Mövzu Milli iqtisadiyyat və makroiqtisadi göstəricilər Plan


Təsərrüfat praktikasında istehsal olunmuş və istifadə olunmuş MG fərqləndirilir



Yüklə 0,65 Mb.
səhifə10/67
tarix01.01.2022
ölçüsü0,65 Mb.
#107546
1   ...   6   7   8   9   10   11   12   13   ...   67
Makroiqtisadiyyat--mühazirə əsas

Təsərrüfat praktikasında istehsal olunmuş və istifadə olunmuş MG fərqləndirilir. İstehsal olunmuş MG - əmtəə və xidmətlərin yenidən yaradılmış dəyərinin bütün həcmidir. İstifadə olunmuş MG - bu, təbii fəlakətlərdən itkilər, saxlama zamanı dəyən zərər və s. və xarici ticarət saldosu çıxıldıqdan sonra qalan istehsal olunmuş MG-dir.

Amma milli hesablar sistemində daha çox sərəncamda olan milli gəlir göstəricisindən istifadə olunur ki, bu məfhum altında istehsal fəaliyyəti nəticəsində və ya mülkiyyətdən, bir də təkrar bölgü prosesləri nəticəsində əldə olunmuş və təsərrüfat vahidlərinə verilmiş gəlirin ümumi kəmiyyəti başa düşülür. Sərəncamda olan milli gəlirin hesablanmasında aşağıdakılar cəmlənir:

a) əmək haqqı - pul şəklində və ya natural formada muzdlu işçilərə ödənilən mükafatlandırma; b) sosial sığorta ödənişləri. c) biznesdən dolayı vergilər və digər dövlət yığımları; ç) subsidiyalar. d) müavinətlər - ev təsərrüfatlarına pul şəklində və natural formada heç bir ekvivalent olmadan inzibati və ya gəlirsiz xüsusi təşkilatlar tərəfindən ödənilən transfert ödənişləri; e) beynəlxalq yardım - bir dövlətin digərinə təmənnasız ödənişləri və beynəlxalq təşkilatlara ödəmələr. Əgər bizə bizim etdiyimiz yardımdan daha çox yardım göstərilirsə, beynəlxalq yardım “+” işarəsi ilə, biz daha çox yardım ediriksə, “-“ işarəsi ilə qeyd olunur; ə) şirkətlərin bölünməmiş mənfəəti - istehsal edilmiş əlavə dəyərdən əmək haqqının ödənilməsinə, amortizasiyaya, vergilərə, faizlər və dividendlərə xərcləri çıxdıqdan sonra şirkətlərdə qalan xalis gəlir; f) mülkiyyətdən gəlirlər - dividendlər, renta, faizlər şəklində iqtisadiyyatın bütün bölmələrinə daxilolmalar; g) fərdi fəaliyyətdən gəlirlər - kiçik qeyri-korporativ müəssisələrin və azad sənətlərin gəlirləri; ğ) sığortadan gəlirlər - sığorta üzrə illik müavinət ödənişlərinin saldosu və sığorta üçün ödəmələr (müavinətlər ödəmələrdən çoxdursa, fərq “ + “ işarəsi ilə, müavinətlər ödəmələrdən azdırsa, “ – “ işarəsi ilə nəzərə alınır); h) xarici aləmlə əməliyyatlardan gəlirlər - bu gəlirlərin saldosu nəzərə alınır.

Milli sərvət - müəyyən tarix üçün cəmiyyətin malik olduğu və onun inkişaf etdiyi bütün əvvəlki dövr ərzində insanların əməyi ilə yaradılmış maddi nemətlərin məcmusudur.

Sözün geniş mənasında milli sərvət millətin bu və ya digər şəkildə malik olduğu hər bir şeydir. Bu mənada milli sərvətə yalnız maddi nemətlər deyil, həm də təbii resurslar, iqlim, sənət əsərləri və b. daxildir. Lakin bir sıra obyektiv səbəblərdən bunların hamısını hesablamaq olduqca çətindir. Buna görə də, iqtisadi təhlil praktikasında milli sərvətin yuxarıda qeyd olunmuş sözün dar mənasındakı göstəricisi istifadə olunur. Sözün dar mənasında milli sərvətə bu və ya digər şəkildə insan əməyi tətbiq olunmuş və təkrar istehsal oluna bilən hər şeydir. Başqa sözlə, ölkənin milli sərvəti ölkənin bütün tarix boyu həmin an üçün yığılmış maddi və mədəni nemətlərinin məcmusudur. Bu, çoxsaylı insan nəsillərinin əməyinin nəticəsidir. Milli sərvət dedikdə, sözün geniş mənasında, insan tərəfindən təkrar istehsal oluna bilən maddi, təbii və insan kapitalları formasında olan, bütövlükdə daim, arasıkəsilməz və sabit geniş təkrar istehsal prosesini təmin edən və insanın əmək fəaliyyətinin və təbii mühitin təbii proseslərinin nəticəsi olan ölkədə yığılmış iqtisadi nemətlərin cəmi başa düşülür.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin