Mövzu Milli iqtisadiyyat və makroiqtisadi göstəricilər Plan


IS-LM modeli milli gəlirlə orta faiz dərəcəsinin elə kombinasiyasını göstərir ki, bu zaman həm pul bazarında, həm də əmtəə bazarında eyni vaxtda müvazinət müəyyənləşir



Yüklə 0,65 Mb.
səhifə52/67
tarix01.01.2022
ölçüsü0,65 Mb.
#107546
1   ...   48   49   50   51   52   53   54   55   ...   67
Makroiqtisadiyyat--mühazirə əsas

IS-LM modeli milli gəlirlə orta faiz dərəcəsinin elə kombinasiyasını göstərir ki, bu zaman həm pul bazarında, həm də əmtəə bazarında eyni vaxtda müvazinət müəyyənləşir.

IS-LM modeli iki əyridən ibarətdir ki, məhz onların kəsişməsi faiz dərəcəsi ilə milli gəlirin müvazinətli kombinasiyasını verir.



IS əyrisi milli gəlir (Y) və orta real faiz dərəcəsinin (r) elə müxtəlif kombinasiyalarını göstərir ki, onlarda əmtəə bazarlarında müvazinət yaranır, yəni investisiyalar (I) yığıma (S) bərabər olur.

Qeyd edək ki, IS-LM modelində I - planlaşdırılan investisiya xərcləridir. IS əyrisi investisiya (I) və yığımın (S) bərabərliyi haqqındakı keynsçi modelindən aşağıdakı kimi alınır (şəkil 10.3).





Şəkil 10.3. İS əyrisinin formalaşması

Fərz edək ki, əmtəə bazarlaranda ilkin müvazinət İ0 və S0 kəsişmə nöqtələrində müəyyənləşir və Y0 milli gəlir səviyyəsinə uyğun gəlir (bax şəkil 10.3, a), bu zaman faiz dərəcəsi r0 bərabərdir (bax şəkil 10.3, b). Beləliklə, biz aşağı qrafikdəki gələcək IS əyrisinin birinci nöqtəsini (A) əldə etmiş oluruq.

İndi fərz edək ki, faiz dərəcəsi rx səviyyəsinə qədər enmişdir (bax şəkil 10.3, b). Bu hadisə investisiyaları artırmaqla və yığımı azaltmaqla əmtəə bazarlarına təsir edir. İnvestisiyaların artması I0 əyrisinin I1 vəziyyətinə yerini dəyişməsinə səbəb olur, yığımın azalması isə S0 əyrisinin S1 vəziyyətinə keçməsi ilə nəticələnir (bax şəkil 10.3, a). Belə ikiqat yedəyişmə nəticəsində yeni müvazinət nöqtəsi yaranır ki, bu da milli gəlirin y1 səviyyəsinə uyğun gəlir. Yri aşağı qrafikə proeksiya edərək IS əyrisinin ikinci nöqtəsini (B) alarıq. Əldə olan bu iki nöqtədən də bir düz xətt keçirmək mümkündür ki, bu da IS əyrisi olacaq.

Aşkar görünür ki, IS əyrisinin elastikliyi (mailliyi) aşağıdakı amillərdən asılıdır:




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin