ÜMM qiymətləndirilməsinin iiçüncü üsulu istehsal vasitəsilədir. Bu üsul vasitəsilə hər bir istehsalçının bu göstəricilərin yaradılmasında xidmətləri müəyyənləşdirilir. Bu halda əlavə dəyər, yəni hər bir müəssisənin istehsal olunmuş məhsulun dəyərinə əlavə etdiyi dəyər müəyyənləşdirilir. Əlavə dəyər məhsulun satışından əldə olunan pul ilə istehsalın maddi amillərinə çəkilən xərclər arasındakı fərq kimi müəyyənləşdirilir. Əslində, bu halda bütün yeni yaradılmış dəyər müəyyənləşdirilir və buna amortizasiya əlavə olunur.
ÜMM tərkibində (ÜDM-də olduğu kimi) bu dövrdə deyil, əvvəlki dövrdə yaradılmış hissə var: o, istehsal vasitələrindən yaradılmış əmtəə və xidmətlərə keçirilmiş dəyərdə öz əksini tapır. Bu, amortizasiyadır. Onu ÜMM-dən çıxsaq, xalis milli məhsul (XMM) alarıq.
Real və nominal ÜDM-i fərqləndirirlər. Nominal ÜDM - cari (hesabat) ilin qiymətlərində hesablanmış ÜDM-dur.
Real ÜDM - illik inflyasiyanın (deflyasiyanın) səviyyəsinə görə indeksləşdirilmiş ÜDM-dur.
ÜDM deflyatoru (indeksi) - cari və basis illərinin qiymətləri və məhsul istehsalı həcminə görə hesablanmış əmsaldır.
Makroiqtisadi nəzəriyyə real ÜMM-in hesablanması üçün müxtəlif qiymətlər indeksindən istifadə edir. Qiymət indeksi (Prise İndex) - cari ilin qiymətlərinin baza ili qiymətlərinə nisbətinin 100% hasilidir. Aşağıdakı qiymət indekslərindən istifadə edilir.
- Paaşe indeksi (İP).
- Laspeyras indeksi (İL)
- Fişer indeksi (İP) - Laspeyras və Paaşe indekslərinin həndəsi ortası burada:
İp = Pt - cari ilin qiymətləri; Pb- bazis ilinin qiymətləri.
İL = qt - cari ilin məhsul istehsal həcmi, qb – bazis ilinin məhsul istehsalının həcmi.
İF = =
Dostları ilə paylaş: |