Mövzu müasir təlim formaları,iş üsulları və texnikaları plan: 1



Yüklə 302,66 Kb.
səhifə25/111
tarix01.01.2022
ölçüsü302,66 Kb.
#104905
1   ...   21   22   23   24   25   26   27   28   ...   111
1.Oxu strategiyaları

Oxu bacarıqları təhsilalanların mətnlərdən məlumat toplamaq,mətni şərh və təhlil etmək,mətnə münasibət bildirmək bacarıqlarıdır.Oxu bacarıqlarını qiymətləndirmək üçün bədii və məişət tipli mətinlər ilə yanaşı, siyahılar,qrafiklər,dioqramlar kimi müxtəlif növ oxu materiallarından istifadə olunur.

Strategiya ilə oxu nə deməkdir?Əsas ideyanı analamaqdır?

Hərfləri tanımaqdır? Sözləri oxumaqdır? Düzgün və sürətli oxumaqdır?Düşünərək oxumaqdır? Əlaqələndirərək oxumaqdır?

Strategiya ilə oxu- hərflərlə kodlaşdırılmış sözlərin altında yatan mənanı aşkar etmək və həmin məna üzərində müxtəlif üsullarla düşünməkdir.

Strategiya ilə oxuyanlar özlərinə məqsədli şəkildə suallar verir ,mətni aramla yenidən oxuyur,mühüm fikirləri seçir və ya açar sözlərin mənasını araşdırır. Strategiya ilə oxuyan oxucu mətində dərk etmədiyi bölməni dərhal aşkar edir və müxtəlif metodlarla dərketmənin təşkilinə yardım edir. Strategiya ilə oxuyan oxucu oxu zamanı müəyyən edir ki,nəyi bilir ,nədə çətinlik çəkir.Onlar oxunu uğurla davam etdirmək üçün məqsədyönlü suallar müəyyənləşdirirlər.Düşünərək oxu (ucadan oxu)strategiyası uğurlu oxu strategiyası hesab olunur.Müəllim “Düşünərək oxu” üsulundan istifadə edərək öz “beyninin pəncərəsini”şagirdlər üçün açır və onlara oxu zamanı necə düşünməyin yollarını nümayiş etdirir.” Düşünərək oxu”oxucu üçün lazım olan mühüm bacarıqları müəllim tərəfindən modelləşdirir,yəni əlaqələndirmək,ümumiləşdirmək,nəticə çıxarmaq,dərk edib-etmədiyini yoxlamaq və s. kimi keyfiyyətləri üzə çıxardır. “Düşünərək oxu”strategiyasından istifadə edilən dərs iki hissəyə ayrılır:

I hissə- mətnin məzmunu üzərində düşünərək oxunun təşkili

II hissə-mətn üzrə düşünərək oxumaq üçün istifadə edilən üsulların təlimi

1.Strategiya ilə oxuyan oxucu məsədləri müəyyənləşdirir və inkişaf üzərində düşünür:


  • Strategiya ilə oxuyan insan mətnin məqsədini müəyyən etməyi bacarır. Oxucunun mətndə hər hansı məsələyə aydınlıq gətirmək üçün konkret məqsədinin olması isə onun oxu marağını, motivini yüksəldir və onu fəal oxucuya çevirir;

  • Məqsədli oxucu nəyi oxumağı və necə oxumağı müəyyənləşdirməyi bacarır;

  • Məqsədləri müəyyənləşdirmək üçün oxucu əsasən BiBÖ üsulundan istifadə edir;

  • Kollektiv sinif məqsədinin müəyyənləşməsi isə oxuyanların əməkdaşlığına şərait yaradır. Şagirdlər vahid məqsəd ətrafında birləşən zaman onlar daha gərgin işləyir və öyrənirlər.

  • Məqsədlərə o zaman nail olunur ki, davamlı şəkildə inkişaf təmin olunsun. Şagirdlər də oxu prosesində inkişaf etməklə məqsədə çatırlar.

  • BiBÖ (Bilirəm, Bilmək istəyirəm, Öyrəndim) məqsədləri müəyyənləşdirmək üçün uğurlu üsul hesab edilir.

2. Strategiya ilə oxu zamanı yeni bilikləri əvvəlki biliklərlə əlaqələndirirlər:Bütün təlimlər əvvəlki biliklərə əsaslanır. Yeni biliklər öyrənənin həyatında qarşılşdığı və ya hər hansı mənbədən öyrəndiyi hər növ məlumata aid edilə bilər.

Strategiya ilə oxuyan oxucu avtomatik olaraq məsələ ilə bağlı bildiklərini önə çəkir;

Mövcud bilikləri önə çəkmək nə üçün lazımdır:

- Məsələ ilə bağlı mövcud bilik və ya təcrübə oxunun məqsədinin müəyyən edilməsində yardımçı olur.

- Məqsədli oxucu isə diqqətli oxucu deməkdir;

- Diqqətin yayınma ehtimalı oxu nəticələrinin dəyərləndirilməsini aktuallaşdırır.

Aşağıdakı strategiyalar mövcud bilik və təcrübələrimizin aşkar edilməsinə yardımçı ola bilər: Anlayışın müəyyən edilməsi; NOYÇ (Nəzərdən keçir, Oxu, Yoxla, Çalış), Hissetmə qaydaları

3. Oxucu mənanı aşkar etmək üçün fəal işləyir.Oxucu mətnlə qarşılıqlı fəaliyyətdə olan zaman mənanı aşkar edir; Mənasız məlumat tezliklə unudulur. (İştirak etdiyiniz axırıncı toplantını xatırlayın. Orada qarşılaşdığınız insanlardan yalnız sizin üçün əhəmiyyətli hesab edilən və ya hər hansı məqsədlə qarşılıqlı fəalyyətdə olduğunuz insanlar yadınızda qalıb.)Oxumaq - mətndəki məna üzərində düşünməkdir.Strategiya ilə oxuyan oxucu məsələ ətrafında öz təsəvvür və yanaşmalarını müəllifin təsəvvür və yanaşmaları ilə müqayisə edərək oxuyur.Məna- müvafiq ilkin bilikləridən və strategiyalardan istifadə etməklə aşkar edilir.

4.Oxucu oxunun təşkili formalarından istifadə edir.Öyrənənlərin təlimin və ya oxunun təşkili formalarından xəbərdar olması, onların düşünərək oxusuna yardım edir.Oxunun təşkilinin müxtəlif formalarının olmasına baxmayaraq oxu zamanı onlardan yalnız birindən istifadə edilir.Eyni mətni oxuyan zaman bir şagird bir nümunədən, digər şagird digər nümunədən istifadə edə bilər.


    1. Səbəb/Keyfiyyət forması;

    2. Müqayisə/Qarşılaşdlrma forması;

    3. Anlayış/Təyinetmə forması;

    4. Məqsəd/Fəaliyyət/Nəticə forması;

    5. Problem/Həll forması;

    6. Təsdiq/Dəstək forması;

    7. Ardıcıllıq forması;

5.Fərdi təılim üsullarından istifadə haqqında qərarlar qəbul edir.İnsanların hamısı dünyaya öyrənmə bacarıqları ilə gəliblər, lakin onlar müxtəlif yollarla öyrənirlər.Hovard Qardner “Müxtəlif üsullarla dərketmə” nəzəriyyəsində bu problemi önə çəkib və öyrənmənin səkkiz üsulunu göstərib.Bəzi öyrənənlər tədqiqatlarının nəticələri haqqında hesabat yazmağı, digərləri təqdimat hazırlayıb, şifahi çıxış etməyi, üçüncülər mahnı qoşmağı, dördüncülər vidio materiallar hazırlamağa üstünlük verə bilərlər.

Oxu materiallarının dərk edilməsi zamanı bu yanaşma necə nəzərə alınmalıdır?


Yüklə 302,66 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin