Mövzu Milli iqtisadiyyat və makroiqtisadi göstəricilər Plan


MÖVZU 11. Beynəlxalq ticarət və tədiyyə balansı



Yüklə 0,65 Mb.
səhifə58/67
tarix01.01.2022
ölçüsü0,65 Mb.
#107546
1   ...   54   55   56   57   58   59   60   61   ...   67
Makroiqtisadiyyat--mühazirə əsas

MÖVZU 11. Beynəlxalq ticarət və tədiyyə balansı

Plan
1.Beynəlxalq ticarət - beynəlxalq iqtisadi münasibətlərin əsas forması kimi.

2.Beynəlxalq ticarətə dair nəzəri baxışlar.

3.Beynəlxalq ticarətdə proteksionist və azad ticarət siyasəti.

4.Tədiyyə balansının mahiyyəti və onu müəyyən edən amillər.

1. Beynəlxalq ticarət - beynəlxalq iqtisadi münasibətlərin əsas forması kimi.

Müasir dövrdə beynəlxalq iqtisadi münasibətlərin əsas formalarından aşağıdakıları göstərmək olar: - beynəlxalq ticarət; - beynəlxalq kredit münasibətləri; - beynəlxalq valyuta münasibətləri; - beynəlxalq kapitalın ixracı; - işçi qüvvəsinin beynəlxalq miqrasiyası; - elmi-texniki mübadilə.

“Beynəlxalq ticarət” dedikdə, ölkənin hər hansı digər ölkə ilə ödənilən idxal və ixrac əməliyyatlarından ibarət ticarəti başa düşülür.

Əmtəə və xidmətlərin beynəlxalq ticarəti beynəlxalq iqtisadi əlaqələr sistemində mühüm yer tutur. Beynəlxalq ticarət hələ qədimdən mövcuddur.

Beynəlxalq ticarəti təşkil etmək üçün bir sıra şərtlərə əməl edilməlidir. Beynəlxalq ticarət şərtlərinə qısa və uzunmüddətli amillər təsir göstərir. Qısamüddətli amillərə xarici ticarət siyasəti, valyuta məzənnəsində baş verən dəyişmələr, trasfert ödəmələri və konyunktura dalğalanmaları aiddir. Uzun zaman ərzində isə beynəlxalq şərtləri iqtisadiyyatın istehsal və istehlakının strukturunda baş verən dəyişikliklərlə müəyyən edilir. Beynəlxalq ticarət qlobal, regional, institutsional xüsusiyyətlərə malik tədavül sferasıdır.

Beynəlxalq ticarət yarandığı dövrdən qarşıya belə bir sual çıxıb: Dövlətlər nə üçün ticarət edirlər? Ümumiyyətlə, beynəlxalq ticarəti şərtləndirən amillər aşağıdakılardan ibarətdir:

- yerli istehsalın kifayət etməməsi; - əmtəələrin qiymətinin beynəlxalq miqyasda fərqlənməsi; - müxtəlif ölkələrdə fərqli əmtəələr istehsalı.

Məlumdur ki, beynəlxalq ticarət özündə idxal və ixrac əməliyyatlarını birləşdirir. Yəni, xarici ticarət ixracdan, yəni əmtəə və xidmətlərin göndərilməsindən və idxaldan, yəni əmtəə və xidmətlərin gətirilməsindən ibarətdir. Bir ölkənin müəyyən müddətdə (məsələn bir ildə) ixrac etdiyi əmtəə və xidmətlərin qiymətinin məbləği arasındakı nisbət həmin ticarət balansını təşkil edir.

Dünya ölkələri öz maraqlarına uyğun olaraq beynəlxalq ticarət siyasətini iki əsas istiqamətdə həyata keçirir.

1.Azad ticarət siyasəti. Sənayedə inqilabdan sonra ölkələr arasında azad ticarət siyasətinə daha çox üstünlük verildi və dünya ticarətində iştirak edən ölkələrin sayı gündən-günə artmağa başladı. Azad ticarət siyasətinin başlıca cəhəti azad ticarət zonalarının yaradılması, ticarət aparan ölkələr arasında vergi və gömrük reüiminin sadələşdirilməsini həyata keçirməkdir. Bu siyasət hər bir ölkənin milli maraqlarına uyğun olaraq dövlət tərəfindən tənzimlənir.

2. Proteksionist (himayəçilik) siyasət. Bu ticarət siyasəti hər bir ölkənin daxili bazarının qorunub saxlanması, milli iqtisadi mənafelərin daim üstün tutulması və ölkələrin iqtisadi təhlükəsizliyinin təmin olunması məqsədinə xidmət edir. Xarici ticarətdə himayədarlıq siyasəti dövlət tərəfindən qanunlar və qanunvericilik aktları vasitəsilə tənzimlənir. Onlara: ölkələrarası ticarət sazişlərinin bağlanması, kvotaların qoyulması, patent və lisenziyalara ciddi nəzarət olunması himayədarlıq siyasətinin tənzimlənməsində istifadə olunan əsas metodlar və s. aiddir.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin