Mövzu Milli iqtisadiyyat və makroiqtisadi göstəricilər Plan


Şəkil 2. Məcmu təklifin klassik modeli



Yüklə 0,65 Mb.
səhifə29/67
tarix01.01.2022
ölçüsü0,65 Mb.
#107546
1   ...   25   26   27   28   29   30   31   32   ...   67
Makroiqtisadiyyat--mühazirə əsas

Şəkil 2. Məcmu təklifin klassik modeli.

Məcmu təklifin klassik modeli. İqtisadiyyat məcmu təklif əyrisinin yuxarıya doğru istiqamətlənməsinə uyğun olaraq, hərəkət edir, məşğulluğun səviyyəsi isə istehsal həcmi ilə birlikdə dəyişir. Məcmu təklif əyrisinin hərəkəti məşğulluq və işsizliyin səviyyəsinin dəyişməsinə səbəb olur. Aşağıdakı şəkildə məcmu təklifin klassik modeli üçün AS əyrisi verilmişdir. O, özündə şaquli xətti əks etdirir. Məcmu təklifin şaquli əyrisi göstərir ki, qiymətin istənilən həcmində təklif dəyişmir, daha dəqiq istehsalın potensial Y həcminə bərabər olur.

Klassik modeldə əmək haqqı tamamilə hərəkətlidir və əmək bazarında tam məşğulluğa müntəzəm zəmanət vermək üçün dəyişir. Bu halda bazarda nəzərdə tutulan məhsulun həcmi potensial Y səviyyəsinə (yəni tam məşğulluq səviyyəsinə) uyğun gəlir.

Keyns modeli iqtisadiyyatın tənəzzül halını səciyyələndirir. Belə ki, iqtisadiyyatda işsizlik yüksək səviyyədədir, maşın və avadanlıqların böyük əksəriyyəti istifadə olunmur. Belə vəziyyətdə ayrı-ayrı müəssisələrdə istifadəsiz qalmış ehtiyatların istehsala cəlb olunması isə məhsul buraxılışının artırılması bazarda qiymətlərin dəyişməsinə səbəb olur.



Məcmu tələb və məcmu təklif anlayışları ilə əlaqədar makroiqtisadi tarazlıq məsələləri aydınlaşdırılmalıdır. Məcmu tələb və məcmu təklif əyrilərinin kəsişməsi ümumi iqtisadi müvazinət nöqtəsini (E) verir.

Hər bir ölkənin iqtisadiyyatında ümumi milli məhsulun elə bir optimal həcmi mövcuddur ki, həmin səviyyənin pozulması makroiqtisadi sabitliyin pozulmasına səbəb olur.



Şəkil 3-dəki qrafikə nəzər yetirək. E tarazlıq nöqtəsi ümumi milli məhsulun optimal həcminə (Qopt) həmin məhsulların optimal (Popt) qiymətlərinin uyğunluğunu göstərir. Belə bir vəziyyəti normal iqtisadi vəziyyət kimi qiymətləndirmək olar.
P



E1 AS

E

Popt AD

E2

0 Qopt Q


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin