Mövzu Milli iqtisadiyyat və makroiqtisadi göstəricilər Plan


Şəkil 23.4. Laffer əyrisi



Yüklə 0,65 Mb.
səhifə44/67
tarix01.01.2022
ölçüsü0,65 Mb.
#107546
1   ...   40   41   42   43   44   45   46   47   ...   67
Makroiqtisadiyyat--mühazirə əsas

Şəkil 23.4. Laffer əyrisi

A.Lafferin tədqiqatı nəzəri və praktiki cəhətdən bir daha sübut edir ki, vətəndaşlar nə qədər varlı olsalar, dövlət də daha çox varlanar.

Vergi siyasətinin əsas məqsədi vergilərin mahiyyəti və funksiyalarından irəli gəlir və məcmu ictimai məhsulun bir hissəsinin dövlət tərəfindən alınmasından və bu vəsaitlərin büdcə vasitəsilə yenidən bölüşdürülməsindən ibarətdir. Vergi siyasəti həyata keçirilərkən dövlət büdcəsinin tənzimlənməsi, planlaşdırılması və ona nəzarətin qanunla müəyyən edilmiş hüquqi normaları reallaşdırılır.

Miqyasından və təhsil dairəsindən asılı olaraq vergi siyasəti daxili və xarici vergi siyasətinə bölünür.

Vergi siyasətinin üç tipi bir – birindən fərqləndirili:

- maksimal vergilər siyasəti;

- optimal vergilər siyasəti;

- sosial yönümlü yüksək dərəcəli vergilər siyasəti.

Maksimal vergilər siyasəti zamanı dövlət yüksək vergi dərəcələri tətbiq etməklə, vergilərinsayını artırmaqla, vergi güzəştlərini ixtisar etməklə vətəndaşlardan mümkün qədər cox maliyyə vəsaitləri toplamağa calışır.

Optimal vergilər siyasəti zamanı dövlət sahibkarlıq fəaliyyətinin subyektləri üçün vergi yükünü yüngülləşdirir, onların inkişafına təkan verən vergi mühiti yaradır.Bu isə dövlət xərclərinin azalmasına, ilik növbədə sosial proqramların məhdudlaşdırılmasına səbəb olur.

Vergi siyasətinin ücüncü tipi həyata keçirilərkən dövlət kifayət dərəcədə yüksək vergi tətbiq etməklə nəzərəçarpacaq sosial vüdafiə proqramları işləyib hazırlayır.

Bazar iqtisadiyyati şəraitində dövlətin sosial-iqtisadi funksiyalarının həyata keçirilməsində dövlətin fiskal siyasəti xüsusi rol oynayır. Belə ki, dövlət fiskal (vergi) siyasətini həyata keçirməklə iqtisadi proseslərə müdaxilə edir və dövlət büdcəsinin gəlirlərinin formalaşmasına bilavasitə təsir göstərir. Fiskal siyasət dedikdə, dövlət xərclərinin və vergitutmanın səviyyəsinin dəyişdirilməsi istiqamətində dövlət orqanlarının həyata keçirtdiyi tədbirlərin məcmusu başa düşülür.

Vergilər və dövlət xərcləri fiskal siyasətin əsas alətləridir. Fiskal (büdcə-vergi) siyasəti - dövlət xərcləri və vergilərin dəyişdirilməsi yolu ilə iqtisadiyyatı tənzimləmə sistemidir.

Həm diskresion, həm avtomatik fiskal siyasət dövlətin tənzimləyici tədbirlərində mühüm rol oynayırlar. Avtomatik fiskal siyasət iqtisadi yüksəliş dövründə dövlət büdcəsinə xalis vergi daxilolmalarının həcminin avtomatik olaraq artmasını. İqtisadi tənəzzül zamanı isə dövlət büdcəsinə xalis vergi daxilomalarının həcminin avtomatik olaraq azalmasını nəzərdə tutur.

Avtomatik fiskal siyasətin çatışmayan cəhəti odur ki, o dövrü tərəddüdləri yalnız hamarlayır, onları tamamilə aradan qaldıra bilmir.

Diskresion siyasət zamanı dövlət ölkənin iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün məqsədyönlü şəklində vergitutmanı və büdcə xərclərini tənzimləyir. İqtisadi böhranlar zamanı dövlət öz xərclərini artırır, vergilərin səviyyəsini azaldır. İstehsalda artım infilyasiya ilə müşahidə oldduqda isə dövlət öz xərclərini azaltmaqla və vergilərin səviyyəsini yüksəltməklə işgüzar fəallığın qarşısını alır.





Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin