ümumi milli məhsulun iki növ ödənişlər - amortizasiya və biznesdən dolayı vergilər istisna olmaqla hesablanması vasitəsilə də müəyyənləşdirilə bilər. Yuxarıda göstərilən mənada millətin ümumi gəlirlərini qazanılmış milli gəlir kimi müəyyənləşdirmək olar. Buna görə ona dolayı gəlirlər daxil edilmir, çünki onları əldə etmək üçün dövlət istehsal prosesinə heç bir resurs sərf etmir.




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin