Mövzu Milli iqtisadiyyat və makroiqtisadi göstəricilər Plan



Yüklə 0,65 Mb.
səhifə16/67
tarix01.01.2022
ölçüsü0,65 Mb.
#107546
1   ...   12   13   14   15   16   17   18   19   ...   67
Makroiqtisadiyyat--mühazirə əsas

Əsas kapitalın həcmi. Göstərmək lazımdır ki, ölkənin milli məh­­sulunun və ya milli gəlirinin artımının xeyli hissəsi əsas ka­pitalın həcminin, başqa sözlə, əsaslı vəsait qoyuluşu­nun yüksəl­məsi hesabına əl­də olunur. Təxmini hesablama­lara görə dünyanın bir sıra inkişaf etmiş ölkələrində əsaslı vəsait qoyuluşu hesabına milli gəlirin real artımının 15-20 faizi əldə olunur.

Texniki tərəqqi. Göstərməliyik ki, iqtisadi artıma təsir edən amil­­­­lər arasında texniki tərəqqinin özünəməxsus yeri vardır. Düz­dür, texniki tərəqqiyə qədər izah etdiyimiz amillər də özünəməxsus təsir dairəsinə malikdir, lakin tex­niki tərəqqi iqtisadi artımı hə­rəkətə gətirən mərkəzi qüvvə­dir. Texniki tərəqqinin iqtisadi ar­tım üçün həlledici rola malik olmasını onda görmək olar ki, is­tər təbii, istər əmək resursları, istərsə də kapital tətbiqi olsun, bun­­ların hər biri bilavasitə texniki tərəqqidən asılıdır.

Göstərməliyik ki, iqtisadi artıma təsir edən amillərdən biri də məcmu xərclərin səviyyəsinin yüksəldilməsidir. Əv­vəlki sada­la­dı­ğımız 4 amildən fərqli olaraq, bu amil və haq­qında bir qədər son­­ra danışacağımız resursların kəmiyyəti­nin səmərəli bölgüsü ami­li tələb amillərinin fəaliyyəti ilə bağlanır (yəni iqtisadi artı­mın bütün amilləri məcmu şə­kildə fəaliyyət göstərdiyi bir şə­ra­itdə tətbiq olunacaq, məh­dud resurslardan istifadə məsələsi qar­şıya çıxa­caqdır). De­məli, hər hansı bir məhsul istehsalı üçün nəzərdə tu­tulan resursun xərclənməsi, onun digər bir alternativ məhsul is­tehsalı üçün istifadəsini qeyri-mümkünləşdirir. Bu o de­məkdir ki, iqtisadi artımın hər hansı səviyyəli sürətini əldə etmək üçün is­tehsal imkanlarını mütləq nəzərə almaq la­zımdır.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin