Mövzu müasir təlim formaları,iş üsulları və texnikaları plan: 1


Yazıda genetik prinsipin gözlənilməsi



Yüklə 302,66 Kb.
səhifə14/111
tarix01.01.2022
ölçüsü302,66 Kb.
#104905
1   ...   10   11   12   13   14   15   16   17   ...   111
Yazıda genetik prinsipin gözlənilməsi.

Əlifba təlimi başa çatdıqdan sonra I sinifdə, həmçinin də II sinifdə hüsnxətə həftədə bir saat ayrılır. III –IVsiniflərdə isə hər bir Azərbaycan dili dərsinin 8-10 dəqiqəsi bu məqsədə xidmət edir.

II – IVsiniflərdə hərflərin yazılışı üzrə iş genetik prinsip üzrə aparılır.

Genetik prinsipə görə hərflərin yazılışı əlifba dərsliyindəki düzülüş sisteminə əsaslanmır. Bu prinsipə görə hərflərin yazılışındakı oxşarlıq və çətinliyin artması əsas götürülür. Belə qruplaşdırma yazı prosesində kolliqrafik qaydaların gözlənilməsində assosiasiyasını təmin edir, hərflər qruplarla öyrədilir. Onlar qruplaşdırılarkən qrafik oxşarlıq elementlərin yazılmasında hərəkətlərin ümumiliyi əsas götürülür.

Genetik prinsipə görə bu hərflər belə təsnif edilir:

Kiçik hərflər:


  1. ıi, u, ün,m, v, t, h, p, j, y, f

II. o, ö, a, q, g, ğ, d, b

III. ə, s, ş, x

Böyük hərflər:


  1. U, Ü, V, A, M, N

II. C, Ç, E, C,G,S,Ş, Ə,X,O, Ö, Q

III. I, İ, J, Y, L, Z

IV. H, K, B, R

V. T, F, P, V

Əvvəlcə hər bir qrupa daxil olan hərflərin bir-biri ilə bitişdirilməsi üzrə iş gedir:

Iqrup: it, min, tum, fit…

IIqrup: od, ad, ağ, baba, qabaq, dağ, bağ, dad…

IIIqrup: keç, çek, cek, el…

IVqrup: əs, səs, əssə, şəxs…

Genetik prinsip üzrə bölgünü daha kiçik qruplara ayırmaq mümkündür.



Kiçik hərflər

Kiçik hərflər

Böyük hərflər

I qrup

II qrup

1) ı,i,u,ü,v

1) c,ç

1) U,Ü,V

2) C,Ç, E

2) n, m

2) e,l

2) A,M,N

2) Ə, X

3) t,h, p

3) r, z,k




3) S,Ş

4) j, y, f







4) O,Ö,Q










5) G,Ğ

II qrup

IV qrup

III qrup

IV qrup

1) o,ö,a

1) ə, x

1) I,İ

1) H, K

2) q,d

2) s,ş

2) J, Y

2) B, R

3) g,ğ, b




3) L, Z










V qrup










1) T, F










2) P, D




Hər bir hərf ayrılıqda düzgün yazmağı bacarmaq hələ yazı texnikasına yiyələnmək demək deyildir. Bunun üçün hərfləri söz daxilində işlətmək, onları bitişdirib yazmağıda bacarmaq gərəkdir. Məsələn, kiçik f hərfinin bitişdirilməsi xüsusi qayda tələb edir. Belə ki, ondan sonra gələn hərflər onun II elementinə bitişdirilir. Aşağıdakı hərflər hansı qrupa daxil olmasından asılı olmayaraq özündən sonra gələn hərflərlə eyni qayda üzrə bitişdirilir:

I. a, c, ç, d, e, h, x, i, ı, k, l, m, n, p, r, t, u, ü, z

A, C, Ç, E, H, X, K, L, M, R, U, Ü, Z

Çünki bu hərflər qurtaracığanı görə eynidir.

II. B, D, G, Ğ, I, İ, Q, M, O, Ö, P, S, Ş, T, V, Y

Hərflərin yazılma və bitişdirilmə qaydasını şagirdlərə öyrədərkən başa salınmalıdır ki, onların başlıca hissələri – ovallar, yarımovallar, paralel düz xətlər və s. sətir xəttinin içində yerləşdirilməlidir: u, ə, c, o, y, d, q, g, ğ

Aşağı və yuxarı uzanan hərflərin uzunluğu uzanmayan hərflərdən iki dəfə böyük, böyük hərflər ölçüsündə olur.

İbtidai siniflərdə kalliqrafiya qaydalarının öyrədilməsinə bəziləri rəsim məşğələləri kimi baxırlar. Onlar unudurlar ki, gözəl, rabitəli, sürətlə yazmaq biliklərə yiyələnməyin əsas vasitəsidir. Belə ki, xətt gözəl olduqda göz oxşayır, şagird çətinlik çəkmədən və həvəslə digər fənlərdən də yazılı tapşırıqları yerinə yetirməyə çalışır. Səliqəsiz və aydın olmayan xətt isə oxu prosesini ləngidir və mürəkkəbləşdirir. Deməli, belə demək olar ki, gözəl yazı uğrunda mübarizə elə orfoqrafik savadlılıq uğrunda mübarizədir. Xətti gözəl olan şagird səhvlərini də tez görür, texniki cəhət üzərində fikirləşmir, əsas diqqətini savadlılığa yönəldir. İlkin kalliqrafiya vərdişlərinin əsası məhz savad təliminə hazırlıq dövründə kalliqrafik təmrinlərin köməyi ilə qoyulur. Bu cəhətdən “hüsnxət” təlimi I siniflərdə mühüm yer tutur. Əlifba təlimi dövründə uşaqlara hərflərin elementlərinin, hər bir hərfin yazılması, başqa hərflərlə birləşdirilməsi öyrədilir. Əlifba təlimi başa çatdıqdan sonra tədris planında ana dili üçün nəzərdə tutulmuş həftəlik saatların biri hüsnxətə verilir. II sinifdə isə bu fənnə dərs ilinin əvvəlindən 1 saat ayrılır. III – IV siniflərdə hüsnxətt bir fənn kimi tədris olunmasa da Azərbaycan dili dərslərində vaxtın 8-10 dəqiqəsi bu işə ayrılır. Beləliklə, 1 həftə ərzində bu, orta hesabla 40 dəqiqəyə çatır. Deməli, ibtidai siniflərdə kalliqrafiya qaydalarının öyrədilməsinə kifayət 3 qədər vaxt ayrılır. Bu sahədə iş sistemlə və ardıcıl şəkildə aparılarsa, uğur qazanmaq olar. Kalliqrafiya qaydaları xəttimizi qaydaya salır. Kalliqrafiya qaydalarının öyrədilməsi ona görə lazımdır ki, hamı bir-birinin əl yazısını asanlıqla oxuya bilsin. Kalliqrafik üslubun formalaşması aşağıdakı cəhətlərlə bağlıdır:

 Uşağın bilək əzələlərinin inkişafından;

 Uşağın bilək əzələlərinin yazıya necə hazırlanmasından;

 Yazı nümunələrinin məzmunundan;

 Yazı nümunələrinin formasından;

 Müəllimin metodik hazırlığından;

 Müəllimin qayğı və məsuliyyətindən;

 Uşağın psixi xüsusiyyətlərindən;

 Uşağın xarakterindən;

 İş şəraitindən.

Kalliqrafik cəhətdən düzgün yazını təmin edən şərtlər aşağıdakılardır:

1. Müəllimin şəxsi nümunəsi;

2. Dəqiq və kalliqrafik cəhətdən düzgün xətt;

3. Hərfin sadə və düzgün yazılması;

4. Yazının sistemli və ardıcıl olması;

5. Kalliqrafik cəhətdən düzgün xətt digər fənlərin tədrisində də aşılanmaıdır.

Əgər kalliqrafik qaydalar I sinifdən dəqiq öyrədilməsə, sonralar eyni bir hərfin düzgün olmayan variantları meydana çıxa bilər. Məsələn, Vətən - Vətən, Vətən, Vətən, Vətən və s. Deyilənlərdən aydın oldu ki, yazı oxu ilə, şifahi və yazılı nitqlə, orfoqrafiya qaydaları ilə, təsviri sənətlə, əməklə, fiziki tərbiyə ilə sıx əlaqədardır. Yazı kompleks bir fəaliyyətdir. Buna görə də şagird bir sıra vərdişlərə yiyələnməlidir. 2. Yazı təlimində aşılanmalı başlıca vərdişlər. Şagird yazını öyrənərkən beş qrup vərdişə yiyələnməli olur: a. texnik – yazı ləvazimatlarından düzgün istifadə etmək; b. fiziki - əl hərəkətlərini əlaqələndirmək; c. gigiyenik – yazı prosesində hərflərin iriliyini, gözlə dəftər arasında məsafəni. Başın, döşün vəziyyətini gözləmək, normal tənəffüsə riayət etmək, işığın sol tərəfdən düşməsini təmin etmək və s. d. qrafik – hərfləri, hecaları, sözləri düzgün təsvir etmək, meyli, hündürlüyü, eni, hərf və sözlər arasında məsafəni gözləmək, hərfləri düzgün bitişdirmək; e. orfoqrafik – sözün səs-hərf tərkibini düzgün müəyyənləşdirmək, onların yazılışını izah etmək. Müəllim şagirdlərin yazını mənimsəmə ilə əlaqədar imkanlarını və fizioloji xüsusiyyətlərini elə ilk günlərdən öyrənməlidir. Qrafik vərdişlər hərflərin elementlərinin düzgün təsvirini, sonrakı hərflə bitişdirilməsində bir sıra şüurlu fəaliyyətin yarinə yetirilməsini tələb edir. Yazı və hüsnxətə bir-birindən təcrid edilmiş, yalnız əllərin hərəkətini, gözlərin itiliyini tələb edən məşq çalışmaları kimi baxmaq olmaz. Eyni vaxtda həm əllərin, həm də gözlərin hərəkətinin inkişafı vacibdir. Bu iş uzun sürən və vacib prosesdir. Hər 7-10 dəqiqədən bir 1-2 dəqiqəlik fasilə vermək, gərginliyi aradan qaldırmaq üçün tapmaca, yanıltmac və digər vasitələrlə uşaqları məşğul etmək lazımdır. Hüsnxət məşğələləri ilə əlaqədar altıyaşlılara ev tapşırıqlarının verilməsi məsləhət görülmür. 3. Orfoqrafik yazı vərdişlərinin əsası ilk yazı təlimi zamanı qoyulmalıdır.

Gözəl,səliqəli yazmaq hər bir məktəblinin yiyələnməli olduğu əsas bacarıqlardan biridir.Əksər hallarda şagirdlərin təlim müvəfəqiyyəti onun yazı bacarığına necə yiyələnməsindən asılı olur.Savad təlimi dövründə əsas məsələlərdən biri də şagirdlərin ilkin yazı vərdişlərinə yiyələnmələridir.Bu məqsəddən irəli gələn vəzifələr aşağıdakılardır:

1)Hərflərin kalliqrafik cəhətdən düzgün yazılması və bitişdirilməsi;

2)Sözlərin və kiçik həcmli mətnlərin səhvsiz üzündən köçürülməsi.

Savad təlimi dövründə ilkin oxu təlimi səs təhlil-tərkib metodu ilə aparılır.Səsin heca tərkibində təqdim olunduğu bu metodun tətbiqini asanlaşdırmaq üçün əlifba təliminə hazırlıq dövründə fonematik təhlilə geniş yer ayrılmalıdır.Bu prosesdə nitqdəki cümlə sözlərə ayrılır,cümlədəki sözlərin sayı və ardıcıllığı müəyyən olunur,sözlər hecalara ayrılır,hecaların sayı və ardıcıllığı müəyyən olunur.Şagird qrafik ünsürlərin köməyi ilə fikir və düşüncələrini ifadə edə bilirsə,o,yazının maddi əsasını mənimsəyib və onu savadlı hesab etmək olar.

Yazının kalliqrafiyası onun ikinci cəhətidir.Şagird hərfləri necə gəldi deyil,əl yazısı qaydasında aydın,səliqəli yazırsa,düzgün bitişdirisə,ara məsafəni,maililiyi,sətir xəttini gözləyirsə,rabitəli və sürətli yaza bilirsə,deməli,kalliqrafiya qaydalarına əməl olunur.

Kalliqrafiya qaydalarına əməl etmək əmək mədəniyyətinin tərbiyəsində də mühüm rol oynayır.Kalliqrafiya qaydalarına əməl olunması prosesində şagirdlər təlim əməyini təmiz,səliqəli,dəqiq yerinə yetirməyə çalışırlar ki,bu da onlarda öz əməklərinə hörmət tərbiyə edir.

Kalliqrafiya qaydalarına əməl etməyin üçüncü mühüm cəhəti şagirdin qrammatik hazırlılığı,nitqinin,dünyagörüşünün inkişafı ilə bağlıdır.

İbtidai siniflərdə kalliqrafiya qaydalarının öyrədilməsinə bəziləri rəsm məşğələlərikimi baxırlar.Onlar unudurlar ki,gözəl,rabitəli,sürətlə yazmaq biliklərə yiyələnməyin əsas vasitəsidir.Belə ki,xətt gözəl olduqda göz oxşayır,şagird çətinlik çəkmədən və həvəslə digər fənlərdən də yazılı tapşırıqları yerinə yetirməyə çalışır.Səliqəsiz və aydın olmayan xətt isə oxu prosesində ləngiməyə səbəb olur.Deməli, belə demək olar ki,gözəl yazı uğrunda mübarizə elə orfoqrafik savadlılıq uğrunda mübarizədir.Xətti gözəl olan şagird səhvlərini də tez görür,texniki cəhət üzərində fikirləşmir,əsas diqqətini savadlılığa yönəldir.İlkin kalliqrafiya vərdişlərinin əsası məhz savad təliminə hazırlıq dövründə təlimlərin köməyi ilə qoyulur.Bu cəhətdən hüsnxətt təlimi I sinflərdə mühüm yer tutu . Əlifba təlimi dövründə uşaqlara hərflərin elementlərinin,hər bir hərfin yazılması,başqa hərflərlə birləşdirilməsi öyrədilir.Əlifba təlimi başa çatdıqdan sonra tədris ölanında ana dili üçün nəzərdə tutulmuş həftəlik saatların biri hüsnxətə verilir.II sinifdə isə bu fənnə dərs ilinin əvvəlindən 1saat ayrılır.III-IV siniflərdə hüsnxətt bir fənn kimi tədris olunmasa da,Azərbaycan dili dərslərində vaxdın 8-10 dəqiqəsi bu işə ayrılır.Beləliklə,bir həftə ərzində bu,orta hesabla 40 dəqiqəyə çatır.Deməli,ibtidai siniflərdə kalliqrafiya qaydalarının oyrədilməsinə kifayət qədər zaman ay . Əgər kalliqrafik qaydalar I sinifdən dəqiq öyrədilməsə,sonralar eyni bir hərfin düzgün olmayan variantları meydana çıxa bilər.




Yüklə 302,66 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin