Mövzu Milli iqtisadiyyat və makroiqtisadi göstəricilər Plan



Yüklə 0,65 Mb.
səhifə50/67
tarix01.01.2022
ölçüsü0,65 Mb.
#107546
1   ...   46   47   48   49   50   51   52   53   ...   67
Makroiqtisadiyyat--mühazirə əsas

2. Pul bazarında müvazinət

Pul bazarı maliyyə bazarının bir hissəsidir. Bu, qısamüddətli yüksək likvidli aktivlər bazarıdır ki, burada pula tələb və onların təklifi pulun qiymətini - faiz dərəcəsinin səviyyəsini müəyyənləşdirirlər.



Pul bazarmda müvazinət təklif olunmuş pulun miqdarına əhlidə nağd pul və çek əmanətləri şəklində tələb olanda əldə olunur. Pul bazarında müvazinətin dəyişməsi pul bazarında ya pula tələb, ya da pul təklifi dəyişdikdə baş verir. Qısamüddətli dövr şəraitində fərz edək ki, pul təklifi Mərkəzi Bank tərəfindən nəzarətdə saxlanılır və o daim M səviyyəsindədir. Bu halda təklif əyrisi şaquli əyri şəklində olacaq. Pula tələb əyrisi qiymətlərin və real istehsalın dəyişilməzliyi şəraitində azalan olacaq. Pul bazarında müvazinət tələb və təklif əyrilərinin kəsişmə nöqtəsində olacaq. O, müvazinətli borc faiz dərəcəsini müəyyənləşdirəcək.

Belə şəraitdə klassik nəzəriyyənin nümayəndələri, pula transaksiya tələbi nəzərə alaraq, hesab edirdilər ki, pul bazarında müvazinət qiymətlərin müəyyən səviyyədə tələb və təklif əyrilərinin kəsişmə nöqtəsində müəyyənləşəcək. Əgər qiymətlərin ümumi səviyyəsi P2 kəmiyyətinə qədər enərsə, onda M2 - Msl-ə bərabər artıq pul təklifi yaranacaq. Bu halda pullar qiymətdən düşməyə başlayacaq və qiymətlər qalxacaq və əvvəlki səviyyəsinə çata bilər. Beləliklə, pul bazarında müvazinətin avtomatik saxlanılması baş verəcək.

Keynsçi modeldə pul bazarında müvazinət tələb və təklifin kəmiyyətlərinin bərabərliyi zamanı yaranır. C.Keyns hesab edirdi ki, Mərkəzi Bank pul təklifinə tamamilə nəzarət edir, buna görə də pul təklifi qrafiki şaqulidir.

Fərz edək ki, faiz dərəcəsi müvazinətlidə aşağıdır. Bu halda nağd pulla işləmək daha sərfəli olacaq. Qiymətli kağızların məzənnəsiıiin aşağı düşməsi faiz dərəcəsinin artması ilə müşayiət olunacaq. Faiz dərəcəsi artdıqca, pula tələb pul bazarı müvazinətli vəziyyətə qayıdıncayadək azalacaq.



Faiz dərəcəsı daha yüksək olarsa, onda istiqrazlara tələb artacaq ki, bu da fäiz dərəcəsinin azalmasına rəvac verəcək. Bu da öz növbəsində pula tələbin artmasına və müvazinətin bərpa olunmasına səbəb olacaq.

1. Bu pul bazarı modelindən istifadə edərək pul təklifi əyrisinin yerdəyişməsinə səbəb olacağı nəticələri təhlil edək.

Əgər Mərkəzi Bank bazardan qiymətli kağızlar alıb pul təklifini artırmaq qərarına gəlsə, bu, artıq bank ehtiyatlarının çoxalmasına səbəb olacaq. Öz balanslarının müvazinətini bərpa etmək üçün banklar öz artıq ehtiyatlarını gəlirə çevirmək üçün onları satışa çıxardacaqlar. Ən cəld üsul onların borca verilməsidir. Amma bu, faiz dərəcəsinin azalmasına səbəb olacaq.

Düşən faiz dərəcələri pulların saxlanılmasının alterna-tiv dəyərini azaldır və insanların nağd pul saxlamağa meylini gücləndirir. Beləliklə, əlavə miqdarda ehtiyatların tədavülə daxil edilməsi təklif əyrisinin sağa yerdəyişməsinə səbəb olur, düşən faiz dərəcələri insanları öz davranışlarını dəyişməyə məcbur edir, bu da pula tələb əyrisi üzrə aşağı və sağa yerdəyişməyə səbəb olur. Tədricən pulun miqdarının ilkin vəziyyətdən yuxarı, faiz normasının isə aşağı olduğu E2 nöqtəsində yeni müvazinət müəyyənləşəcək.



Şəkil 10.1. Pul bazarında müvazinətin qrafiki (pul təklifi artırıldıqda)
Məsələn, Mərkəzi Bank pul təklifini azaltsa, banklar öz ehtiyatlarını təmin etmək üçün ehtiyat çatışmazlığı ilə üzləşəcəklər. Onlar qiymətli kağızları satmaq qərarına gələcək və ya əvvəllər verilmiş borcların ləğv edilməsi hesabına ödənişlər qəbul edəcəklər və onların həcmini əvvəlki səviyyədə bərpa etmək üçün yeni borclar verməyəcəklər. Borc alanlar arasında rəqabət tezliklə borc faizi dərəcəsini qaldıracaq. Təsərrüfat agentləri bilərəkdən portfellərində saxlamağa hazır olduqları pulun miqdarını məhdudlaşdırmağa başlayacaqlar.




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin