Şəkil 1. Beveris əyrisinin qrafik təsviri.
İşsizliyin tənzim olması məqsədini gündən göstərilən proqramın həyata keçirilməsi dövlət büdcəsi ilə əlaqədar olduğu üçün proqramın müəyyənləşdirilməsini də dövlət həyata keçirir. Bu da dövlət borclarının artmasına və əlavə pul emissiyasına səbəb olur ki, nəticədə inflyasiya yaranır.
İşsizliyin tənzim olunmasının yeni variantları axtarılır. Belə ki, işsizliyin tənzim olunmasının monetarist variantı yaranır. Monetaristlərin nəzəriyyəsinə görə işsizlik və istehsalın aşağı düşməsi inflyasiya şəraitində baş verirsə, dövlət büdcəsi üzərində olan bütün ağırlıqlar aradan götürülməlidir və təcili olaraq büdcə kəsiri azaldılmalıdır. Eyni zamanda dövlət sosial proqramdan nisbətən uzaqlaşmalıdır.
İşsizliyin növlərinin təsnifatı müxtəlif meyarlardan istifadəyə əsaslanır. İqtisadi ədəbiyyatda və təsərrüfat praktikasında işsizliyin əsas növləri friksion, struktur, mövsümi, tsiklik, texnoloji hesab olunurlar.
Friksion işsizlik. Əmək bazarında insanların bir yerdən başqa yerə köçmələri, bir müəssisədən digərinə keçmələri ilə əlaqədar olan müəyyən işsizlik səviyyəsi vardır. İşçilərin onları qane edən iş yeri, işə götürənlərin isə müəyyən ixtisasa malik iş qüvvəsini tapması üçün müəyyən vaxt lazımdır.
İş axtarmaq üçün lazım olan bu vaxt friksion işsizliyin əsasını təşkil edir. Bu onunla şərtlənir ki, hazırda olan iş yerləri haqqında tam dolğun informasiyanın olmadığı və ya bu informasiya həddindən artıq baha olduğu zaman işçilərin sayı ilə boş iş yerləri arasında müəyyən uyğunsuzluq mövcuddur. Onun səviyyəsi yeni iş axtarmaqla bağlı ümumi vaxt məsrəfləri ilə (1 aydan üç ayadək) müəyyənləşir.
Struktur işsizliyi. Struktur işsizliyinin əsas səbəbi iqtisadiyyatda struktur dəyişikliklərin baş verməsi nəticəsində iş yerləri ilə işsizlərin sayı arasında peşə-ixtisas və ərazi uyğunsuzluğudur.
Struktur işsizliyin formalarından biri texnoloji işsizlikdir ki, yeni texnologiyaların və yeni avadanlıqların tətbiqi nəticəsində yaranır, bu da insanların maşınla əvəzlənməsinə və onların azad olmasına aparır. Özü də bu zaman bazarın həcmi artarsa, məşğulluq əsasən yeni peşə və daha yüksək peşə hazırığına malik işçilərin cəlb edilməsi hesabına artacaq.
Mövsümi işsizlik müəyyən sahələrin: il ərzində əməyə tələbin kəskin dəyişildiyi kənd təsərrüfatı, tikinti, ov və balıq ovu və s. istehsal həcmində mövsümi tərəddüdlərlə şərtlənir. Əməyə tələbdə mövsümi tərəddüdlər, bir qayda olaraq, istehsal prosesinin ritminin xüsusiyyətləri ilə müəyyənləşirlər. Buna görə də mövsümi işsizliyin ölçüləri ümumi şəkildə proqnozlaşdırıla və işə götürənlə işçi arasında müqavilə bağlananda nəzərə alına bilər.
Tsiklik işsizlik. Onun əsasını iqtisadi tənəzzül və tələbin qənaətbəxş olmaması ilə əlaqədar məhsul istehsalı və məşğulluğun həcmindəki tsiklik dəyişikliklər təşkil edir. Tsiklik işsizlik real ÜMM-in azalması və iş qüvvəsinin bir qisminin azad olunması ilə əlaqədardır ki, bu da işsizlərin sayının artmasına səbəb olur. Bir də həqiqi (real) və saxta işsizliyi fərqləndirmək lazımdır. Birinci halda adam əmək qa-biliyyətinə malikdir və işləmək istəyir, lakin əmək bazarmda yaranmış vəziyyətə görə iş tapa bilmir. İkincisi bu və ya digər səbəblərdən əmək fəaliyyəti ilə məşğul olmaq istəməyən-ləri səciyyələndirir. İşsizlik aşkar və gizli, uzunmüddətli və qısamüddətli ola bilər. Uzunmüddətli işsizliyə tsiklik və struktur, qısamüddətliyə isə mövsümi və friksion işsizlik aiddir.
Könüllü işsizlik onunla şərtlənir ki, işçilərin müəyyən qismi bu və ya digər səbəbdən (kollektiv müqaviləyə müvaf iq olaraq və ya öz iş qüvvəsini daha yaxşı əmək şəraitli və ödə-nişli daha əlverişli tətbiq etmək məqsədilə ) əmək bazarına çıxır və «könüllü» işsiz olur. Bundan başqa, əmək bazarının təhlili zamanı təkrar (dövri) işsizlik və iş tapmağa ümidini itirib birdəfəlik iş qüvvəsi sırasından çıxan şəxsləri nəzərdə tutan durğunluq işsizliyi kimi hadisələri nəzərə almaq lazımdır. Ona görə də müddətinə görə durğunluq və axar işsizliklər fərqləndirilir. İşsizliyin müddəti iş yerinin itirilməsi ilə yeni iş yerində işə düzəlmək arasındakı zaman kəsiyi ilə ölçülür.
İşsizliyin axar forması işçinin müəssisədən öz istəyi və müdiriyyətin təşəbbüsü ilə işdən getməsi ilə səciyyələnir. İşdən getmənin səbəbləri olduqca müxtəlif olub, həm obyektiv, həm də subyektiv səciyyə daşıyır. Keçid dövründə işçilərin öz istəkləri ilə işdən getməsinə səbəb müəssisələrin maliyyə vəziyyəti, onun ölçüləri (kiçik, böyük), mülkiyyət forması olmuşdu. İşdən çıxarılma və ixtisara salınmaq səbəbindən işdən çıxarılma əmsalı özəlləşdirilmiş müəssisələrdə xüsusi və dövlət müəssisələrinə nisbətən daha böyükdür.
Kütləvi işsizlik ən kəskin sosial-iqtisadi problemlərdən biridir və cəmiyyətin və insanlar arasında sivil münasibətlərin mövcudluğu üçün real təhlükədir.
Region işsizliyi həmin ərazidə iş qüvvəsinə tələblə onun təklifi arasında nisbətin pozulması nəticəsində yaranır. O, ərazilərin qeyri-bərabər iqtisadi inkişafının təsiri altında formalaşır, demoqrafik, tarixi, mədəni və başqa spesifik amillərin təsirinə məruz qalır.
Ocaqvari işsizlik - işsizliyin regional differensiasiyası əmək bazarında vəziyyətin region daxilində yekrəng olmaması ilə güclənir. Region daxilində işsizliyin differensiasiyası hərdən on və daha artıq səviyyəyə çatır.
İşsizliyin faktik səviyyəsi ilə təbii işsizlik norması arasındakı fərq konyunktur işsizliyini təşkil edir. Konyunktur işsizliyin olması istehsal güclərindən tam istifadə etməməsini və ÜDM itkisini qaçılmaz edir. Tam məşğulluq şəraitində ÜDM-in potensial mümkün həcmi ilə onun konyunktur işsizlik şəraitindəki faktiki həcmi arasındakı fərq konyunktur fərqi təşkil edir. Konyunktur işsizliklə konyunktur fərq arasında sabit əlaqə mövcuddur (A.Ouken qanunu). Ouken qanunu, bir tərəfdən, ÜDM-in di-namikası ilə tam məşğulluq səviyyəsi, digər tərəfdən isə konyunktur işsizliyin səviyyəsi ilə konyunktur fərq arasında asılılığı müəyyənləşdirir. Ouken qanununun xarakteristikası üzərində bir qədər ətraflı dayanaq.
İşsizliyin faktiki səviyyəsi işsizliyin təbii səviyyəsindən yüksəkdirsə, bu halda ölkə ÜDM-in bir qismini itirir. İşsizliyin artması səbəbindən məhsul və xidmətlərin potensial itkisinin hesablanması Amerika iqtisadçısı A.Oukenin verdiyi qanun əsasında həyata keçirilir: (Yf - Y) / Y = a (U - Un)
burada Yf - tam məşğulluq şəraitində məhsul istehsalının səviyyəsi - potensial ÜDM; Y - faktik məhsul istehsalı; U - işsizliyin faktiki səviyyəsi;
Un - tam məşğulluq şəraitində işsizlik norması (təbii işsizlik norması);
a - Ouken əmsalı, empirik yolla hesablanmışdır və müxtəlif ölkələrdə müxtəlifdir. Onun qiymətləri çox vaxt 2 və 3 arasında olur ki, bu da tsiklik işsizlik nəticəsində ÜDM itkilərinin böyük olmasını göstərir. Ouken qanununa görə, işsizliyin faktik səviyyəsinin onun təbii səviyyəsindən 1% artıq olması faktiki ÜDM-in potensial mümkün ÜDM-lə müqayisədə orta hesabla 2,5% azalmasına səbəb olur. Ouken qanununa görə, iqtisadi tənəzzül dövründə işsizlik artır, istehsal artdıqda isə azalır. Bu asılılıq aşağıdakı şəkildə göstərilmişdir.
U
işsizlik
U1
məhsul O Y1 Y
istehsalı Şəkil 2. Ouken əyrisi
Dostları ilə paylaş: |