Mövzu Milli iqtisadiyyat və makroiqtisadi göstəricilər Plan


Şəkil 1. Məcmu təklifin keyns modeli



Yüklə 0,65 Mb.
səhifə28/67
tarix01.01.2022
ölçüsü0,65 Mb.
#107546
1   ...   24   25   26   27   28   29   30   31   ...   67
Makroiqtisadiyyat--mühazirə əsas

Şəkil 1. Məcmu təklifin keyns modeli.

Məcmu təklif müəyyən dövrdə, mövcud qiymətlərin səviyyəsinə uyğun istehsal olunub satışa çıxarılmış əmtəə və xidmətlərin cəmini əks etdirir. Bu, ölkənin ümumi daxili məhsulunun milli bazarda təsirini səviyyələndirən iqtisadi kateqoriyadır. Buna görə də məcmu təklifin təhlilində istehsala təsir göstərən bütün amillərin nəzərə alınması tələb olunur. Milli istehsalın (məhsulun) real həcminin qiymətlərin səviyyəsindən asılılığı məcmu təklif əyrisi adlanır.

Məcmu təklifin əyrisini daha hərtərəfli tədqiq etmək üçün bir-birinə zidd olan məcmu təklifin iki modelini nəzərdən keçirək: keynsçi və klassik model.



Məcmu təklifin Keyns modelinin təsvirini vermək üçün biz məcmu təklif və məcmu tələb modellərindən istifadə edə bilərik. Yuxarıda qeyd etdiyimiz kimi müəssisələr qiymətin cari səviyyəsində məhsulun istənilən həcmini təklif etməyə hazır idilər. İlkin şərt ondan ibarət idi ki, nominal əmək haqqı müəyyən edilmişdir və ödənilmişdir. Güman olunurdu ki, işsizlik mövcudluğu şəraitində işçilərin əmək haqqı azalmır. Əksinə, əməyə olan tələb tam məşğulluq səviyyəsinə keçdikdə artan tələbi ödəmək üçün artmayan əmək haqqı təklif olunur. AD və AS əyriləri nöqtəyi nəzərindən bu, məcmu təklif əyrisinin üfiqi vəziyyətdə olması fərziyyəsi ilə eynidir. Məcmu təklifin keynsçi funksiyası üfiqi xətt hesab olunur. Bu, qiymətin P0 səviyyəsində müəssisənin tələb olunan qədər məhsul istehsal etməyə hazır olduğunu nəzərdə tutur. Aydındır ki, belə təklif qeyri realldır və sonuncu vəziyyəti əks etdirir, lakin keynsçi vəziyyət faydalıdır. Belə ki, əmək haqqı əmək bazarında şəraitin dəyişməsinə daha yavaş uyğunlaşdıqda, o, baş verən hər şeyi aydın şəkildə göstərir.

P AS

P1 B1

Qiymət səviyyəsi
P0 B
0 Y Q

Məhsul istehsalı




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin